Məhkəmə qərarları › İş №e-2(009)-20/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-20/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-20/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “mənzilə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 9156,0 manat maddi və 500 manat mənəvi ziyanın, 110 manat vəkil xidmət haqqının və 100 manat dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh öz mənzilindən onun məzilinə su axmasının səbəblərini aradan qaldırılması üçün bu günədək heç bir tədbirlər görmədiyi üçün və bunun nəticəsində onun əmlakına onun tərəfindən qəsdən zədələndiyindən müvafiq qaydada AR Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin olması barədə Xüsusi qərardad qəbul edilməsi, təyin edilmiş məhkəmə tikinti ekspertizasının nəticəsinə uyğun olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, 36 saylı mənzilin texniki vəziyyəti barədə hüquqi qiymət verilməsi və təsbit edilmiş nöqsanların mövcud tikinti norma və qaydalara uyğun olaraq tərtib və müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmiş təmir-tikinti layihə sənədi əsasında aradan qaldırılmasının Cavabdeh vəzifə kimi həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, mənzil 18,20,21,23 saylı mənzillərin mülkiyyətçisidir. Cavabdeh ünvan 1 ünvanda yaşayan üst mərtəbədə yerləşən qonşusudur. Cavabdeh mülkiyyətində olan 36 saylı mənzilindən illərdir ona mülkiyyət hüququ ilə məxsus mənzildən su sızması nəticəsində 18, 20, 21, 23 saylı mənzillərə xeyli miqdarda ziyan vurulmuş, hazırda da son dəfə Aprel 2021-ci ildə vurduğu ziyan kifayət qədər yüksək olmuşdur. Belə ki, İddiaçı tərəfindən son illər Cavabdeh qarşı 2 dəfə Səbail rayon məhkəməsində iddia qaldırılaraq vurulmuş ziyanın ödənilməsi tələb edilmiş və məhkəmə qətnaməsi ilə ondan vurulmuş ziyanın tutulması təmin edilmiş, həmin qətnamə ilə eyni zamanda Cavabdeh məxsus açıq tipli eyvandan təbiət çöküntülərinin yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması Cavabdeh həvalə edilmişdir. Bununla əlaqədar icra məmuru tərəfindən Cavabdeh məxsus mənzildə bir neçə dəfə baxış keçirilmiş və aktlar tərtib edilərək, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh nəinki məhkəmə qətnaməsini icra etmir, hətta qərəzli olaraq qəsdən İddiaçı məxsus mənzilin zədələnməsinə səbəb olacaq səviyyədə əhəmiyyətli dərəcədə ziyan vurmaqda davam edir. Mənzildən normal istifadə etmək imkanın bərpa etmək məqsədi ilə , R. Orucov öz mənzilini tam olaraq 2020-ci ildə təmir etdirmiş və bundan sonra yeni təmir edilmiş mənzilə 36 saylı mənzildən yenidən Aprel 2021-ci ildə su sizması nəticəsində ziyan vuruldu. Bu hadisə iddia ərizəsinə əlavə edilmiş şahidlərin iştiraki ilə tərtib edilmiş AKT ilə təsdiq edilmişdir. Hadisədən sonra Cavabdeh bir necə dəfə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən xəbərdarlıqlar edilmişdir, lakin heç bir nəticə olmadığından yenidən məhkəməyə yeni hadisə ilə bağlı iddia qaldırılması qərara alınmışdır. Son dəfə su sızması nəticəsində dəymiş ziyanı qiymətləndirmək məqsədi ilə X4nə müraciət edilmiş, Cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin yenidən qəsdən zədələnməsinə yönəlmiş hərəkətləri nəticəsində vurulmuş ziyanın məbləği ekspert rəyinə əsasən, mülkiyyətdə olan Səbail rayonu Nizami küçəsi 86 ünvanında yerləşən 18, 20, 21, 23 saylı mənzillərə dəymiş yenidən əmələgələn ziyanın aradan qaldırılmasına sərf olunan vəsaitin ümumilikdə 9156,0 manat olduğu müəyyən edildmişdir. Göründüyü kimi, Cavabdeh əmlakının qəsdən zədələnməsinə yönəlmiş hərəkətləri nəticəsində iddiaçıya xeyli miqdarda ziyan dəymiş və bu ziyan artmaqda davam edir. Cavabdeh hərəkətlərinin qəsdən edilməsi illərdir məhkəmə qərarının icra edilməməsini göstərmək olar. Belə ki, Bakı şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin Bakı apellyasiya məhkəməsinin 2(103)-2937/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hələ xx.xx.2018-ci il tarixli İcraata başlama haqqında Qərarı ilə borclu Cavabdeh Bakı şəhər Səbail rayon, Nizami küçəsi 86 saylı mənzil qarşısında olan keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması barədə tələbi könüllü olaraq 10 gün müddətində təmi edilməsi həvalə edilmişdir. Bu günə kimi bu icra işi yerinə yetirilməyib və borclu Cavabdeh müxtəlif vaxtlarda xəbərdarlıqlar edilməsinə baxmayaraq bu günə kimi 36 saylı mənzilə aid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün heç bir tədbir görülməyib və su sızma hadisəsi davam edir. Nəzərə almaq lazımdır ki, son dəfə 2018-ci ildən başlayaraq Cavabdehin 36 saylı mənzilindən mütəmadi su sızmalar nəticəsində mərtəbə arası tavan və ona aid daşıyıcı konstruksiya və elementlər kifayət gədər zədələnib və hazırda 20 saylı mənzildən istifadə edərkən bu hal həyat və sağlamlığa təhlükə mənbəyi kimi qiymətləndirilə bilər. Lakin bunun qəza vəziyyətində olub-olmamasinin hüquqi əsaslandırması yalnız Müvafiq Dövlət qurumlarının sözü gedən mərtəbə arası tavan və ona aid daşıyıcı konstruksiya və elementlərin texniki müayinəsi ilə müəyyən edilə bilər. Bu səbəbdən məhkəmə tərəfindən Məhkəmə Tikinti Ekspertizası təyin edilməli və AR FHNnin nəzdində olan Füzuli, 67, Bakı, Nəsimi, AZ1014 ünvanda yerləşən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna həvalə edilməlidir. Daha sonra, İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 9156,0 manat maddi, 500 manat mənəvi ziyan, 110 manat vəkil xidmət haqqı, 100 manat dövlət rüsumu, 590 manat ekspertiza xərcinin Cavabdeh tutulması, Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, saylı binanın 36 saylı mənzilin döşəmə konstruksiyasının yararsız vəziyyətin aradan qaldırılması məqsədi ilə Cavabdeh məxsus Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, 36 saylı mənzil hərrac vasitəsilə, tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması barədə qətnamə qəbul edilməsi və Cavabdeh su axmasının səbəblərinı aradan qaldırılması üçün uzun illərdir tədbirlər görmədiyi və bunun nəticəsində əmlakın onun tərəfindən qəsdən zədələndiyi üçün, onun əməlində AR Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün Xüsusi Qərardad qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə əlavənin dəlilləri: işin məhkəmə baxışı zamanı alınmış məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023 tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən ona vurulmuş ziyanın dəyəri 5536 manat olmuşdur. Eyni zamanda həmin rəylə təsdiq edilmişdir ki, Bakı şəhər, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21, 23 saylı mənzillərə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korruziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18,20,21,23 saylı mənzillərin tavan, 36 saylı şənzilin isə döşəmə konstruksiyası (mətbəx və hol hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbə arası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğundur. Cavabdeh qəsdən etdiyi hərəkətsizliyi nəticəsində ona ziyan vurulmaqla yanaşı mülkiyyətində olan mənzildən təhlükəsiz istifadə etmə hüququndan (konstitsion hüquqdan) məhrum edir. İddia tələbinin həcmindən görünür ki, ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı mənzilindən təhlükəsiz istismar etmək məqsədilə qüsurların aradan qaldırılmasını tələb edir. Bu tələbi Cavabdeh tərəfindən aradan qaldırılmayacağı aşkardır. Çünki, illərdir eyni tərəflər arasında davam edən eyni mübahisələr onu deməyə əsas verir ki, Cavabdeh mülkiyyətində olan mənzildəki qüsurları aradan qaldırmaq niyyəti yoxdur və o, mülkiyyət hüquqlarından başqalarının ziyanına istifadə edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Etirazın dəlilləri: AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 10/1371 nömrəli ekspert rəyini qanunsuz və əsassız hesab edir, həmin rəydə guya onun mənzilindən iddiaçının mənzillərinə 5536 manat ziyan dəydiyi qeyd edilmişdir, bu tamamilə absurddur, belə ki, həmin rəy verilərkən ümumiyyətlə onun mənzilinə baxış keçirilməmişdir, ekspert onun mənzilini düzgün incələmədən, hər yerə lazımı və avadanlıqlardan istifadə etməklə baxmadan sadəcə bir dəfə kənardan vizual baxaraq belə bir rəy vermişdir. Kənardan vizual baxaraq, hər hansı bir alətdən, avadanlıqdan istifadə etmədən rəy verməsi həqiqəti əks etdirmir və düzgün sayıla bilməz. Belə ki, iddiaçının ona qarşı qaldırdığı digər məhkəmə araşdırmasında, eyni zamanda FTTN-nin verdiyi AKT da müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzillərdə konstruktiv dəyişiklər etmiş və bununla da tikinti norma və qaydalarını pozmuşdur. Onun mənzilinin qarşısında olan açıq eyvanda da İddiaçı tərəfindən müdaxilə olunmuş və orada müəyyən işlər görülmüşdür. Mülkiyyətində 36 nömrəli mənzildən iddiaçının mənzilinə heç vaxt hər hansı bir su sızıntısı olmamışdır, bu hal bundan qabaqda iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələblərində də sübut olunmuşdur. Eyni zamanda, yaşadığı 36 saylı mənzillə yanaşı 37, 38 nömrəli mənzillərdə İddiaçı mənzilinin üstündə yerləşir bundan əlavə binanın damında qadağan olunmasına baxmayaraq 4 tonluq su çəni vardır eyni zamanda 30-40 metrəlik rezin su şlanqı ilə binanın hər yerini sulayır (öz mənzillərində edə bilər). 36 nömrəli mənzilin su və kanalizasiya boruları nə divarın içindən keçir nə də üzəri sementlənməyib (bağlanmayıb) mənzilin eyvanında olan kanalizasiya və su borularına aid təftiş qapaqları və ventilyasiya (mənzilin və zirzəmisinin havasını dəyişən) pəncərə İddiaçı tərəfindən şəxsən bağlanmışdır. 36 nömrəli mənzilin həyət eyvanının zirzəmisindən keçən kanalizasiyanın çuqun borusu sındırılıb ora plastmas boru calaştırılmışdır. Yük saxlayan divarlar yenədə İddiaçı tərəfindən zədələnmişdir 36 saylı mənzilin həyət eyvanını saxlayan divarlar dağıdılmışdır. İddiaçı təmir adı ilə qeyri-konstruktiv planlaşdırma aparmışdır bu barədə Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumunun rəyi də vardır. İddiaçı ona qarşı şər və böhtanlarını atmaqda davam etməsi onun 4 saylı MİS-nin və Səbail rayon MKTBnin nümayəndələri ilə əlbir olub onun mənzilini yəni 36 nömrəli mənzili ələ keçirtməkdir. Bunu şəxsən İddiaçı onun özünə də bildirmişdir. İddiaçı bu kimi iddialarla dəfələrlə məhkəməyə müraciət etmişdir. Keçirilən məhkəmə prosesslərində alınmış ekspert rəylərində açıq aydın müəyyən edilmişdir ki, onun mənzilindən yəni 36 nömrəli mənzildən onun mənzilinə hər hansı bir su sızıntısı olmamışdır. Eyni zamanda, İddiaçı buna bənzər iddialarla dəfələrlə məhkəməyə müraciət etmiş məhkəmə tərəfindən bu iş hər tərəfli və obyektiv araşdırılmış, iş üzrə 3-4 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmiş və ekspertlər iş üzrə dolğun rəy vermişdirlər. İddiaçının ona qarşı bu kimi iddialar qaldırmasında niyyəti ona mənəvi izdirab vermək, maddi ziyan vurmaq və onu bezdirib mənzilini əlindən almaqdır. Buna sübut olaraq bildirir ki, Bakı Apellyasiya məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(103)-2937/2018 saylı qətnaməsi ilə Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlər aparılması ona həvalə edilmiş, bununla əlaqədar olaraq o, xx.xx.2020-ci il tarixdə "Pro Təmir İnşaat” şirkəti ilə rəsmi müqavilə bağlayaraq şirkət tərəfindən həmin eyvanda təmir aparılmasını razılaşmış və bunun müqabilində o, həmin şirkətə 2 dəfəyə olmaqla 1100 manat pul vəsaiti ödədi, həmin şirkət təmir işlərinə başladı, lakin İddiaçı hədə-qorxusu və təsiri nəticəsində həmin şirkət təmiri yarımçıq qoyaraq bir daha gəlmədilər. Bu halın özü bir daha təsdiq edir ki, iddiaçı özü bilərəkdən, qəsdlə mənzilinə su axıdır, onun tərəfindən eyvanın təmir olunmasına imkan vermir, belə etməkdə isə vahid niyyəti onun mənzilini əlindən almaqdır. Bundan başqa və vacib məqamlardan biri də odur ki, hazırkı ekspert rəyində müəyyən olunmur ki, daha əvvəlki məhkəmə prosesində ekspert tərəfindən müəyyən olunmuş qüsurlar aradan qaldırılmış ya yox, hazırki, ziyan həmin ziyandırmı? Həmin qüsurlar aradan qaldırılmamış yeni qüsurları necə müəyyən etmək olar? Hazırki qüsur bəlkə elə həmin qüsurdu? Hazırki, ekspert rəyi ilə bu sualların heç birinə cavab verilməməkdədir belə olan halda isə həmin rəy möhtəbər hesab edilə bilməz. Onu da qeyd edir ki, 20 ildən çoxdur ki, İddiaçı ona şər və böhtan alır, o, nəyin hesabına olursa-olsun onun həyət eyvanının qarşısında tikinti işləri aparmağa can atır, 6 dəfə su axır bəhanəsi ilə onların yaşayış sahəsinə ekspert gətizdirmiş, həmin ekspertlər suyun axmasının onun mənzilindən və eyvandan olmadığını bildirmişdirlər. İddiaçı Səbail rayon 4 saylı MİSK mühəndisi Əli Allahverdiyev ilə birlikdə qəzalı olmayan 32 kv.m olan eyvanı ona polis, prokurorluq vasitəsi ilə təzyiq göstərərək, mütəxəssis olmadan fəhlələrə sökdürdülər, İddiaçı keyfiyyətsiz materiallarla özləri həmin eyvanı yenidən qurdular, dövlət fondundan eyvanı guya bahalı materiallarla təmir etmələrinə saxta sənədlər, rəylər verərək aldıqları pulları öz ciblərinə qoymuşdurlar. Belə ki, eyvanın şveller dəmirləri 10-12 sn.m yox, 5-6 sn.m, ayaq altına düzülən metlax isə suyu özünə çəkən küçələrə düzülən metlaxdan idi. İddiaçı və Ə.Allahverdiyev eyvan tökməkdə anlayışı olmayan usta və fəhlələrin əli ilə tökülmüş betonun enindən uzun olan taxta parçaları sancmışdır ki, gələcəkdə oradan qar-yağış suyu aşağı mərtəbəyə sıza bilsin. O, onlardan çubuqların çıxarılması və onların yerinə beton tökülməsini təkidlə xahiş etsə də onlar buna məhəl qoymadılar. Bundan başqa, İddiaçı mənzillərdə qeyri-konstruktiv dəyişikliklər aparmışdır. Həyət eyvanının ağırlığının saxlayan qalın divarları dağıdaraq eyvanı az qala uçurmuşdur, ikinci mərtəbədə bir metrə kimi qalınlığı olan və eyvanı ağırlığını saxlayan divarı dağıtmışdır, kanalizasiyaların çuğun borusunu qırıb bir tərəfi açıq olan plastmas boruya birləşdirmişdir. Bizimlə eyni mərtəbədə olan 37-38 saylı mənzillərin zirzəmisində olan döşəməni dağıtmışdır. Mütəmadi olaraq, ağır kuvalt, çəkiclə, uzun drellərlə həyət eyvanını saxlayan divarları dəlik-deşik etmişdir. İddiaçı məqsədi mənzilinə su sızması görüntüsü yaratmaqdır, o, 30-40 metrlik rezin su şlanqları ilə istədiyi yerləri sulayaraq mənzilinə su sızır deyə hay-küy salır. İddiaçı dəfələrlə bu kimi iddia ərizələri ilə müvafıq məhkəmələrə müraciətlər etmiş, hansısa vasitələr ilə ona qarşı qeyri-obyektiv qərarlar çıxartdırmış, onun əmək haqqı və təqaüdündən min manatlarla pul çıxılmışdır. Ondan tutulan pullar hesabına isə hər hansı bir təmir işləri aparmamışdır (əgər həqiqətən su sızması vardısa). Onun kimi zəhmətkeş bir insanın pulunu, havayı yollarla əldə edən İddiaçı kimi adamların niyyəti, özgə hesabına yaşamaq və qarşısındakı insana şər-böhtan ataraq pul əldə etməkdir. Onun 70 ildən artıqdır ki, yaşadığı mənzilini ələ keçirtmək üçün onu şərləyib həbsə belə saldırmaq istəyir ki, orada da onu məhv etdirsin. O, elmi işçidir, hazırda X10 Əliyevin Azərbaycan SSR-də İX beşillikdə rəhbərliyi ilə əlaqədar olaraq monoqrafiya üzərində çalışır. Bundan başqa, İddiaçı onun konstitusiyon hüquqlarını pozur, ona rahat yaşamağa imkan vermir, onun bu cür əməlləri nəticəsində o, mənəvi sarsıntı keçirir, iztirablar çəkir. Qeyd olunanları nəzərə alaraq və iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız sadəcə söz yığımından ibarət olduğundan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 16 aprel 2021-ci il tarixli X7, X6 və Vəkil tərəfindən tərtib edilmiş ünvan 3 ünvanında yerləşən mənzilə su basmasının nəticələri ilə bağlı aktdan görünür ki, mənzilin sahibi İddiaçıdur. Tədqiq olunan mənzil 4 mərtəbəli binanın 2ci mərtəbəsində yerləşir, 8 otaqdan ibarətdir. Baxış zamanı aşağıdakılar ortaya çıxdı: Mənzilin mətbəxt və ona bitişik otaq sahələrində müxtəlif yerlərdə yuxarı mərtəbədən intensiv su axıntıntısı müşahidə olundu. Mətbəx otağının uzunluğu 6.3 m, eni 2.3 m, daxili hündürlüyü 3.8 m olmaqla döşəməsinə metlax döşənmiş, divarları şpaklyovka qatı ilə suvanmış, boya ilə rənglənmiş tavanına alüminium təbəqəli asma tavan quraşdırılmışdır. Mətbəx otağında və ona bitişik görüş otağının konstruktiv elementləri üzərində və mətbəx otağında yerləşən mətbəx mebelinin, eləcə də mebel daxilinə quraşdırılmış kombi və ariston markalı su qızdırıcı avadanlıqların üzərində intensiv su sızmaları mövcuddur. Mətbəx otağının divarlarında su sızmaları müşahidə edilir. Tikilinin tavanına quraşdırılmış asma tavan üzərində axan suların yığılması halı aşkar edildi. Su sızmadan mətbəxin digər kombi avadanlığı yerləşən hissəsinin ətraf divarları və kombinin üzərində, eləcə də ariston markalı su qızdırıcının üzərində və ətraf divarlarında su sızmalar müşahidə edildi. Bununla yanaşı mətbəxin tavanında alüminium təbəqəli asma tavan təbəqəli olan mətbəx otağının divarında da su sızmaları aşkar edildi. Mənzillərə aid sahəsi 9.94 kv.m təşkil edən dəhliz hissəsinin döşəməsinə laminat döşənmiş divarlarına divar kağızı yapışıdırlmış tavanına alçıpan vurulmuş üzəri boya ilə rənglənmişdir. Baxış zamanı dəhlizin tavanına quraşdırılmış alçipan təbəqəsi üzərində su sızmaları aşkar edildi. Mənzilin görüş otağının uzunluğu 6.4 m, eni 4.7 m olub hündürlüyü 3.8 m təşkil edir. Otağın döşəməsinə laminat döşənmiş, divarlarına divar kağızı yapışdırılmış, tavanına alçıpandan təbəqəli asma tavan quraşdırılmışdır. Mətbəx otağının görüş otağına bitişik olan arakəsmə divarının tavana birləşmiş hissəsində intensiv su sızmaları müşahidə olunur. Bununla yanaşı həmin otağın tavanda da su sızmaları aşkar edilmiş və həmin hissəyə aid döşəmədə laminat təbəqəsi üzərində su yığılması müəyyən edildi. Su sızması yuxarı mərtəbədə yerləşən 36 saylı mənzilin sahəsindən olmuşdur, lakin 36 saylı mənzilin sahibi evdə olmadığından onun mənzilinə baxış keçirilə bilmədi. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. - “X4” MMC-nin «03» iyun 2021-ci il tarixli 324 saylı ekspert rəyindən görünür ki, şəkillərdən və baxış zamanı əldə olunmuş məlumatlardan, həmçinin ekspertə təqdim edilmiş iş üçün əhəmiyyət kəsb edən materiallardan müəyyən edilir ki, İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarına suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanından və orada yerləşən kommunikasiya xətlərindən baş vermişdir. Sözügedən mənzilə suyun sızmasına səbəb yararsız sanitar- texniki avadanlıqlardan istifadə edilməsi, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi, mərtəbələrarası, eləcə də sanitar qovşağının, mətbəx otağının, açıq tipli eyvanın izolyasiya təbəqəsinin zədələnməsindən keyfiyyətsiz olmasından, dama və açıq tipli eyvana yağan atmosfer çöküntülərinin yer səthinə və ya kanalizasiya quyularına düzgün ötürülməməsi və kommunikasiya xətlərinin istismar müddətinin bitməsi olmuşdur. Mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarına Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən suyun sızması baş vermişdir. Tədqiq olunan mənzillərə ekspertiza baxışı zamanı su sızma hadisəsinin davamlı baş verməsini və baxış vaxtı divarların islaq vəziyyətdə olduğunu nəzərə alaraq, su sızmanın dəqiq olaraq hansı tarixə təsadüf etməsini müəyyən etmək mümkün olmadı. 18, 20, 21 və 22 saylı mənzillərdə su sızma aşkar edilmiş tikilinin konstruktiv elementləri üzərindəki su sızma izlərini və həmin sahənin su sızmayan hissələri ilə müqayisə etdikdə həmin mənzillərdə son dövrlərdə təmir bərpa işlərinin aparılması müəyyən edildi və son dəfə su sızma hadisəsi son dövrdə aparılmış təmir bərpa işlərindən sonra baş vermişdir. Sözügedən mənzilə suyun sızmasına səbəb yararsız sanitar-texniki avadanlıqlardan istifadə edilməsi, mənzildə yaşayan sakinlər tərəfindən suyun nəzarətsiz istifadə edilməsi, mərtəbələrarası, eləcə də sanitar qovşağının, mətbəx otağının, açıq tipli eyvanın izolyasiya təbəqəsinin zədələnməsindən, keyfiyyətsiz olmasından, dama və açıq tipli eyvana yağan atmosfer çöküntülərinin yer səthinə və ya kanalizasiya quyularına düzgün ötürülməməsi və kommunikasiya xətlərinin istismar müddətinin bitməsi olmuşdur. Cavabdeh mülkiyyətində olan 36 saylı mənzilin qarşısında yerləşən açıq tipli eyvana atmosfer yağıntılarının yağması nəticəsində qar və yağış sularının yer səthinə və ya kanalizasiya quyularına ötürülməsi üçün nəzərdə tutulmuş trap qurğusunun işlək vəziyyətdə olmamış və suların döşəmədən kənarlaşdırılması üçün İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin damı istiqamətində dəlik aşılmışdır. Həmin dəliyin tikinti norma və qaydalarının tələblərinə zidd olması müəyyən edildi. 23 aprel 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin, 19 noyabr 2018-ci il tarixli Səbail Rayon Məhkəməsinin qərardadlarından müəyyən olunur ki, Cavabdeh məxsus 36 saylı mənzildən İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ekspert rəyi əsasında mətbəx və görüş otağına su sızmasının baş verməsi və su sızmanın aradan qaldırılması üçün Cavabdeh üzərinə öhdəlik qoyulması qeyd olunmuşdur. Lakin ekspertə təqdim edilmiş qeyd olunan Bakı Apelyasiya Məhkəməsinin və Səbail Rayon Məhkəməsinin qərardadlarında əks olunanları Cavabdeh məxsus 36 saylı mənzilə və onun qarşısındakı açıq tipli eyvana baxış keçirilən tarixə müqayisə etdikdə sözü gedən mənzildə qərardadlarda və ya icra Probasiya şöbəsinin qərarında göstərilən öhdəliklərdən irəli gələn tədbirlərin aparılması və su sızmanın qarşısının alınması istiqamətində bu günə qədər hər hansı bir tikinti-bərpa aparılmamışdır. Su sızma nəticəsində İddiaçı mülkiyyətində olan Səbail rayonu, Nizami küçəsi 86 ünvanında yerləşən 18, 20, 21, 23 saylı mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan vəsaitin ƏDV-ilə birlikdə 9156,00 (doqquz min bir yüz əlli altı) manat olduğu müəyyən edilmişdir. Mütəxəssis (ekspert) rəyinin Qeyd hissəsindən görünür ki, ekspertiza tədqiqatı zamanı mətbəx otağında yerləşən “BOSCH” markalı kombi avadalığı üzərinə və daxilinə su sızma nəticəsində sıradan çıxdığı üçün dəyişdirilərək yeni “Lambert” Lx4Fl kombi avadanlığı ilə əvəz edilmişdir. Həmin Mütəxəssis rəyində əksini tapmış İddiaçı mülkiyyətində olan Səbail rayonu, Nizami küçəsi 86 ünvanında yerləşən 18, 20, 21, 23 saylı mənzillərə yuxarı mərtəbədə yerləşən Cavabdeh mülkiyyətində olan 36 saylı mənzildən su sızma nəticəsində dəymiş zərərin bərpası üçün təmir-tikinti işlərinin Smeta cədvəlindən görünür ki, mətbəx üçün 592.90, dəhliz üçün 2315.80, dəyişən avadanlıqlar üzrə- taxta mətbəx mebelinin bərpası üçün 1000 manat, kombi avadanlığının dəyişdirilməsi (quraşdırılma və sazlama ilə birlikdə) üçün 1000 manat, elektrik və işıqlanma sistemində qüsurların aradan qaldırılması (material, işçilik) üçün 500 manat, nəzərə alınmayan əlavə xərclər üzrə 369.50 manat, olmaqla, cəmi 5779.0 manat, söküntü işləri məsrəfləri 500 manat, zibilin daşınması 300 manat və digər işçilik xərclərinin cəmi 1979.90 manat nəzərə alınmaqla, ümumilikdə 7758.90 manat məbləğində xərc çəkilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 23 aprel 2018-ci il tarixli, 2(103)- 2937/2018 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-463/2015 saylı 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı vurulmuş maddi ziyanın kompensasiyası kimi 1642 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat, cəmi 1662 manat məbləğində pulun Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzili qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün həmin sahədə təmir-bərpa işlərinin aparılması vəzifəsi Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, iddia tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının xərci olan cəmi 300 manat məbləğində pulun Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən, cavabdeh Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin apellyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-463/2015 saylı 27 aprel 2015-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 1662 (min altı yüz altmış iki) manat mələğində pul tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması Cavabdeh həvalə edilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - "Pro Təmir İnşaat” şirkəti ilə Cavabdeh arasında evlərin tikinti və təmiri xidməti barədə xx.xx.2020-ci il tarixli müqavilədən və ödəniş blanklarından görünür ki, Cavabdeh tərəfindən "Pro Təmir İnşaat”a 440 manat və 660 manat olmaqla, cəmi 1100 manat məbləğində vəsait ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2022-ci il tarixli 10/1043 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərə alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində su sızma izlərinin və su sızma nəticəsində yaranmış qüsurların olduğu müşahidə edilmişdir. Həmçinin qeyd olunur ki, mülki iş materiallarına əlavə edilmiş AKT-ın məlumatlarına əsasən sözügedən mənzillərə su sızmasının 16 aprel 2021-ci il tarixdə baş verdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, onun yaşadığı binanın dam örtüyünün dəyişdirilməsi zamanı suaxıdan boruların düzgün quraşdırılmaması, binanın damında quraşdırılan 4 tonluq su çəninin bəzən daşması və pilləkən meydançasını su basması barədə müraciəti araşdırılmış, göstərilən pozuntuların aradan qaldırılması barədə Agentlik tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21 və 23 saylı mənzillərinə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir-betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korroziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18,20,21,23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və holl hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbəarası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərər alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Fövqəladədə Hallar Naziliyinin Tikintidə X3 Agentliyinin 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən, Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21 və 23 saylı mənzilləriə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir-betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korroziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18,20,21,23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və holl hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbəarası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir. - İddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi TTNDA «Azərdövlətsənayelayihə» DLİ-nin arasından bağlanmış 11 may 2023-ci il tarixli 23/26 nömrəli müqavilədən, müqavilə qiymətinin razılaşması protokolundan və ödəniş sənədindən görünür ki, texniki baxış və texniki rəyin verilməsi üçün müqavilə qiyməti 590,00 (beş yüz doxsan manat, 00 qəpik) manat təşkil edir. Həmin məbləğ İddiaçı tərəfindən «Azərdövlətsənayelayihə» DLİ-nin bank hesabına köçürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə 24 oktyabr 2023-cü il tarixli məlumatından görünür ki, tədqiqat obyektinə baxış keçirilən zaman məlum oldu ki, əşyaların bir hissəsi təmir, digər əşyalar isə yenisi ilə əvəz olunmuşdur. Bu səbəbdən də tədqiqatı aparmaq mümkün olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, 18,20,21,23 saylı mənzillərin mülkiyyətçisidir, Cavabdeh isə ünvan 1 ünvanda yaşayan iddiaçının üst mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi olmaqla qonşusudur. Cavabdeh mülkiyyətində olan 36 saylı mənzilindən su sızması nəticəsində İddiaçı 18, 20, 21, 23 saylı mənzillərinə ziyan vurulması iddiası ilə məhəkəməyə müraciət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, daha əvvəl də su sızması nəticəsində İddiaçı zərər vurulmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 23 aprel 2018-ci il tarixli, 2(103)-2937/2018 nömrəli qətnaməsi ilə Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 1662 (min altı yüz altmış iki) manat mələğində pul tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması Cavabdeh həvalə edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər, Səbail rayon, ünvan 6 ünvan üzrə iddiaçıya məxsus 18, 20, 21, 23 saylı mənzillərinə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2022-ci il tarixli 10/1043 nömrəli və 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəylərindən görünür ki, İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərə alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyləri ilə Bakı şəhəri, Səbail rayonu, Nizami 86 saylı evinin 36 saylı mənzilindən suyun sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5536,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə daşınar əşyalara da dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etsə də, hazırda həmin yaşayış sahəsində təmir işləri aparıldığından və avadanlıqlar dəyişdirildiyindən onlara dəymiş zərərin ekspert tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “X4” MMC-nin 03 iyun 2021-ci il tarixli 324 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində vurulmuş zərərin məbləği 7758.90 manat məbləğində müəyyən edilmişdir ki, həmin məbləğin 2000 manatı, yəni hər biri 1000 manat olmaqla mətbəx mebelinin bərpası və yeni kombi avadalığının quraşdırılması üçün nəzərdə tutulmuşdur. Məhkəmə, “X4” MMC-nin mütəxəssis rəyi ilə 7758.90 manat məbləğində müəyyən edilmiş zərərin məbləğindən mətbəx mebelinin bərpası və yeni kombi avadalığının quraşdırılması üçün nəzərdə tutulmuş 2000 manat məbləğini çıxdıqda qalan 5758,90 manat məbləğlə Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş 5536,0 manat məbləği arasında cüzi fərq olduğunu nəzərə alaraq, mətbəx mebelinin bərpası və yeni kombi avadalığının quraşdırılması üçün həmin mütəxəssis rəyini qeyd edilən hissədə sübut növü kimi qiymətləndirməklə əsas götürülməsini məqsədə müvafiq hesab edir. Belə ki, mütəxəssis rəyindən görünür ki, tədqiqat zamanı mətbəx otağında yerləşən “BOSCH” markalı kombi avadalığı üzərinə və daxilinə su sızma nəticəsində sıradan çıxdığı üçün dəyişdirilərək yeni “Lambert” Lx4Fl kombi avadanlığı ilə əvəz edilmişdir. Smeta cədvəli ilə müəyyən olunur ki, dəyişən avadanlıqlar üzrə-taxta mətbəx mebelinin bərpası üçün 1000 manat, kombi avadanlığının dəyişdirilməsi (quraşdırılma və sazlama ilə birlikdə) üçün 1000 manat, elektrik və işıqlanma sistemində qüsurların aradan qaldırılması (material, işçilik) üçün 500 manat xərc çəkilmişdir. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Nizami 86 saylı evin 18, 20, 21, 23 saylı mənzillərinə cavabdehə məxsus üst mərtəbədə yerləşən 36 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 5536,0 (beş min beş yüz otuz altı) manat məbləğində pul vəsaiti, həmçinin mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün çəkilmiş cəmi 2000 (iki min) manat məbləğində xərc, ümumilikdə 7536 manat tutulmalıdır. Məhkəmə iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdehin hərəkətlərinin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirilmir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, saylı binanın 36 saylı mənzilin döşəmə konstruksiyasının yararsız vəziyyətin aradan qaldırılması məqsədi ilə Cavabdeh məxsus Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, 36 saylı mənzil hərrac vasitəsilə, tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması barədə qətnamə qəbul edilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlıvaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır (28.1). Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır (28.2) . Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir (28.3). Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur (28.4). Məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətindəki əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olması hazırki məhkəmə araşdırmasının predmetini təşkil etməmiş, həmin əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olduğu qanunla müəyyənləşdirilmiş qaydada təsdiq edilməmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara ardıcıl olaraq əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “Cavabdeh su axmasının səbəblərinı aradan qaldırılması üçün uzun illərdir tədbirlər görmədiyi və bunun nəticəsində əmlakın onun tərəfindən qəsdən zədələndiyi üçün, onun əməlində AR Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün Xüsusi Qərardad qəbul edilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə 590 (beş yüz doxsan) manat, vəkil xərci olaraq 110 (bir yüz on) manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat və 100 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının əsas iddia tələbinin həcmi 9156,0 manat maddi və 500 manat mənəvi ziyan olmasına baxmayaraq iddiaçı tərəfindən dövlət büdcəsinə 100 manat məbləğində rüsum ödənilmiş, bununla da 16 manat dövlət rüsumu kəsiri yaranmışdır. Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 7536 (yeddi min beş yüz otuz altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməli, həmçinin mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 590 (beş yüz doxsan) manatın 500 (beş yüz) manat hissəsi, 110 (bir yüz on) manat vəkil xərcinin 80 (səksən) manat hissəsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilməli, xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumunun kəsiri olan 16 (on altı) manat Cavabdeh tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan (100+50) 150 (bir yüz əlli) manatın 120 (bir yüz iyirmi) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 7536 (yeddi min beş yüz otuz altı) manat məbləğində pul vəsaiti, həmçinin mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş məbləğin 500 (beş yüz) manat hissəsi, vəkil xərcinin 80 (səksən) manat hissəsi, dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun kəsri olan 16 (on altı) manat Cavabdeh tutulub dövlət büdcəsinə köçürülsün. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan (100+50) 150 (bir yüz əlli) manatın 120 (bir yüz iyirmi) manat hissəsi Cavabdeh, 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hes Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar