Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2081/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BUMM6614340B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB6520769B299saylı Kredit Xətti müqaviləsinə əsasən ona 1500 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, BUMM6614340B299 saylı kredit müqaviləsinə əsasən 435,83 manat əsas; 59,30 manat faiz, cəmi 495,13 manat borcu, xx.xx.2024-cü il tarixli, BRCB6520769B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1500 manat əsas, 332,57 manat faiz olmaqla, cəmi 1832,57 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 435,83 manat əsas, 59,30 manat faiz, cəmi 495,13 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli BRCB6520769B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1500 manat əsas, 332,57 manat faiz olmaqla, cəmi 1832,57 borcun və ödənilmiş 43.28 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB6520769B299 saylı Birbank cashback kredit xətti müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh ilə 1500 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BUMM6614340B299 saylı kredit və hesab müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh ilə 36 ay müddətinə 27 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli BUMM6614340B299 saylı kredit müqaviləsi üzrə 435,83 manat əsas, 59,30 faiz, cəmi 495,13 manat məbləğində borcu, xx.xx.2024-cü il tarixli BRCB6520769B299 saylı kredit və hesab müqaviləsinə əsasən 1500 manat əsas, 332,57 manat faiz, cəmi 1832,57 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, BRCB6520769B299 saylı Birbank cashback kredit xətti müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh ilə 1500 manat məbləğində kredit verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, BUMM6614340B299 saylı kredit və hesab müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh ilə 36 ay müddətinə 27 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun xx.xx.2024-cü il tarixli, BRCB6520769B299 saylı Birbank cashback kredit xətti müqaviləsi üzrə 435,83 manat əsas, 59,30 faiz, cəmi 495,13 manat məbləğində borcu, xx.xx.2024-cü il tarixli BRCB6520769B299 saylı kredit və hesab müqaviləsinə əsasən 1500 manat əsas, 332,57 manat faiz, cəmi 1832,57 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış xx.xx.2024-cü il tarixli, BRCB6520769B299 saylı Birbank cashback kredit xətti müqaviləsi üzrə 435,83 manat əsas, 59,30 faiz, cəmi 495,13 manat məbləğində, xx.xx.2024-cü il tarixli BRCB6520769B299 saylı kredit və hesab müqaviləsinə əsasən 1500 manat əsas, 332,57 manat faiz, cəmi 1832,57 məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 43,28 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BRCB6520769B299 saylı Birbank cashback kredit xətti müqaviləsi üzrə 435,83 manat əsas, 59,30 faiz, cəmi 495,13 manat məbləğində, xx.xx.2024-cü il tarixli BRCB6520769B299 saylı kredit və hesab müqaviləsinə əsasən 1500 manat əsas, 332,57 manat faiz, cəmi 1832,57 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,28 manat, cəmi 2370,98 (iki min üç yüz yetmiş manat, doxsan səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2081/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2081/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver