Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2141/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsızlığı» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsızlığı» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış zaminlik müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülükdən azad edilmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində 31FİZAM124011001 nömrəli zaminlk müqaviləsinə əsasən Bank Respublika ASC-nin Mingəçevir filialından X3 Ramiz oğluna 100000 manat məbləğində, illik 30 %, 120 ay müddətinə açılmış kredit limitinə zamin olmuşdur. Zaminliklə yanaşı müvəkkilimə məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 29 kv.m. olan qeyri yaşayış sahəsinə xx.xx.2022ci il tarixli, 31QYASH124011001saylı ipoteka müqaviləsi bağlanmışdır. X3 Ramiz oğlu kredit müqaviləsindən irəli qələn tələbləri yerinə yetirməmiş və borc yaranmışdır. Bank Respublika ASC Mingəçevir ASAN Xidmət Mərkəzin Notariat Ofisində ipoteka predmetinə tutmanın yönəldilməsi haqda icra qeydialmaqla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 29 kv.m. olan qeyri yaşayış sahəsini hərraca çıxarmışdır. Kredit müqaviləsinin tərkib hissəsi olan zaminlk müqaviləsinin, kreditin təminatı kimi ipoteka müqaviləsinin qanunverciliyin tələblərinə zidd olaraq tərtib edildiyi, borc yarandıqdan sonra ipoteka predmetinin hərraca çıxarılma prosedur tələblərinə əməl edilməməsi, kredit müqaviləsi üzrə ikinci tranş üzrə X3 Ramiz oğluna 50000 manat məbləğində kreditin verilməsi zaminlə razılaşdırılmamısı nəticəsində cavabdeh iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozmuş və məhdudlaşdırmışdır. Bu səbəbdən müvəkkilimlə bank arasında mübahisə yaranmış zaminlik və kredit müqavilələrin etibarsız hesab edilməsi, hərracın dayandırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Beləki, xx.xx.2022-ci il tarixlizaminlik müqaviləsindən görünür ki, bu müqavilə əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmini kimiçıxış edir və 1.2-ci bəndində qeyd edilir ki, əsas öhdəlik Kompleks Bank Xidmətləri müqaviləsinin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbuledilməsilə borclu X2 31231122-********** saylı 23.11.22-ci il tarixliəsas kredit limiti razılaşmasına əsasən 100000 ( bir yüz min) manat məbləğində , illik dərəcəsi 30 % artıq olmamaq şərti ilə 120 ay müddətinə açılmış kredit limitidir. Müvəkkilim zamin olaraq Kompleks Bank Xidmətləri müqaviləsinin şərtlərinin Qoşulma razılaşmasında nə iştirak etmiş nə də onun şərtəri ilə tanış olmuşdur. Zaminlik müqaviləsnin müqavilə predmeti bölməsində kredit limiti, yəni borcluya verilə biləcək kredit borcu 100000 ( bir yüz min) manat məbləğində müəyyən edlir, lakin illik faiz dərəcəsi qeyri müəyyən miqdarda 30 % dən artıq olmamaq şərtilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-cimaddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Göründüyü kimi, cavabdeh Plenum Qərarının bu tələblərinə əməl etməmişdir. Zaminlik müqaviləsinin 1.2-ci bəndində göstərilən 100000 ( bir yüz min) manat borcluya verilə biləcək kredit borcundan alına biləcək borc fərqli ola bildiyindən zaminlik müqaviləsində kredit məbləği dəqiq rəqəmlə ifadə edilməlidir. Kreditin illik faiz dərəcəsi də müqavilədə qeyri müəyyəndir. Konstitusiya Məhkəməsi Plenumun qeyd etdiyi kimi, öhdəliyin konkret məbləğinin və faizlərin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Qeyd edilən şərtlərə əməl edilməməsi zaminlik və ipoteka müqaviləsinin etibarsız olmasına hüquqi əsas verir. Cavabdehin etirazında qeyd edilmişdir ki, Cavabdeh ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 31231***-*******01L saylı Əsas kredit limiti razılaşmasına əsasən, Rəhimli Şəhriyar Ramis oğluna 120 ay müddətinə 100.000 (yüz min) manat məbləğində xx.xx.2032-ci il tarixədək kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin təmin olunması üçün bankla İddiaçı arasında xx.xx.2022-ci il tarixli “Zaminlik müqaviləsi” bağlanmış və o, Əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün borclu Rəhimli Şəhriyar Ramis oğlu ilə kreditor qarşısında birgə məsuliyyəti öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, tələb edilə biləcək borc: 100.000 manat kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə mindiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bağlanılmış xx.xx.2022-ci il tarixli 31QYASH124011001 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan X4 Ramis oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən, ona illik 18 faiz dərəcəsi ilə xx.xx.2023-cü il tarixədək 0 (sıfır) ay güzəşt olmaqla, 50.000 manat məbləğində borc pul vəsaiti “Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə” verilmişdir. Kredit alan Rəhimli Şəhriyar Ramis oğlu kredit öhdəliklərini pozduğuna görə, öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə həm tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, həm də qanunvericilik baxımından ipoteka saxlayan - Cavabdeh ASC-nin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. xx.xx.2025-ci il tarixdə borclu İddiaçı ünvan 3 ünvanına və borclu Rəhimli Şəhriyar Ramis oğlunun ünvan 4arına Qanunun tələbinə uyğun olaraq ipoteka predmetinə tutma və icra qeydinin aparılacağı barədə bildirişlər göndərilmiş və 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş hesab edilmişdir. Öhdəliyi müəyyən edən kredit müqaviləsinin, ipoteka müqaviləsinin şərtləri və Qanunvericiliyin tələbi nəzərə alınaraq, borclulara kredit müqaviləsi üzrə yaranmış 42609.29 AZN borcun ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə notariusun icra qeydinin alınacağı barədə bildiriş göndərilmişdir və Qanunda göstərilmiş imperativ müddətlər gözlənilməklə xx.xx.2025-ci il tarixli 8İ-2954 nömrəli icra qeydi aparılmışdır. Göründüyü kimi, Bankla X3 Ramis oğlu ilə maksimum kredit məbləğini (100.000 manat) müəyyən edən xx.xx.2022-ci il tarixli Əsas kredit limiti razılaşması bağlanılmış, həmin razılaşma və ondan irəli gələn razılaşmalar əsasında borcalana 30 faizdən artıq olmamaqla, 100.000 manat limit çərçivəsində kredit verilməsi barədə müddəalar razılaşmada əksini tapmışdır. Eyni tarixdə, zamin İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmış, zamin xx.xx.2022ci il tarixli razılaşma əsasında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyriyaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixdə isə xx.xx.2022-ci il tarixli razılaşmaya uyğun olaraq, borcalana 50.000 manat məbləğində (100.000 manat Limit çərçivəsində), illik 18 faiz dərəcəsi ilə (30 faizdən artıq olmamaqla) kredit verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini tam müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini tam müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Cavabdeh ASC (kreditverən) ilə Rəhimli Şəhriyar Ramis oğlu (borcalan) arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli Əsas Kredit Razılaşmasının 1.1-ci bəndinən görünür ki, kreditverən borcalana 100.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır. Həmin Razılaşmanın 1.5-ci bəndindən görünür ki, Rəhimli Şəhriyar Ramis oğluna veriləcək kreditlər illik faiz dərəcəsi 30 %-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2032-ci il tarixdən artıq olmayacaqdır. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Zaminlik Müqaviləsi»nin surətindən görünür ki, İddiaçı (zamin) bank qarşısında öz üzərinə məsuliyyət götürərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Rəhimli Şəhriyar Ramis oğlu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə indiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdeh ASC, İddiaçı və Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı qismində ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 29 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Cavabdeh ASC ilə Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli Əsas Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, bank borcalana xx.xx.2022-ci il tarixli razılaşma çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx.xx.2026-cı il tarixədək 50.000 manat məbləğində borc verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank Respublika” ASC ilə Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli Əsas Kredit Razılaşmasına əsasən bank borcluya 100.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır. Həmin tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Rəhimli Şəhriyar Ramis oğlu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC ilə Rəhimli Şəhriyar Ramis oğlu arasında bağlanmış kredit razılaşmasına əsasən isə bank borcalana illik 18 faiz dərəcəsi ilə xx.xx.2026-cı il tarixədək 50.000 manat məbləğində borc vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, zaminliyin etibarsızlığını xahiş edir. AR Mülki Məcəlləsinin: 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində tələbin əsasları kimi zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və dəyişdirilmənin zaminin məsuliyyətinin artmasına səbəb olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, tələbin qeyd olunan əsasları məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, borclu Rəhimli Şəhriyar Ramis oğlu ilə bank arasında Əsas Kredit Limiti Razılaşması imzalanarkən tərəflər razılaşmışdırlar ki, kreditverən borcalana 100.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsi ilə isə iddiaçı həmin razılaşma üzrə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bu müqavilədən 1 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixli Kredit Razılaşması ilə bank borcalana əvvəlcədən razılaşdırdıqları xx.xx.2022-ci il tarixli Əsas Kredit Limiti Razılaşması çərçivəsində 50.000 manat məbləğində borc vermişdir. Sözügedən razılaşmanı nəzərdən keçirərkən məlum olur ki, həmin kredit razılaşması məhz xx.xx.2022-ci il tarixli Əsas Kredit Limiti Razılaşması ilə müəyyən edilən şərtlər daxilində bağlanmışdır. Belə ki, Əsas Kredit Limiti Razılaşmasında göstərilmişdir ki, kreditverən borcalana illik faiz dərəcəsi 30 faizdən artıq olmamaqla 100.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır. xx.xx.2023-cü il tarixli Kredit Razılaşması da məhz 50.000 manat məbləğində, 18 faiz dərəcəsi ilə və 36 ay müddətinə bağlanmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli Kredit Razılaşması imzalanarkən zaminin razılığı olmadan onun öhdəliyi dəyişdirilməmiş və razılaşma zaminlik müqaviləsi ilə təsbit olunmuş şərtlərə uyğun bağlanmışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, zaminliyin xitamına səbəb ola biləcək qanuni əsaslar hazırki işdə mövcud deyildir. Məhkəmə iddia tələbinin “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi “zaminliyin etibarsızlığı” hissəsində əsassız hesab olunduğundan və qeyd olunan tələbin təmini həmin tələbin əsaslılığından yarana biləcəyindən iddia tələbinin bu hissəsi də təmin edilməməlidir. AR Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan əqdlər qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, tələb əsassızdır. Azərbaycan Respublikası MPM-nin: 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2141/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2141/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver