Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-214/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Nümayəndə2, Cavabdeh1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı İB-yə vurulmuş 6292.90 manat məbləğində zərərin və 102.93 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6395,83 manat pulun cavabdehlərdən müştərək qaydada məcburi tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonentlə arasında D-9484 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00061 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehlər yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdehlər tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qevri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmus, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehlərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 820,80 manat; 28.02.202-ci il tarixli ******* saylı akt əsasında 547,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,70 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, cərri 6292,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum 6292,90 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İstehalat Birliyinin nümayəndələri X2 və Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun yaşadığı ev özbaşına tikilidir və onun evinə qaz sayğacı quraşdırılmamış və iddiaçı ilə onun arasında qazdan istifadəyə görə müqavilə bağlanmamışdır. Onun evində kombi və 4 gözlü qaz plitəsi olsa da, o, səhər işə gedib, axşam saat 12 radələrində işdən gəlmişdir, uşaqları isə anasının yanında qalırdılar. İşə gedib gələndə çay içmək üçün cüzi miqdarda qaz işlətməli olmuşdur, o, qazdan istifadəyə görə qaz işçilərinə hər ay 40 manat qaz pulu ödəmişdir. Qazdan qeyri-qanuni istifadə etməmişdir. Onun evinə tərtib olunmuş aktlardan onun xəbəri olmamış, bu barədə ona bildirilməmişdir. Ona görə, iddiaçı tərəfindən tərtib edilmiş aktları və ona hesablanmış cərimələri əsassız hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, hazırda yaşadığı evi digər cavabdehdən ilkin alqı-satqı müqaviləsi əsasında 18 avqust 2020-ci ildə almışdır. O, evi alanda evdə qazın, suyun və işığın sayğacı olmamış, bununla bağlı o, işığa, qaza və suya sayğacın quraşdırılması üçün rəsmi qaydada müraciət etmiş, işığa və suya qaz sayğacı quraşdırılsa da, dəfələrlə müraciət etməsinə baxmayaraq, qaza sayğac quraşdırılmamış, bunun əksinə, qanunsuz olaraq hər ay qazın əməkdaşları özbaşına olaraq onun xəbəri olmadan qanunsuz akt tərtib edərək əsassız cərimələr tətbiq etməkdə davam etmişlər. Onun çoxsaylı müraciətlərindən sonra qazın əməkdaşları 2021-ci ilin sentyabr ayında gəlib evə baxış keçirdikdən sonra bildirmişlər ki, evin əvvəlki sahibi Cavabdeh2 tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə onun 6019,30 manat borcu yaranmışdır və ona görə də, onun evinə təbii qaz quraşdırıla bilməz, yalnız borcu ödəyəcəyi təqdirdə onun evinə sayğac quraşdırılacaqdır. Onun çoxsaylı müraciətlərindən sonra onun evinə borcun yazılması dayandırılmışdır. Onunla iddiaçı arasında qazdan istifadəyə görə müqavilə 28 iyun 2022-ci ildə bağlanmış və onun evinə qaz sayğacı quraşdırılmışdır. O, qazdan qeyri-qanuni istifadə etməmişdir və ona əsassız yazılmış cərimələri də qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2019-cu il tarixli ******* saylı; 28.02.202ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlardan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacsız istifadə edir. Dəymiş ziyan hesablanaraq ödənilməlidir. İş materiallarında olan İddiaçı Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən abonent kodu **********00061 olan Cavabdeh2 sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixli ******* N-li akta əsasən 8208 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 5472 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2020-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr; xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr və xx.xx.2021-ci il tarixli ******* N-li akta əsasən 2736 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci tarixli, D/9484 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan aktlardan görünür ki, İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 820,80 manat; 28.02.202-ci il tarixli ******* saylı akt əsasında 547,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci i l tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,70 manat və xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 273,60 manat ziyan məbləği hesablanmışdır. İşin yuxarıda göstərilən müəyyən olunan hallarına görə, Cavabdeh2 barəsində ilk dəfə xx.xx.2019-cu il tarixdə qazdan sayğacsız istifadə etdiyi qeyd olunmaqla akt tərtib edilmiş, buna baxmayaraq xx.xx.2021-ci il tarixinə qədər onun evinə sayğac quraşdırılmamış və 2019-cu ilin dekabr ayından 31 avqust 2021-ci il tarixə qədər hər ay eyni məzmunlu aktlar tərtib edilərək Cavabdeh2 qazdan sayğacsız istifadə etməsinə görə ümumilikdə 6292.90 manat sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmənin qənaətinə görə İddiaçı İB Cavabdeh2 qazdan qeyri-qanuni istifadə etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir, bununla yanaşı, ona məxsus evlə bağlı təchizatçı şirkətin tərtib etdiyi və Cavabdeh2 da mübahisələndirmədiyi saldo adlanan sənəddən aydın olur ki, o, qazdan 2019-cu ilin dekabr ayından 2021-ci ilin sentyabr ayına qədər sayğacsız istifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir. Sözügedən aktlara əsasən aparılmış hesabatlardan görünür ki, İddiaçı İB Cavabdeh2 evində olan qaz işlədicilərinin gücünü qeyd edərək xx.xx.2019-cu il tarixli akt əsasında 90 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 60 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020- cu il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük, xx.xx.2020-ci il tarixli akt əsasında 30 günlük dövrü qazın itirildiyi (sərfiyyatın qeydə alınmadığı) dövr kimi nəzərə almış və müvafiq məbləğləri cavabdehlərdən tələb etmişdir. Göründüyü kimi, Cavabdeh2 evində 2019-cu ilin dekabr ayından sayğac olmadığı müəyyənləşdirildiyi halda, İddiaçı İB tərəfindən xx.xx.2020-ci il tarixinədək oraya sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar (sayğacsız) istifadə olunmasına bilavasitə şərait yaradılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, məhkəmənin qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Belə ki, həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Oxşar münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 yalnız 2019-cu ilin dekabr ayından sonrakı 1 aylıq və xx.xx.2020-ci il tarixdən evin yeni sahibi olan Cavabdeh1 2020-ci ilin avqust ayından sonrakı 1 aylıq dövr üçün qaz işlədicilərinin gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər, qalan dövrlərdə cavabdehlərin qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti iddiaçının öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olmalıdır. Beləliklə, məhkəmə Cavabdeh2 xx.xx.2019-cu il tarixli akt üzrə 273,60 manat və Cavabdeh1 xx.xx.2020-ci il tarixli akt üzrə 273,60 manat həcmində məsuliyyət daşıya biləcəyi qənaətinə gəldiyi üçün hesab edir ki, iddia qismən təmin olunmalı, həmin məbləğlər cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 vurulmuş ziyanın əvəzi olaraq 273,60 (iki yüz yetmiş üç manat altmış qəpik) manat, Cavabdeh1 vurulmuş ziyanın əvəzi olaraq 273,60 (iki yüz yetmiş üç manat altmış qəpik) manat İddiaçı xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 102,93 (yüz iki manat doxsan üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-214/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-214/2023
13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver