Məhkəmə qərarları › İş №e-2(009)-2073/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2073/2020

21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2073/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixdə anadan olmuş yetkinlik yaşına çatmış X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş İddiaçı qızının saxlanılması üçün alimentin sabit pul məbləğində, ümumilikdə 340 manat, hər uşaq üçün 170 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə X2, xx.xx.2012-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Buna səbəb həyat yoldaşının amoral həyat tərzi və valideynlik hüquqlarının həyata keçirməməsi, o cümlədən uşaqların tərbiyəsinə mənfi təsir edən qeyri-əxlaqi həyat tərzi olmuşdur. Bunu nəzərə alaraq məhkəmə qaydasında Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2018ci il tarixli qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən onun himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Bundan əlavə, valideynlik hüquqlarının həyata keçirməkdən imtina edir. Məhkəmə cavabdehin o zaman işlədiyini nəzərə alaraq birgə nikahdan anadan olmuş uşaqlarının saxlanması üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi qədər onun xeyrimə aliment tutulmasını qət etsə də, cavabdeh hazırda işləməməsini bəhanə gətirərək həmin məbləğin qeyri-müəyyən olması səbəbindən aliment ödəməkdən imtina edir. Onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və eləcə də izah etdi ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-9620/2018 saylı qətnaməsi ilə cavabdeh işlədiyi və əmək haqqı aldığı üçün iki uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının (gəlilərinin) 1/3 hissəsi qədər alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bununla yanaşı, hal-hazırda cavabdeh təyin olunmuş alimenti ödəmir, hesab edir ki, bu hal cavabdehin işləməməsi ilə əlaqədardır, lakin buna dair hər hansı sübuta malik deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməyərək, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)- 498/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2007-ci il Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsində bağlanaraq, 1010 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxx 2008-ci ildə doğulmuş X2 və xx xxxxxx 2012ci ildə doğulmuş X4 ataları İddiaçı yanında qalmaları, X2 və X4 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat sabiı pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(103)-9620/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-498/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin aliment tutulması ilə bağlı hissədə ləğv edilməsi, tərəflərin birgə nikahından anadan olmuş X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla aylıq qazancının (gəlilərinin) 1/3 hissəsi qədər İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1533/2019 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsində aliment miqdarının dəyişdirilməsi, aliment ödəməkdən azad etmə, eləcə də aliment öhdəliklərin xitam verilməsi qaydasını da təsbit etmişdir. Belə ki, “aliment öhdəliklərinin xitam verilməsi” başlıqlı AM-nin 113.2.1-ci maddəsinə əsasən, uşaq yetkinlik yaşına çatdıqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Sözügedən norma alimentin tutulması tələbinin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəası ilə birbaşa uzlaşır. İddiaçı məhkəməyə alimentin dəyişdirilərək sabit pul məbləğində tutulması tələbi ilə müraciət edərkən sözügedən mübahisə ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu nəzərə almamış və hüquqdan sui-istifadəyə cəhd etmişdir. Digər tərəfdən, iddiaçı alimentin dəyişdirilməsi tələbi ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Əbülfəz qızına qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimMədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar