Məhkəmə qərarları › İş №e-2(009)-2094/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2094/2022

26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2094/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanı Əli qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu ildə doğulmuş oğlanları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment miqdarının artılaraq 300 manat miqdarında pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmuşlar. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il tarixində Yüzarsif adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Səbail rayonu Məhkəməsinin 2(009)-4132/2017 saylı, 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh 136 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra aliment tələbinin artırılması barədə məhkəməyə müraciət olunmuş, Səbail rayon Məhkəməsinin 2(009)-3582/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, uşağın saxlanılması üçün 154 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşağın böyüməsi, qiymətlərin bahalaşması ilə bağlı problemləri artmış və uşağın saxlanması qeyri-mümkün olmuşdur. Cavabdeh isə hazırda işləyir və kifayət qədər qazanc əldə edir. Bütün bunlar cavabdehin ona nisbətdə daha təminatlı olduğunu göstərir. Hesab edir ki, cavabdehin uşaqlarının saxlanmasında iştirak etməməsi qanunvericiliyə ziddir. Hazırda uşağı ilə birlikdə kirayədə yaşayır və bütün təminatı öz üzərinə düşür. Odur ki, Cavabdeh hər ay sabit pul məbləğində tutulan 154 manat məbləğində alimentin həcminin artırılaraq, 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması übarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvalayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh İddiaçı ilə qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Yüzarsif adlı oğlunun saxlanmasında iştirak etməkdən heç bir zaman boyun qaçırmamış, lakin uşağa sərf etdiyi məbləğlə iddiaçı razılaşmadığı üçün məhkəmədə bir neçə dəfə aliment ilə bağlı iddia qaldırmış və ilkin olaraq təyin edilmiş alimentin məbləği 2018-ci ildə artırılaraq 154 manat müəyyən edilmişdir. 2018-ci ildə İddiaçı ilə qarşılıqlı razılığa gələrək birdəfəlik pul məbləği cavabdeh tərəfindən ona verilmiş, o isə notariat qaydasında ərizə verərək ona qarşı alimentlə bağlı gələcəkdə heç bir iddia tələbinin olmayacağını bildirmişdir. Cavabdeh həmin məbləği borc götürərək iddiaçıya ödəmişdir ki, uşağın saxlanması ilə bağlı aralarında narazılıq olmasın. Lakin iddiaçı hazırda yenə də məhkəməyə müraciət etmişdir. Cavabdehin Yüzarsifdən başqa, rəsmi nikahından 3 övladı vardır: 2004-cü il təvəllüdlü Mahmud, 2007-ci il təvəllüdlü Həmid, 2019-cu il təvəllüdlü Mahur. 2004-cü il təvəllüdlü Mahmud 18 yaşına çatmışdır və halhazırda Kəlbəcər rayonunda hərbi xidmət keçir. Digər iki övladı azyaşlıdır, 2019-cu il təvəllüdlü Mahur adlı övladı isə anadan urək qüsurlu doğulmuşdur, onun müalicəsi böyük məbləğlər tələb edir. Bütün ailənin yükü cavabdehin üzərindədir. Bununla yanaşı, cavabdeh iddiaçıdan dioğulmuş övladı Yüzarsifin saxlanmasında iştirakdan da boyun qaçırmır. Lakin cavabdehin iddiaçının tələb etdiyi alimenti ödəmək imkanı yoxdur. Belə ki, onun aylıq əmək haqqı 300 manat təşkil edir, həmin əmək haqqından başqa bir qazanc yeri yoxdur, işlədiyi yer rəsmi müəssisədir, yəni orda gündə 8 saat işlədikdən sonra başqa bir yerdə işləmək imkanı da yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və va maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun usadın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdehin isə maddi vəziyyəti 2018-ci ildə aliment təyin edilən vaxtdan sonra yaxşılaşmaq əvəzinə pisləşmişdir, belə ki, əvvəla 2018-ci ildə 500 manat civarında olan əmək haqqı azalaraq hazırda 300 manata düşmüşdür, bundan başqa, 2019-cu ildə ürək qüsurlu bir övladı da doğulmuşdur. Hazırda iddia təmin olunarsa, onun digər iki övladının və özünün ehtiyaclarının təmin edilməsi üçün ümumiyyətlə vəsaiti qalmayacaqdır. Eyni zamanda qətnamə onun gələcəkdə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olacaqdır, nəticədə yenə də həm iddiaçıdan doğulmuş, həm də onunla yaşayan iki uşağının mənafeləri pozulacaqdır, belə ki, məsuliyyətə cəlb edildiyi halda işdən çpıxarılacaq, hazırda müəyyən edilmiş 154 manat alimenti də ödəmək imkanından məhrum olacaqdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3582/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, 11.09.201-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin 01 noyabr 2017ci il tarixli 2(009)-4132/2017 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 136.6 manat alimentin həcmi artırılaraq, 154 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 545067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ 162726 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Təqdim olunmuş AZ-İİ 035049 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası isə Nümayəndə2dır. Təqdim olunmuş AZ-İV 292622 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası isə Nümayəndə2dır. İş materiallarında olan Akademik M.A.Topçubaşov adına X6 X8 şöbəsinin xx.xx.2022-ci il tarixli X12 KQ müayinə protokolundan görünür ki, 2019-cu il təvəllüdlü Mehdiyev “AÜQ Pulmonar valvulyar və RPA-nın stenozu xəstəliyi”ndən əziyyət çəkir. Təqdim olunmuş elektron arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də avtobus sürücüsü vəzifəsində işləyir və onun əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3582/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək, 11.09.201-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli, 2(009)-4132/2017 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 136.6 manat alimentin həcmi artırılaraq, 154 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsində aliment miqdarının dəyişdirilməsi, aliment ödəməkdən azad etmə, eləcə də aliment öhdəliklərin xitam verilməsi qaydasını da təsbit etmişdir. Belə ki, “aliment öhdəliklərinin xitam verilməsi” başlıqlı Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən, uşaq yetkinlik yaşına çatdıqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Sözügedən norma alimentin tutulması tələbinin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəası ilə birbaşa uzlaşır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ail əvə maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və va maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun usadın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdehin rəsmi nikahından üç övladı vardır: 2004-cü il təvəllüdlü Mahmud, 2007-ci il təvəllüdlü Həmid, 2019-cu il təvəllüdlü Mahur. 2004-cü il təvəllüdlü Mahmud 18 yaşına çatsa da, digər iki övladı azyaşlıdır, habelə 2019-cu il təvəllüdlü Mahur adlı övladı isə urək qüsurludur. İddiaçının tələbinə əsasən Səbail rayon Məhkəməsinin 2(009)-3582/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 154 manat müəyyən olunduqdan sonra cavabdehin rəsmi nikahından 2019-cu ildə ürək qüsurlu bir övladı da doğulmuşdur. Bundan başqa cavabdehin əmək haqqısı 300 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 2018-ci ildə iddiaçının tələbi əsasında cavabdehdən tutulan alimentin miqdarı artırıldıqdan sonra cavabdehin ailə və maddi vəziyyətində yaxşılaşmaya doğru hər hansı dəyişiklik olmamışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün kifayət qədər əsas müəyyən edilmədiyi üçün iddianın təminindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar