Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-207/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdeh Novruzova (Suvanverdiyeva) Surə Arif qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC BOKT cavabdeh Novruzova (Suvanverdiyeva) Surə Arif qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il tarixli, 2(007)-648/2010 saylı kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 255.000 (iki yüz əlli beş min) manat əsas borca gecikdirilmiş dəymiş zərər 189,975 (bir yüz səksən doqquz min doqquz yüz yetmiş beş) manat məbləğində zərər, həmçinin ödənilmiş 480,72 (dörd yüz səksən manat, 72 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X14 Edilməsi Ağentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-617 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə, № 030 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 17 % tətbiq edilməklə, 24 ay müddətinə 255.000 (iki yüz əlli beş min) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə "xxxx" ASC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2010-cu il tarixli, 2(007)- 648/2010 saylı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-648/2010 saylı qətnaməsi ilə cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, № 030 saylı kredit müqaviləsi üzrə cəmi borcu üzrə 332.395 (üç yüz otuz iki min üç yüz doxsan beş) manat və 19.30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bildirmək istəyirlər ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2008-ci il tarixli, № 030 kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 255.000 (iki yüz əlli beş min) manat əsas borca gecikdirilmiş vaxt üçün dəymiş zərər 189,975 (bir yüz səksən doqquz min doqquz yüz yetmiş beş) manat məbləğində zərər hesablanmışdır. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2024-cü il tarixədək icra etməmişdir. Qanun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 480,72 (dörd yüz səksən manat, 72 qəpik) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 119.637,50 (bir yüz on doqquz min altı yüz otuz yeddi manat 50 qəpik) manat və ödənilmiş 480,72 (dörd yüz səksən manat, 72 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh iddianı aşağıda göstərilən xüsusatlara görə əsassız hesab edir və iddianı qəbul etmir. 1. Naxçıvan Muxtar Respublikası prokuroru Səbuhi Şahverdiyevin hədə qorxusu və Azərbaycan Beynəlxalq Bankının öz təşəbbüsü ilə (banka kreditin verilməsini Naxçıvan MR rəhbərliyi tapşırmışdır) Nümayəndə2 xüsusi mülkiyyət əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17, 20, 21 saylı mənzillər girov qoyularaq xx.xx.2008-ci il tarixli 030 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə onun həyat yoldaşı Cavabdeh 255 000 manat, xx.xx.2008-ci il tarixli 031 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X7 270 000 manat, xx.xx.2008-ci il tarixli 032 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X12 210 000 manat, xx.xx.2008-ci il tarixli 033 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X6 265 000 manat kredit rəsmiləşdirmişlər, cəmi 1 000 000 manat. Həmin kredit bankda ABŞ dollarına konvertasiya edilmiş və Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşı İlqar Əsgərova verilmişdir. Onların adına rəsmiləşdirilən kredit tam olaraq onlara verilmişdir. Bu haqda həyat yoldaşı Nümayəndə2 şikayət ərizəsinə əsasən hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində ********* nömrəli cinayət işlərinin istintaqı aparılır. Cinayət işlərinin yekununda cinayətkarlar tərəfindən hədə qorxu ilə alınan pullar bankın hesabına ödənilməlidir. Əgər ödənilməsə girov əmlak hesabına ödənilməlidir. 2. Kreditin vaxtında ödənilməməsinə görə Azərbaycan Beynəlxalq Bakı 2010-cu ilin may ayında Nizami Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 03 .05.2010-cu il tarixli 2(007)-648/10 saylı qətnaməsi ilə 332 395.00 manat pulun ondan tutulması və tutmanın yuxarıda qeyd edilən girov əmlaka yönəldilməsi göstərilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və hazırda Səbail rayon icra şöbəsinin 2(007)-648/2010 saylı icra işi icra olunmaqdadır. İcra şöbəsi tərəfindən girov əmlaklar qiymətləndirilmiş və qiymətləndirmənin nəticələrindən narazı qalan girovqoyan Nümayəndə2 Salyan Rayon Məhkəməsində iddia qaldırmış və hazırda həmin iş Salyan Rayon Məhkəməsinin icraatındadır. Girov qoyulan əmlakın dəyəri banka olan borcların ümumi dəyərindən xeyli yüksək olduğu üçün əmlak hərracda satıldıqda borclar tam bağlanacaqdır. 3. İddiaçı eyni predmet üzrə 2015-ci ildə Nizami Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin xx.xx.2015-ci il tarixli 2(007)-72/2015 saylı qətnaməsi ilə ondan maddi zərərə görə 177 305.42 manat, 37 893.00 manat dəbbə pulu tutulması qət edilmişdir. Onların verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3(103)-4792/2015 saylı qətnaməsi ilə həmin məbləğ azaldılaraq ondan zərərə görə 51 000.00 manat, dəbbə pulu isə 5 100.00 manat tutulması qət edilmişdir. Bu qətnamə hazırda Səbail Rayon İcra Şöbəsi tərəfindən icra edilir. İddiaçının qaldırdığı bu iddianı əsassız hesab edir, belə ki, eyni predmet üzrə ardıcıl olaraq iddia qaldırılması yolverilməzdir. 4. Eyni zamanda iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanan xx.xx.2015-ci il tarixli müqaviləvin 2.1.və 2.3 bəndlərindən də göründüyü kimi ABB ASC tərəfindən iddiaçıya əldən çıxmış gəlir tələbi hüququ verilməmişdir. Həmin müqaviləni 2.5.1. bəndində də açıq və aydın şəkildə göstərilir ki,” ABB ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə tələb hüququnu əldə edir və həyata keçirir”. Göründüyü kimi ABB ASC iddiaçıya əldən çıxmış fayda tələbi hüququ verməmişdir. Müqavilənin 2.5.2. bəndində isə iddiaçıya tələbin girov əmlaka yönəldilməsi və qaytarılmayan kredit üzrə məhkəmədə iddia qaldırmaq hüququ verilmişdir. 5. ABB ASC iddiaçı ilə xx.xx.2015-ci il tarixdə problemli kreditlər üzrə portfelin iddiaçıya güzəşt edilməsi haqda müqavilə imzaladıqdan sonra xx.xx.2015-ci il tarixdə onunla xx.xx.2008-ci il tarixdə imzalanmış kredit müqaviləsi üzrə dəyişikliklərin edilməsi haqqında əlavə imzalayaraq baxmayaraq ki, həmin tarixədək iki məhkəmə qətnaməsi mövcud idi sadəcə olaraq 255 000.00 manat əsas borcun qaytarılmasını tələb edərək borcun ödənilməsinin vaxtını xx.xx.2017-ci il tarixədək uzatmışdır. Belə olan halda qeyd edilən kredit müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçə bilməz. 6. Müstəqil ekspertlərin girov əmlaka qoyduqları qiymətin 2 531 000.00 manat və 2.493.000.00 manat olmasını və hər iki qətnamə üzrə bütün borclular üzrə ümumi borcun 1.523.000.00 oluğunu nəzərə alsaq göründüyü kimi girov əmlak hərracada satılsa bu borcları tam bağayır. 7. Borcun ödənilməsinin gecikdirilməsinə səbəb girovqoyanın şikayəti əsasında cinayət işinin qaldırılaraq istintaqın aparılması, girov əmlakın hərraca çıxarılması və qiymətləndirmə prosesi olmuşdur. İddianın əsassız hesab edilərək rədd edilməsi xahiş edilmişdir. Etiraza əlavənin dəlilləri: iddianı aşağıda göstərilən əlavə və əsas xüsusatlara görə əsassız hesab edir. 1. İddiaçı "xxxx" QSC bank olmayan kredit təşkilatı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi Bank) və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları əsasında bir kommersiya strukturu olaraq fəaliyyət göstərir və öz fəaliyyətini həmin Qanun və normativ aktlara uyğun olaraq həyata keçirməlidir. Həmin qanunlar və normativ aktların tələblərinə uyğun olaraq təsisçilərin (səhmdarların) nizamnamə kapitalına qoyduqları paylar və kredit şəkilində cəlb etdikləri vəsaitləri hüquqi və fiziki şəxslərə kredit olaraq verir və gəlir əldə edir. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanunun 15.2 maddəsində BOKT-un göstərdiyi fəaliyyət növlərindən başqa fəaliyyət növləri ilə məşğul ola bilməzlər. Qanun həmin maddəsində BOKT-un kollektor fəaliyyəti ilə məşğul olması göstərilməmişdir. İddiaçı kollektor fəaliyyəti ilə ABB ASC-nin özəlləşdirməyə hazırlanması və sağlamlaşdırılması məqsədi ilə “X14 edilməsi Agentliyini”ni yaratmışdır. Lakin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında iddiaçının qarşısında qoyulan vəzifələrdə belə bir agentliyin yaradılması barədə heç bir göstəriş yoxdur. 2. Yuxarıda qeyd edilən Fərmanın 2.1-ci bəndindən də görünür ki, iddiaçı dövlət zəmanətli istiqrazlar emissiya edərək ABB ASC-yə heç bir vəsait ödəmədən onun nəzərdə tutulan aktivlərini alaraq tələb hüquqlarını əldə etmişdir. Yəni Fərmana əsasən dövlət zəmanətli istiqrazları iddiaçı emissiya edir Maliyyə Nazirliyi həmin istiqrazların həcmini Dövlət Büdcəsində nəzərə alır və istiqrazlar Mərkəzi Bank tərəfindən alınaraq dövrüyəyə buraxılır. Fərmanın 2.3.4 bəndinə əsasən “aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək”. Bu isə o deməkdir ki, iddiaçı ABB ASCdən aldığı aktivlərin sağlamlaşdırılmasını öz vəsaiti hesabına deyil Dövlət Büdcəsi hesabına həyata keçirir və əlavə olaraq emissiya etdiyi istiqrazlar hesabına gəlir də əldə edir. Nəticə olaraq iddiaçı heç bir maliyyə itgisi ilə üzləşmədiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə əsasən onlara qarşı iddia tələbi irəli sürə bilməz. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il 101 saylı sərəncamının 1-ci bəndindən görünür ki, iddiaçıya dövlət tərəfindən zəmanət verilən sadə veksellərin (istiqrazların) buraxılması yolu ilə ABB ASC-nin problemli kreditləri satın alınmışdır. 4. Fərmanın 2-ci bəndində də iddiaçının belə bir hüququ tanınmır və yalnız ABB ASC-yə olan kredit müqavilələri üzrə borcların və həmin borclara hesablanmış faiz borclarının tələb hüququ tanınır. Bizə qarşı yeni tələb irəli sürə bilməz ona görə ki, həmin tələblər üzrə (əsas kredit borcları, onlara hesablanmış faiz borcları və MM-nin 445.7 maddəsində nəzərdə tutulan cərimə məbləği) əsas kredit verən ABB ASC-nin iddiası əsasında qanun qüvvəsi almış iki məhkəmə qətnaməsi mövcuddur. 5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehə aid kredit sənədləri xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı əsasında ona təhvil verilmişdir. Həmin tarixədək onun cavabdehdən tələb hüququ yaranmadığı halda ondan əvvəlki dövr üçün ilə 5 % zərər tələb edə bilməz. 6. İddiaçının iddia ərizəsində istinad etdiyi AR Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından da aydın görünür ki, MM-nin 445.7.,449.3cü bəndlərinin şərhində borclunun borcu vaxtında ödəməməsi nəticəsində tələbkara zərər dəyirsə tələbkar dəyən zərərin məbləğini tələb edə bilər. Yuxarıda da qeyd etdikləri kimi, iddiaçının ABB ASC-nin verdiyi kreditlərin bərpa edilməsi üçün çəkdiyi xəclər dövlət tərəfindən ödənildiyi üçün belə bir zərərdən söhbət gedə bilməz və onun belə bir tələb hüququ yaranmır. İddiaçının qeyri-qanuni yollarla gəlir əldə etməsi birinci bənddə göstərdikləri bütün qanunvericilik aktlarının tələblərinə ziddir və bu hərəkəti ilə onsuz da maddi vəziyyəti pis durumda olan borcluların borclarını süni surətdə artırmaqdan başqa bir şey olmayaraq zəhmətsiz gəlir əldə etməkdən ibarətdir ki, bu da qanunla qadağan edilmiş bir fəaliyyət hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmasını, hərracın keçirilməsi barədə sənədlərin Bank tərəfindən iddiaçıya gec təqdim edilməsini, buna görə də iddiaçının hərracın keçirilməsindən məlumatının olmamasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etmədiklərini, etirazda bunla bağlı ətraflı qeyd edildiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də icra işi üzrə təqdim edilmiş icra icraatındakı sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-648/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" ASC-nin xeyrinə X1 347.758 manat, X2 352.758 manat, X8 271.090 manat, Cavabdeh 332.395 manat, ümumilikdə 1.304.001 manat borc məbləği və 19.30 manat dövlət rüsumunun tutulması, tutma, ipoteka predmeti olan Nümayəndə2 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillərə yönəldilməsi, həmin mənzillər açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi, həmin mənzillər satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. - “X14 Edilməsi Ağentliyi” MMC-nin Səbail rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 4233 saylı məktubundan görünür ki, Cəmiyyət tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış Nümayəndə2 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillərmn qiymətləndirilərək hərrac sifariş verilməsinə dair xx.xx.2021-ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin, yəni sifariş verilmiş hərracın dayandırılması zərurəti ilə bağlı ünvanlanmış 4139 saylı xx.xx.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2015-ci il tarixli 26/07 saylı «İpoteka saxlayanla İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə» Protokola, həmçinin xx.xx.2015-ci il tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqaviləyə əsasən Nümayəndə2 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillərin alqısatqısına dair nəzərdə tutulmuş sənədləşdirmə müvafiq qaydada tam olaraq başa çatdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq Cəmiyyət tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış Nümayəndə2 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillərin qiymətləndirilərək hərrac sifariş verilməsinə dair xx.xx.2021-ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin, yəni sifariş verilmiş hərracın dayandırılmasına dair Cəmiyyət tərəfindən 4139 saylı xx.xx.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini və sifariş verilmiş hərracın davam etdirilməsi xahiş edilmişdir. - Hərracın yekunları barədə 19 mart 2015-ci il tarixli, 26/07 saylı protokoldan görünür ki, Səbail rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən Nümayəndə2 məxsus ünvan 2 ünvanda yerləşən mənzili ******* manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 739500 manata alıcı "xxxx" ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın "xxxx" ASC-yə satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 527.30 kv.m sahəsi olan mənzil dövlət mülkiyyət hüququ üzrə İddiaçı QSC BOKT-un adına daşınmaz əmlakın reyestrində xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - “X14 Edilməsi Ağentliyi” MMC-nin Səbail rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 996 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-648/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin icra tədbirləri nəticəsində Nümayəndə2 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillər açıq hərracda satılmadığı üçün tələbkara təklif olunmuş və kredit borcu əmlakın dəyəri məbləğindən borcdan azaldılmışdır. Qeyd edilən qətnamə üzrə borclular X5 icra olunmamış qalıq borcu 167. 883.00 manat, X9 icra olunmamış qalıq borcu 86215.00 manat, Cavabdeh icra olunmamış qalıq borcu 147 520.00 manat və X3 icra olunmamış qalıq borcu 162 883.00 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45,50,63-cü maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-648/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə icra tədbirlərinin davam edilməsi xahiş edilir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(005)-126/2025 saylı icra vərəqəsindən görünür ki, Nümayəndə2 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, ünvanda yerləşən 17, 20, 21 nömrəli mənzillərin özgəninkiləşdirilməsi 1 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək "xxxx" MMC, İddiaçı BOKT QSC-yə və digər şəxslərə qadağan edilmişdir. - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-2620/2025 saylı qərardadından görünür ki, iddiaçı Nümayəndə2 cavabdeh "xxxx" MMC-yə və İddiaçı QSC BOKT-a qarşı “hərracın yekunları barədə 19 mart 2015-ci il tarixli, 26/07 saylı protokolun və 19 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdehlər öhdəliklərini vaxtında yerinə yetirmədiklərinə görə bank onlara qarşı iddia qaldırmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-648/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə həmçinin Cavabdeh 332.395 manat pulun tutulması, ümumilikdə 1.304.001 manat borc məbləği və 19.30 manat dövlət rüsumunun tutulması, tutma, ipoteka predmeti olan Nümayəndə2 məxsus Bakı şəhəri, Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillərə yönəldilməsi, həmin mənzillər açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçının dəlillərinə görə, hazırki iş üzrə cavabhehin tərəf olduğu müqavilə üzrə kreditin verilmə müddəti bitmiş, əsas borcu və müqavilə müddəti üçün hesablanmış faiz borcu mövcud olmuşdur. İddiaçı Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra hesablanmış borc məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olmasına istinad edərək hazırki iddianı qaldırmışdır. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçı ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2015-ci il tarixli müqaviləvin 2.1.və 2.3 bəndlərindən də göründüyü kimi "xxxx" ASC tərəfindən iddiaçıya əldən çıxmış gəlir tələbi hüququ verilməməsinə, iddiaçının heç bir maliyyə itkisi ilə üzləşmədiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən onlara qarşı iddia tələbi irəli sürə bilməməsinə istinad etmişdir. Belə ki, iddiaçının "xxxx" ASC-nin verdiyi kreditlərin bərpa edilməsi üçün çəkdiyi xəclər dövlət tərəfindən ödənildiyi üçün belə bir zərərdən söhbət gedə bilməz və onun belə bir tələb hüququ yaranmır. Məhkəmə qeyd edir ki, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X14 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Beləliklə də, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehə qarşı iddia tələbi irəli sürə bilməsi üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. - 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. -24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin yeni redaksiyasına əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - (iddiaçının istinad etdiyi əvvəl qüvvədə olan redaksiya) 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Başqa sözlə, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.” Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında da göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən (zamana görə qüvvədə olan redaksiyası) irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2024-cü il 29 mart tarixli Qərarının məzmunundan aydın olur ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, borcun yönələcəyi əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, icranın təmin olunmasına maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini araşdırmalı və qiymətləndirməlidir. Məhkəmə iddia tələbi və ona edilmiş etirazlarla bağlı qeyd etməyi zəruri sayır ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(103)-4792/2015 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 22 fevral 2008-ci il tarixli, 030 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində əldən çıxmış fayda qismində vurulmuş maddi zərərə görə 51000 manat və dəbbə pulu qismində 5100 manat, cəmi 56100 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Bundan başqa, pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə icra müddəti bitdikdən sonrakı (həmçinin qətnamədən sonrakı) gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 445.7-ci maddəsinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir. Beləliklə də, məhkəmə ümumiləşdirilmiş məhkəmə təcrübəsinə əsasən hazırki mübahisə üzrə icra sənədi verilmiş qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra bu qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən süni surətdə, qərəzli olaraq maneçilik törətməsi müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdehdən və digər borclulardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-648/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən tutulmalı olan ümumilikdə 1.304.001 manat borcla bağlı tutma Nümayəndə2 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillərə yönəldilməsi, həmin mənzillər açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi ilə həyata keçirilməlidir. İcra işinin materiallarından görünür ki, tutma predmeti olan əmlak 1.160000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 739.500 manata alıcı "xxxx" ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın "xxxx" ASC-yə satılmasına dair 19 mart 2015-ci il alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra isə hərracın keçirilməsindən məlumatlı olmadığını bildirən hazırkı iddiaçı tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış 4139 saylı xx.xx.2021-ci il tarixli məktubla müraciət edilərək Nümayəndə2 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, 21 saylı 9 otaqlı mənzillərin alqı-satqısına dair nəzərdə tutulmuş sənədləşdirmə müvafiq qaydada tam olaraq başa çatdırılmadığına görə sözügedən mənzillərin qiymətləndirilərək hərrac sifariş verilməsinə dair xx.xx.2021-ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin, yəni sifariş verilmiş hərracın dayandırılmasını xahiş etmiş, bundan sonra isə Səbail rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 4233 saylı məktubla Cəmiyyət tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış hərracın dayandırılması zərurəti ilə bağlı ünvanlanmış 4139 saylı xx.xx.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini və sifariş verilmiş hərracın davam etdirilməsini xahiş edilmişdir. Bundan başqa, işin materiallarından görünür ki, ipoteka predmetinin mülkiyyətçisi Nümayəndə2 cavabdeh "xxxx" MMC-yə və İddiaçı QSC BOKT-a qarşı “hərracın yekunları barədə 19 mart 2015-ci il tarixli, 26/07 saylı protokolun və 19 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinin qanuniliyi mübahisələndirir və bununla bağlı iddia digər məhkəmənin icraatındadır. Göründüyü kimi, cavabdehin iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2024-cü il tarixədək icra etməməsi faktı öz təsdiqini tapmamışdır. Başqa sözlə, cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub olmasına dair iddiaçı tərəf mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəyə MM-in 445.7-ci maddəsinin istər münasibətlər yarandığı zamana görə qüvvədə olan və iddiaçının istinad etdiyi redaksiyasında, (istərsə də yeni redaksiyada) nəzərdə tutulmuş hüquqi əsaslar müəyyən olunmadığından iddia əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-207/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-207/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver