Məhkəmə qərarları › İş №e-2(009)-202/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-202/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-202/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 Aprel 2022-ci il tarixli, SUNPU-05751 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9691,48 (doqquz min altı yüz doxsan bir manat 48 qəpik) manat, faiz borcuna görə 550,1 (beş yüz əlli manat 10 qəpik) manat, dəbbə borcuna görə 674,23 (altı yüz yetmiş dörd manat 23 qəpik) manat, cəmi 10915,81 (on min doqquz yüz on beş manat 81 qəpik) manat məbləğində pulun və 122,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 19 Aprel 2022-ci il tarixli, SUNPU-05751 saylı kredit müqaviləsinə əsasən illik 15 % (on beş) faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri). 19 Aprel 2022-ci il tarixli, SUNPU-05751 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 19 Aprel 2022-ci il tarixli, SUNPU-05751 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər aym 19-dan gec olmayaraq hər ay 278,31 (iki yüz yetmiş səkkiz manat 31 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 19 Aprel 2022-ci il tarixli, SUNPU- 05751 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 9691,48 (doqquz min altı yüz doxsan bir manat 48 qəpik) manat, faiz borcuna görə 550,1 (beş yüz əlli manat 10 qəpik) manat, dəbbə borcuna görə 674,23 (altı yüz yetmiş dörd manat 23 qəpik) manat, borcun cəmi məbləği 10915,81 (on min doqquz yüz on beş manat 81 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 19 Aprel 2022-ci il tarixli, SUNPU-05751 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9691,48 (doqquz min altı yüz doxsan bir manat 48 qəpik) manat, faiz borcuna görə 550,1 (beş yüz əlli manat 10 qəpik) manat, dəbbə borcuna görə 674,23 (altı yüz yetmiş dörd manat 23 qəpik) manat, cəmi 10915,81 (on min doqquz yüz on beş manat 81 qəpik) manat pul tutulmalıdır. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 19 Aprel 2022-ci il tarixli, SUNPU-05751 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9691,48 (doqquz min altı yüz doxsan bir manat 48 qəpik) manat, faiz borcuna görə 550,1 (beş yüz əlli manat 10 qəpik) manat, dəbbə borcuna görə 674,23 (altı yüz yetmiş dörd manat 23 qəpik) manat, cəmi 10915,81 (on min doqquz yüz on beş manat 81 qəpik) manat pul tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SUNPU-05751 saylı Kredit Müqaviləsindən görünür ki, Bank cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 15% hər ay 278.31 manat ödəmək şərtilə 10000 manat məbləğində kredit vermişdir. Sözügedən müqavilənin 3.1-ci maddəsinə görə bu müqaviləyə görə müştəri kredit üzrə ödənişləri bu razılaşmaya əlavə edilən kreditin ödəniş cədvəli əsasında annuitet qaydada aylıq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, maliyyə arayışından görünür ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 9691.48 AZN əsas, 550.1 AZN faiz, 674.23 AZN cərimə borcu olmaqla, cəmi 10915.81 AZN borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC-nin Sumqayit filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 19 Aprel 2022-ci il tarixli, SUNPU-05751 saylı kredit müqaviləsinə əsasən illik 15 % (on beş) faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir, lakin kredit alan tərəf müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 9691.48 AZN əsas, 550.1 AZN faiz, 674.23 AZN cərimə borcu olmaqla, cəmi 10915.81 AZN borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin 674.23 (altı yüz yetmiş dörd manat iyirmi üç qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 9691.48 (doqquz min altı yüz doxsan bir manat qırx səkkiz qəpik) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 674.23 (altı yüz yetmiş dörd manat iyirmi üç qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 122.75 (yüz iyirmi iki manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 22.75 (iyirmi iki manat yetmiş beş qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9691.48 (doqquz min altı yüz doxsan bir manat qırx səkkiz qəpik) manat əsas borc, 550.1 (beş yüz əlli manat on qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 10341.58 (on min üç yüz qırx bir manat əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 122.75 manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi tutulmalı, 22.75 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9691.48 (doqquz min altı yüz doxsan bir manat qırx səkkiz qəpik) manat əsas borc, 550.1 (beş yüz əlli manat on qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 10341.58 (on min üç yüz qırx bir manat əlli səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 122.75 (bir yüz iyirmi iki manat yetmiş beş qəpik) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar