Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2021/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “bir-biri ilə əlaqədar olmayan” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “bir-biri ilə əlaqədar olmayan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə görə iddianın yolverilməzliyinə geri qaytarılmalıdır. Belə ki, iddiaçının bir tələbi alğı-satqı müqaviləsi ilə satılmış 140 kv.m sahənin qalıq qalmış 10 kv.m dəyərinin ödənilməsi, digər tələbi isə çardağın özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi-binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən mansarda sahəsi sözügedən çoxmərtəbəli yaşayış binasının təsdiqlənmiş eskiz layihəsində nəzərə alınmışsa və tikinti obyektinin istismara icazə sənədində mansarda sahəsinin mövcudluğu qeyd edilmişdirsə, həmin sahənin mənzil kimi istifadəsinə əsas olan sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməsinə dair sənədlər təqdim edilməklə (layihədə və aktda qeyd olunan mənzillərin tərkibinə daxil edilib-edilmədiyi), həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyü təsdiq edilərsə müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə çıxarış əldə edilə bilər. Məhkəmə hesab edir ki, birinci tələbi - alğı-satqı müqaviləsi ilə satılmış 140 kv.m sahənin qalıq qalmış 10 kv.m dəyərinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə (Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.) məhkəməyə, digər tələbi ilə müvafiq orqana müraciət edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, eyni zamanda irəli sürümlüş tələblərdən biri mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “bir-biri ilə əlaqədar olmayan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “AsanPay” vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, alğı-satqı müqaviləsi ilə satılmış 140 kv.m sahənin qalıq qalmış 10 kv.m dəyərinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin hüquqi ünvanının olduğu yerə görə məhkəməyə, çardağın özəlləşdirilməsi ilə bağlı isə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2021/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2021/2023
26.09.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver