Məhkəmə qərarları › İş №e-2(009)-2091/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(009)-2091/2021

22.07.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(009)-2091/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, Bakı şəhəri, Mətbuat prospekti 24 ünvanda yerləşən Kreditor MMC-nin borclu, ünvan 2 ünvanda qeydiyyatda olan Borclu qarşı kredit borcunun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxara MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 904 manat olan məişət avadanlığı satılmışdır. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 852 manat borcu qalıb. Borclu arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 904 manat olan məişət avadanlığı satılmışdır. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 852 manat borcu qalıb. Hazırda borclu ödəməli olduğu borc məbləğini ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Nəticədə Borclu Kreditor MMC-yə 852 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara görə və Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm yaranmış borc məbləği, həmçinin Kreditor MMCnin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC-nin tələbi aşkardır. Həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda, Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280- 282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR EDİR: xx.xx.1996-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X1 852 (səkkiz yüz əlli iki) manat əsas borc və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 manat məbləğində pul tutularaq Kreditor MMC-nin aşağıdakı hesabına ödənilsin: Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h:AZ53İBAZ********************. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Səbail Rayon Məhkəməsinə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar