Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2126/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı ”Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İB-i məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 7983.36 manat zərərin, debitor brc üzrə 12.50 manat və 99.96 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 8098.82 manat pulun Cavabdeh tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod: 805153, Bankın VÖEN **********, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, SWİFT:İBAZAZ2X, Azəriqaz İB VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 06/1232 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00006 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 7983,36 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 12,50 (on iki manat 50 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 7995,86 (yeddi min doqquz yüz doxsambeş manat 86 qəpik) manat təşkil etməkdədir. İddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 216 1 ünvanda abonent kodu **********00006 olan qaz sayğacına hesablanmış 7995.86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-ə vurulmuş 7983.36 manat məbləğində zərərin, debitor borc üzrə 12.50 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8095,82 manat pulun məndən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İddiaçı iddia tələbini xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə əsaslandırır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktda qeyd olunur ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman 1002AQ 10100173 xxx son üç rəqəmi silinmiş mənşəyi məlum olmayan (Lipa) sayğacdan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olundu. Abonentin öz sayğacı yerinə quraşdırılsın. Dəymiş ziyan hesablansın və ödənişi təmin edilsin. xx.xx.2013-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" 497723 saylı aki tərtib olunmuşdur. 05 dekabr 2016-cı il tarixdə “Qaz paylayıcı ilə müştəri qaz qurğusu sitifadəçisi arasında qazın alğı-satqısı barədə ** 060032 saylı müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cii il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edir ki, mənşəyi məlum olmayan sayğacdan istifadə olunur. Bu sayğac bu əraziyə necə və kim tərəfindən gətirildiyi, Cavabdeh adına olan sayğacın tipi və markası G-4 zavod nömrəsi **********7, mexaniki 30515 olduğu halda, digər sayğacın yəni “Lipa" adlandırdıqları sayğacın nömrəsi neçə olduğu, həmin sayğac Cavabdeh iştirakı ilə aktlaşdırılmaqla götürülüb, yaxud bunu aşkar edən tərəf sayğacı götürüb ekspertizaya təqdim edibmi, həmin sayğacın markası, zavod nömrəsi və sair məlumatları necədir və s... Cavabdeh adına olan sayğacın işləyərək əvvəlki aylarda, həmin ay və sonrakı aylarda qaz sərfiyyatını qeyd etməsi faktdırmı, lipa dedikləri həmin sayğac maddi sübut kimi mövcuddurmu, bu sayğac Cavabdeh iştirakı ilə yerində aktlaşdırılmaqla ekspertizaya təqdim edilibmi? İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh üçün yanvar 2023-cü ildə 7983,36 manat cərimə yazılır! Lakin akt xx.xx.2023cii il tarixidə tərtib olunub. Qaz İdarəsi tərəfindən eyni məzmunlu akt həm xx.xx.2023-cü il tarixi ilə, həm də xx.xx.2023-cü il tarixi ilə tərtib olunub. Məhkəməyə təqdim olunmuş digər aktların tarixləri xx.xx.2023-cü il qeyd olunub. Belə olan halda aktdan əvvəlki tarixə yanvar ayı üçün cərimə necə tərtib olundu və nəyin əsasında?! Qaz İdarəsi tərəfindən istədikləri tarixləri qeyd etməklə eyni məzmunda akt tərtib edibsə, bunun həqiqiliyi şübhə altındadır! İlkin iddiaçı həmin vaxt tərtib etdiyi aktın bir nüsxəsini qaz sayğacının olduğu qutuda saxladıqları üçün, ******* saylı aktın bir nüsxəsi onda saxlanılır. Məhkəməyə eyni nömrə ilə eyni məzmunda təqdim etdikləri aktda tarixlər fərqlidir. Bu isə o deməkdir ki, Qaz İdarəsinin işçiləri aktı faktlar əsasında deyil, təhrif olunmuş məqsədli formada hazırlayıblar. Çünki eyni sənəddə müxtəlif tarixlərin göstərilməsi qərəzli və məqsədlidir. Digər tərəfdən evinə gedən qaz xəttini 02 fevral 2023-cü il tarixdə kəsib ümumi borudan ayıran Qaz İdarəsi, xx.xx.2023-cü il tarixə qədər onun evinə qaz verilişini dayandırmışdılar. Qaz xəttini kəsmələri hansı formada sənədləşdirilib?! Şikayət etdikdən sonra özləri xx.xx.2023-cü il tarixdə xəttini qoşaraq, evə qaz verilişi bərpa edilmişdir. Qış vaxtlarında ailəsi ilə birlikdə çox vaxt ünvan 2 ünvanı) yaşadığı üçün, qaz sərfiyyatı onun evində fərqli rəqəmlərlə abonent saldosunda öz əksini tapıb, Hər ay ödənişlər icra edilib. Həmçinin adında rəsmi olaraq **********7 nömrə ilə qeydiyyatdan keçmiş mexaniki sayğacın göstəriciləri 2022-ci ildə və 2023-cü ilin mübahisələndirən aylarında sayğacın göstəriciləri dəyişib. Əgər sayğac yerində olmamışdırsa, göstərici necə dəyişib? (bax.xx.xx.2023-cü il tarixli abonent saldosu) Digər tərəfdən sayğacın plombu qırılmayıb. (bax.xx.xx.2023-cü il tarixli ******* nömrəli akta) Sayğac işlək vəziyyətdə olub. Belə olan halda, onun sayğacını yerindən necə və kim çıxarda bilərdi! Evdə olmayan vaxtlarda küçədə bu hərəkəti edirlərsə, o bu barədə məlumatlandırılmalıydı. Baş verənlərdən sonra həyətdə kamera quraşdırmışdır. Həmin vaxtlarda kamera işləmirdi. Abonent olaraq onun evində Qaz İdarəsi tərəfindən əvvəl elektron sayğac quraşdırıldığı üçün, sonradan həmin sayğacın mexaniki sayğaca keçirilməsi və s. halların səbəbləri ona aydın deyildir. İlkin iddiaçının “Lipa” adlandırdığı həmin sayğacı ekspertizaya təqdim edilməsini və Lipa sayğacının onun xəttində necə quraşdırıldığı, yəni mövcudluğunu imzası ilə təsdiq olunmuş aktın surətini ilkin iddiaçıdan tələb edilməlidir. Əgər o Qaz İdarəsinə borclu kimi yanvar 2023-cü il tarixdən ilkin iddiaçı qeyd etmişdirsə, onda fevral, may və sentyabr 2023-cü il dövrlərində ona elektron sistemdə qeyd etməklə, təqdim olunmuş bildiriş xəbərdarlıqlarda nəyə görə cərimə məbləği, yəni 7983,36 manat qeyd olunmamışdır. İlkin iddiaçı yalnız oktyabr 2023-cü il tarixdə onun hesablarında borc məbləğlərini əlavə etməklə onu Qaz İdarəsinə borclu kimi oktyabr 2023-cü il tarixdən göstərməyə başlamışlar. Həmin vaxta qədər borclu kimi qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ilkin iddianı müdafiə edir. Lipa sayğacla bağlı görüntülər mövcuddur. Lakin texniki işçilərin məsuliyyətsizliyi ucbatından görüntünü təqdim edə bilməmişlər. 7983.36 manat lipa sayğaca görə yazılan borcdur, 12.50 manat sırf debitor borcudur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, qarşılıqlı iddianı müdafiə edir, debitor borcu mübahisələndirmirlər, onu həmişə ödəmişlər. 2013-2023-cü illər üzrə cədvəl təqdim etmişlər. O cədvəldən görünür ki, sayğac işləmişdir, lipa sayğac quraşdırdıqları halda o biri sayğac üzrə borcun necə yığılması maraqlıdır. Belə olan halda o sayğac işləməməliydi. Azəriqazın nümayəndəsi lipa sayğac aşkar etmişdisə, dərhal yerindəcə onu aktlaşdırmalı və götürməli idi. 23 avqust 2023-cü il tarixli aktda qeyd edilir ki, həmin sayğacın köhnə plombu yenisi ilə əvəz olunsun. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Paylayıcı” qismində İddiaçı İB ilə Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarından görünür ki, ”Azəriqaz” İB tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etdiyinə görə Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 66528 kub metr hesablanılmışdır. İş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2023 –cü il tarixli ******* saylı aktından görünür ki, baxış zamanı məlum olmuşdur ki, 1002AQ10100173xxx son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (lipa) sayğacdan qeyri –qanuni olaraq istifadə olunduğu aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB xx.xx.2023-cü il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, yoxlama zamanı mənzildə 1 ədəd kombi (termoqas), 1 ədəd Q.S.Q və 1 ədəd PQ-3 aşkar edilmişdir, həyətdə əlavə tikilidə qaz çəkilmişdir, lakin cihaz qoşulması yoxdur. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin kserosurətindən görünür ki, istehlakçı Cavabdeh məxsus evdə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında fərdi evdə “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, 360 gün müddətində itirilmiş qazın bərpası üçün 66528 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan İddiaçı İB-nin Qaz Sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktından görünür ki, baxış zamanı məlum olmuşdur ki, qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızmaaşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. İlkin iddiaya əsasən Cavabdeh İddiaçı İB-nin iddiasına etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ”Azəriqaz” İB-i xx.xx.2023-cü il tarixli (sonradan tarix dəyişilmiş xx.xx.2023-cü il kimi qeyd edilmişdir) ******* saylı aktında qaz sayğacına baxış keçirilən zaman son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (lipa) sayğacdan qeyri –qanuni olaraq istifadə olunması iddiasına etiraz olaraq bildirmişdir ki, əgər lipa sayğacı quraşdırılmışdırsa niyə o sayğac rəsmi olaraq sənədləşdirilib götürülməmişdir, həmin sayğac haradadır və ya kimdədir. Bu sayğacın xəttən ayrılaraq götürülməsini təsdiq edən video görüntü yoxdur. Abonentin öz sayğacı kim təfərindən və nə vaxt yerinə quraşdırılmışdır və bu sayğacın plombu necə vurulmuşdur. Abonentin sayğacı özünün yerinə quraşdırılmasını təsdiq edən video görüntü yoxdur. Əgər “Lipa” adlandırılan sayğac aşkar edilmişdirsə, buna baxış keçirilməklə mütəxəssis rəyi verilməli idi. Mövcud olmayan qanunsuz “Lipa”sayğacı fakt olaraq yoxdur. Akt əsassız olduğundan bu akt əsasında tərtib edilmiş iddianın hüquqi əsası və sübut mövcud olmadığı üçün ilkin iddia rədd olunmalıdır. Məhkəmə verilmiş ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «X4nın Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqavilənin 2.1.8-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «X4»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. «X4nın Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X4»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilən qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, 216 1-ci yaşayış massivi ünvanında yerləşən fərdi evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca İddiaçı İB əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023 –cü il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi 1002AQ10100173xxx son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (lipa) sayğacdan qeyri –qanuni olaraq istifadə olunduğu kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh fərdi evindən kənarda mənşəyi məlum olmayan sayğacın məhz onun tərəfindən quraşdırılması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, abunə hesabından çıxarışda iddiaçının qazdan istifadə ilə əlaqədar il ərzində apardığı ödənişinin cəmi məbləğinin 2021-ci ildə 2998.20 manat, 2022-ci ildə 2346 manat təşkil etməsi qarşılığında, cavabdeh təşkilat tərəfindən 90 günə görə 7983.36 manat əlavə borcun hesablanması məntiqli və əsaslı hesab edilə bilməz. «X4nın Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyan hesabat dövrü kimi 90 gün əsas götürülmüşdür. Lakin görünüdyü kimi hesabat dövrünün 90 gün götürülməsi belə yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir. Məhkəmə hesab edir ki, mənşəyi məlum olmayan sayğacın məhz Cavabdeh tərəfindən quraşdırılması müəyyən olunmadığından 7983.36 (yeddi min doqquz yüz səksən üç manat, otuz altı qəpik) manat pulun ondan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməli, 12.50 manat isə 2023-cü ilin ödənilməmiş sərfiyyat borcuna aid olduğundan tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı İB tərəfindən 99.96 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı İB tərəfindən ödənilmiş 99.96 (doxsan doqquz manat, doxsan altı qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh tutularaq İddiaçı İB-yə, Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 99.84 (doxsan doqquz manat, səksən dörd qəpik) manatı İddiaçındən tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 12.50 (on iki manat, əlli qəpik) manat və 99.96 (doxsan doqquz manat, doxsan altı qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatı tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN **********, Müştəri VÖEN: **********) hesabına köçürülsün. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış borcun 7983.36 (yeddi min doqquz yüz səksən üç manat, otuz altı qəpik) manat abunə hesabından silinsin və 100 (bir yüz) manat dövlət rüsumunun 99.84 (doxsan doqquz manat, səksən dörd qəpik) manatı İddiaçındən tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2126/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2126/2023
25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver