Məhkəmə qərarları › İş №e-2(009)-2137/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2137/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2137/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı - Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1655 manat məbləğində maddi ziyanın, 17,25 manat notariat qaydasında çəkilmiş xərclər və 36,55 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Ravon R3 minik markalı, ** DD *** dövlət qedyiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü müddət ərzində təqsirli hərəkətləri nəticəsində avtomobilə zərər vurmuşdur. Cavabdeh tərəfindən avtomobil xx.xx.2025-ci il tarixdə avtoservisə gətirilmişdir. Cavabdehin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Akt tərtib edilmiş və avtomobildə olan nöqsanlar sadalanmışdır. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etmişdir. Qüsur aktına əsasən avtomobilin bərpası üçün 1655 manat tələb olunmuşdur. Həmin məbləğ iddiaçı tərəfindən ödənmişdir. Cavabdeh dəymiş zərərin əvəzini ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 05 noyabr 2024-cü il tarixli İddiaçı (İcarəyə verən) və Cavabdeh (İcarəçi) oğlu tərəfindən imzalanmış İcarə Müqaviləsində qeyd olunmuşdur ki, İcarəyə verən Ravon R3 markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobili İcarəçiyə icarəyə verməyi öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən icarəyə götürən ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhükəsizliyinin təmin edilməsi öhdəliyini daşıyır. Müqavilənin 2.1.5-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini icarəyə verən tərəfindən şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etmək öhdəliyini daşıyır. Müqavilənin 2.1.8-ci bəndinə əsasən icarəyə verən hər hansı səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən icarəyə götürən nəqliyyat vasitəsini texniki baxımdan saz vəziyyətdə icarəyə verəndən təhvil almışdır. xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən Ravon Nexia R3 markalı avtomobilin təmirbərpa xərci 1655 manat təşkil edir. Avtoservisin 28 fevral 2025-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı məxsus Ravon Nexia markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə cəmi 1655 manat məbləğ xx.xx.2025-ci il tarixdə Avtoservisə ödənilmişdir. AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə daşınar əmlakın icarəsi barədə yazılı razılığa gəlmişdir. Cavabdeh avtomobili texniki cəhətdən saz vəziyyətə təhvil almasına baxmayaraq, bir müddət sonra avtomobildə yaranmış qüsurlarla bağlı nəqliyyat vasitəsini avtoservisə aparmışdır. Avtomobilə baxış keçirildikdən sonra müəyyən qüsurlar aşkarlanmış və bununla bağlı qüsur aktı tərtib edilərək cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh nəqliyyat vasitəsində yaranmış qüsurları aradan qaldıracağı ilə bağlı müqavilə ilə üzərinə öhdəlik götürməsinə baxmayaraq, bu öhdəliyini yerinə yetirməmişdir. Avtomobilin təmir bərpa xərci 1655 manat qiymətləndirilmiş və bu məbləğ iddiaçı tərəfindən ödənilməklə avtomobildə olan qüsurlar aradan qaldırılmışdır. İddiaçı ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etsə də, cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməyərək iddiaçıya dəymiş zərərin əvəzini ödəməmişdir. Bu səbəbdən 1655 manat iddiaçıya dəymiş zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 17,25 manat notariat işləri üçün çəkilmiş xərcin əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. İş materiallarından olan İddiaçı tərəfindən Nümayəndə hüquqlarını müdafiə etmək üçün verilmiş etibarnamənin surətindən görünür ki, 17,25 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı rüsumdan azad olunduğundan və iddia tələbi təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar 36,55 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1655 manat maddi zərərin əvəzi və 17,25 manat notariat xərcləri Cavabdeh tutulub İddiaçı ödənilsin. 36,55 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar