Məhkəmə qərarları › İş №e-2(009)-2092/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2092/2022

03.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2092/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayon məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(016)-463/2019 saylı qətnaməsi ilə 12 yanvar 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh hər ay 200 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə Bakı şəhəri, 3 saylı Asan Xidmət Mərkəzində 01 mart 2014-cü ildə 226 saylı nikah akt qeydinə əsasən evlənib ailə həyatı qurmuşdular. Onların rəsmi nikahından 12 yanvar 2015-ci il təvəllüdlü Hüseyn adlı bir uşaqları anadan olmuşdur. Ailə nikah münasibətləri bir müddət yaxşı olsada, sonradan ailə nikah münasibətləri pisləşdiyi üçün Ağsu rayon məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(016)-463/2019 saylı qətnaməsi ilə aralarında Bakı şəhəri, 3 saylı Asan Xidmət Mərkəzində 01 mart 2014-cü ildə 226 saylı nikah akt qeydinin pozulması, rəsmi nikahlarında olan 12 yanvar 2015-ci il təvəllüdlü X9 onun himayəsində saxlanılması, 12 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, Cavabdeh əmək haqqının və ya başqa gəlirinin 1/4% hissəsi miqdarında aliment tutularaq X4 verilməsi və alimentin 20 may 2019-cu ildən tutulması qət edilmişdir. Qanuni qüvvədə olan və hazıda icra edilən məhkəmə qətnaməsi üzrə ödənilən aliment həddindən artıq azdır. Belə ki, iş üzrə Cavabdeh qulluq etdiyi hərbi hissəni və vəzifəsini dəyişsə də aliment məbləği əksinə olaraq azalmışdır. Qət edilən və hazırda qanuni qüvvəsində olmaqla icra edilən məhkəmə qətnaməsi 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna aid olmasını da heç demək olmaz. Belə ki, o ildən hazırkı yaşadığı 2022-ci ilə kimi dörd dəfə yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanu dəyişdirilmişdir. Bu da onu deməyə əsas verir ki, icra edilməkdə olan məhkəmə qətnaməsi 2018-ci ilin yaşayış səviyyəsinə uyğundur. Lakin 2022-ci il üzrə uşağ üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azyaşlı uşağın ana qayğısına ehtiyacı olduğu kimi normal yaşamaq, təhsil almaq və sair hüquqları vardır. Belə ki, işdən görünür ki, 12 yanvar 2015-ci il təvəllüdlü X5 artıq 7 yaşını tamam edib, 8 yaşının içindədir. O, hazırda Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən tam orta məktəbində təhsil alır. Uşağ təhsil aldığı üçün onun gündəlik, aylıq və illik təlabatı hamıya bəlli olduğu üçün məhkəmədə sübuta yeririlməsinə ehtiyac qalmır. İş üzrə Cavabdeh Bakı şəhəri, Abşeron rayonu, Pereküşkül qəbəsində yerləşən, 877 nömrəli Quruqoşunlarında hərbi xidmətdə olmaqla yaxşı qazanc əldə edir və onun başqa gəlirləridə var. Hesab edir ki, Ağsu rayon məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(016)-463/2019 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh tutulan aliment məbləği dəyişdirilərək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir. İddia ərizəsinə əlavə etdiyi sübutlar, ölkədə gedən iqtisadi inkişafın və dövlət başçımız olan prezidentimiz uşaqların maddi təminatını həmişə diqqət mərkəzində saxlaması bunu deməyə əsas verir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 193 manata çatdırılmalıdır. Ağsu rayon məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(016)-463/2019 saylı qətnaməsi ilə 12 yanvar 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı ona qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş. İddiaçı birgə nikahımızdan doğulmuş 12 yanvar 2015-ci il təvəllüdlü Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat alimentin ondan alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı tələbinin hüquqi əsas kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 76,78 və 112-ci maddələrinə və ən əsas da “Yaşayış minimumu haqqında" Azərbaycan Qanununa (2022ci il üçün nəzərdə tutulmuş yaşayış minimumu) əsaslanmışdır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2022-ci il üzrə hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər hallan və ıışağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında" Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxııı məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cii maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin (hazırki iş üzrə Cavabdeh) vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, o hazırda ödədiyi alimentdən əlavə uşağının digər ehtiyaclarını da ödəyir, geyimini, qidalanmasını və təhsili ilə bağlı lazım olan digər xərcləri də ödəyir. Bunu uşaq özü də təsdiq edə bilər. Əlavə olaraq qeyd etmək istəyir ki, o hərbçidir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru qoşunlarının N saylı hərbi hissəsində xidmət edir. Son zamanlar cəbhədə baş verən düşmən təxribatlarına görə hazırda xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün Laçın rayonu ərazisində xidmətdədir. Hərbçi olmağını, himayəsində yaşlı və xəstə valideynlərinin olmasını, maddi (hər ay 300 manat məbləğində kredit ödənişinin olmasını) və ailə vəziyyətini və eləcə də diqqətəlayiq digər halları nəzərə alaraq iddianı təmin edərkən ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağsu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında arayışın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə nikah pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında 92 № ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X2 rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(016)- 463/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, 12 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 329 nömrəli orta məktbin xx.xx.2022-ci il tarixli, 1275 nömrəli arayışından görünür ki, X10 məktəbin birinci sinifində təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəsinin 385 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı oğlu X10 ilə birgə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev ö/t ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş 12 yanvar 2015-ci il təvəllüdlü X10 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onun artan tələbatlarını ödəmək üçün kifayət etmir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Belə ki, İş materiallarında olan cavabdehin xidmət göstərdiyi Hərbi Hissə tərəfindən verilmiş arayışdan görünür ki, cavabdehin 2022-ci il üçün vergi tutulduqdan sonra əməh haqqı məbləği 624.04 manatdır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə hazırda cavabdehin əmək haqqının ¼ hissəsinin 193 manatdan (624,04/4) az olduğunu, qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, Respublikada 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tutulan alimentin məbləği artırılaraq tərəflərin uşağı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(016)-463/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında 12 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, Cavabdeh tutulan alimentin (əmək haqqının və ya başqa gəlirinin 1/4% hissəsi) miqdarı dəyişdirilməklə artırılaraq 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşağın yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdehdən 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(016)-463/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında 12 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, Cavabdeh tutulan alimentin (əmək haqqının və ya başqa gəlirinin 1/4% hissəsi) miqdarı dəyişdirilməklə artırılaraq 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Əsləsgər oğlundan 43,16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar