Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2142/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla (icarəyə verənlə) Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixdə 07/2023 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 20 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsini aylıq cəmi 570 manat icarə haqqı əsasında cavabdeh (icarədar) Cavabdeh MMC-yə 1 il müddətinə icarəyə vermişdir. Qeyd edilir ki, cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş, 11 ayın icarə haqqın ödənilməyərək müqavilədə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə göstərilir ki, icarəyə verən (İddiaçı) ona məxsus olan aşağıda göstərilən sahəni icarəçiyə (Cavabdeh MMC) icarəyə verir, icarəçi isə icarə haqqı ödəməyi öhdəsinə götürür, 1.1.1-ci bəndinə sahənin yerləşdiyi ünvanın ünvan 1rilən ümumi sahənin 70 kv.m. olması, 4.1-ci bəndində aylıq icarə haqqının 570 Azərbaycan manatı olması, 4.2-ci bəndində icarə haqqı hər aya görə cari ayın 20-dən gec olmayaraq şərti ilə ödənilməsi, 8.1-ci bəndində bu müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıması, 11.2-ci bəndinə bu müqavilə üzrə mübahisəli məsələləri tərəflər daşınma yolu ilə həll etməyə öhdələrinə götürməsi, razılıq əldə edilmədikdə tərəflərin məhkəməyə müraciət etmək hüququna malik olması nəzərdə tutulur. Bundan əlavə icarə müqaviləsi xx.xx.2023-cü il tarixində yenilənmiş və həmin tarixli 01 saylı “Qeyri-yaşayış binalarının icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Bu müqavilə isə “İcarəyə verən” adlandırılan X11 tərəfindən “İcarəçi” adlandırılan Cavabdeh MMC ilə olmuşdur. X11 bu müqaviləni ona İddiaçı tərəfindən xx.xx.2014-cü il, 485384No li 10 il müddətinə verilən etibarnamə əsasında bağlamışdır. Bu müqaviləyə əsasən icarəyə verilən sahə 200 kv.m. olaraq müəyyən edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə “İcarəyəverən” Bakı şəhəri, Afiyəddin Cəlilov küç., 20-də yerləşən və özünün xüsusi mülkiyyətində olan ümumi sahəsi 200 kv.m. olan qeyri-yaşayış binasını aylıq icarə məbləği 570 manat olmaqla 1 il müddətinə “İcarəçiyə” icarəyə verilməsi, 2.2-ci bəndində “İcarəçi” hər ayın 1-dən 5-ə kimi icarə haqqını nəğd və yaxud hesablaşma hesabına köçürülmə yolu ilə ödənilməsi, 3.4-cü bəndində icarə müddəti qurtardıqdan sonra “İcarəçi” İcarəyə götürdüyü sahəni normal vəziyyətdə qaytarması nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən müqavilənin tələbləri yerinə yetirilməmiş, ödənişlər həyata keçirilməmiş, qeyriyaşayış sahəsi normal vəziyyətdə qaytarılmamışdır. Belə ki, icarəçi tərəfindən 2023-cü ilin iyul ayından 2024-cü ilin iyun ayınadək (11 ay) istifadə olunan qeyri-yaşayış sahəsinin icarə haqqı ödənilməmiş və bu günə 6270 (570x11=6270) manat icarəyə görə borc yaranmışdır. Bundan əlavə icarəyə verilmiş sahə normal vəziyyətdə də qaytarılmamışdır. Bu haqda isə onun tərəfindən qiymətləndirmə şirkəti dəvət edilmiş və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, 6-cı Qaraşəhər 3 ünvanındakı qeyri-yaşayış sahəsinin təmir işlərinə çəkilmiş xərclərin dəyəri 6.274 manat müəyyən edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə 11 ay müddətində ödənilməmiş 6270 manat icarə haqqı və qeyri-yaşayış sahəsinin təmiri üçün 6274 manat təmir haqqı olmaqla cəmi 12544 manat pul vəsaiti və ödənilmiş 128 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-dən 6.270 manat icarə haqqının, qeyri-yaşayış sahəsinin təmiri üçün 6.274 manat təmir haqqının və 128 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, mübahisəli sahə təlim üçün istifadə olunub, icarə müqaviləsində icarə haqqının 570 manat göstərilməsi cavabdehin xahişi ilə olmuşdur. Əslində isə tərəflər 3000 manat icarə haqqı barədə razılığa gəlmişlər. Ödənişlər həqiqətən bir neçə ay olmuş, son 3 ay ərzində ödənişlər tam icra edilməmiş və hesab edirlər ki, ödənilməyən icarə haqqı tələb olunan məbləğ həddindədir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, Cavabdeh MMC-nin iddiaçıya borcu yoxdur. Tərəflər arasında icarə haqqı kimi 570 manat müəyyən edilmişdir. Lakin tərəflər şifahi razılaşmışlar ki, işlər yaxşı gedərsə, ödəniş 2500-3000 manat həddində olacaqdır. Cavabdeh bütün ödənişləri İddiaçı nəvəsi X2 ödəmişdir. X5 ondan nənə və babasından istifadə etməklə, əlavə pul tələb edir. İcarə haqqının bütün ödənişlərini X1 **********946182 saylı Leo Bank bank kartına və nağd qaydada artıqlaması ilə ödəmişdir. Bu ödənişlər ayda 3000 manatdan az olmamışdır. Dəqiq hesablaşsalar cavabdehin iddiaçıya borcu yoxdur. Bundan əlavə məhkəmə iclasında X5 ona hər ay 3000 manatdan az olmamaqla ödəniş olunmasını etiraf etmişdir. İddiaçı onun guya obyektə maddi ziyan vurduğunu iddia edir. Kovralitə görə cavabdehdən 3080 manat tələb edir, hansı ki, təmizlik şirkəti çağırmaqla maksimum 200 manata kovraliti təmizləmək mümkündür. Belə ki, həmin kovralit yararsız deyildir. Bundan əlavə iddiaçı cavabdehdən bütün tavan və divarları təmir etdirməyisini tələb edir və buna görə 3194 manat tələb edir. Belə düşünür ki, iddiaçı obyektini cavabdehin hesabına əsaslı təmir etdirmək istəyir. Bildirir ki, cavabdeh iddiaçının obyektinə hər hansı maddi ziyan vurmamışdır. Hətta iddiaçının cavabdehdən guya obyektə vurulmuş maddi ziyanla cavabdehdən tələb etdiyi guya ödənilməyən icarə haqqını da hesablaşsalar 6274 AZN + 6270 AZN = 12544 AZN edir. Cavabdehin iddiaçının nəvəsi X2 ödədiyi pulu hesablayanda 11 ay x 3000 AZN = 33000 AZN edir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının nəvəsidir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı bütün danışıqları o, etmişdir. Cavabdehlə icarə haqqı kimi 2800-3000 manat pulun ödənilməsi barədə razılaşmışlar. Lakin cavabdeh vergi orqanlarına artıq ödəniş edilməməsi üçün müqavilədə həmin məbləğin 570 manat olmasını xahiş etmiş və həmin məbləğ müqavilədə icarə haqqı kimi qeyd edilmişdir. Son aylar cavabdeh tərəfindən icarə haqqı ödənişləri gecikdirilmiş, tam ödənilməmiş, lakin cavabdehlə ödənilməyən icarə haqları barədə belə razılığa gəlmişlər ki, təmir xərci xaric, icarə haqqı kimi ona ödənilməyən məbləğin həddi 3200-3300 manat təşkil edir. Cavabdeh əmlakı onlara qaytararkən, kovrolit yararsız vəziyyətdə olmuş, halbuki həmin kovrolit onun vəsaiti hesabına alınmışdır, təmizlik şirkəti dəvət edərək kovrolitdə olan ləkələrin təmizlənməsini istəsə də, şirkət təmizlik işinin mümkünsüz olduğunu bildirmişdir. Divarlar və tavanda da zədələr var, onlar da təmir olunub bərpa olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə Mehdi müəllimlə birlikdə işləmişdir, maliyyə işləri ilə bağlı məsələ Mehdi müəllim, kurs işləri ilə bağlı isə işlərlə o, məşğul olurdu. Aylıq 3000 manata yaxın icarə haqqı ödənilmişdir, həmin ödənişlərin bəziləri onun kartı vasitəsi ilə ödənilmişdir. Qeyri-yaşayış sahəsinin divar və tavanlarında elə bir zədələr mövcud deyil, necə götürmüşlərsə, o şəkildə də təhvil vermişlər. Divarlarda kiçik bir neçə tablo asılmışdır, tavana isə ümumiyyətlə hər hansı bir müdaxilə olunmamışdır. Proyektor mövcud olan kronşteyn üzərinə qoyulmuşdur. Kovroliti isə bir neçə ləkə olmuşdur, həmin kovrolit tərəflərin ümumi vəsaiti hesabına icarəyə götürülərkən döşəməyə yerləşdirilmişdir. Hətta onların vəsaiti hesabına 1 otaq da təmir olunmuşdur. İş üzrə "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyün qəbulu və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi bvrədə xx.xx.2005-ci il tarixli 03 saylı protokolundan çıxarışının surətindən görünür ki, X3 "xxxx" MTK üzvlüyünə qəbul edilməsi, İddiaçı razılıq yolu ilə "xxxx" MTKnın binasında Xətai rayonu, 6-cı Qaraşəhər 3, ümumi sahəsi 382,0 kv.m. olan qeyri-yaşayış sahəsinə düşməsi təsdiq edilməsi qərara alınmışdır. İş üzrə "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2005-ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Alıcı” İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, A.Cəlilov küç., 2- tikəcəyi kooperativ yaşayış binasından İddiaçı razılı yolu ilə ümumi sahəsi 382,0 kv.m. olan qeyri-yaşayış sahəsinə düşməsi təsdiq edilmişdir. İş üzrə “İcarəyə verən” qismində İddiaçı ilə “İcarəçi” qismində Cavabdeh MMC-nin (VÖEN **********) direktoru X8 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 07/2023 saylı icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” ona məxsus ünvan 3 ünvanındakı ümumi sahəsi 70 kv.m. olan sahəsi “İcarəçi”yə icarəyə vermiş, “İcarə”çi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (bənd 1.1, 1.1.1, 1.2). Müqavilə 1 il mddətinə bağlanmışdır (bənd 2.2). Aylıq icarə haqqı 570 manat təşkil edir və vergilər bu məbləğə daxildir (bənd 4.1). Təbii köhnəlmə nəzərə alınmaqla, sahəni yararlı vəziyyətdə saxlamaq “İcarəçi”nin vəzifələrdən biridir (bənd 7.1.2). İş üzrə “İcarəyə verən” qismində X12 ilə “İcarəçi” qismində Cavabdeh MMC-nin (VÖEN **********) direktoru X8 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 01 saylı qeyri-yaşayış binaların icarəyə verilməsi barədə icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” ünvan 3 ünvanında yerləşən və özünün xüsusi mülkiyyətində olan ümumi sahəsi 200 kv.m. olan (əsas sahə 200 kv.m., köməkçi sahə 200 kv.m.) qeyri-yaşayış binası 1 ay üçün 570 manat icarə məbləği, 1 il üçün 6.840 manat icarə məbləği ödənilməsi şərtlərlə “İcarəçi”yə icarəyə vermişdir (bənd 1.1.). İcarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə “İcarəçi” tərəfindən “İcarə verən”ə nəğd və yaxud hesablaşma hesabına köçürmə yolu ilə ödəməlidir (bənd 2.1). “İcarəçi” hər ayın 1-dən 5-ə kimi icarə haqqını “İcarədar”a nəğd və yaxud hesablaşma hesabına köçürmə yolu ilə ödəməlidir (bənd 2.2). “İcarəyəverən” icarəyə istifadə üçün yararlı, sahibkarlıq fəaliyyəti üçün əlverişli sahə verir (bənd 3.1). “İcarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməli, icarə müddətində xırda cari təmir işlərini öz hesabına yerinə yetirməli, texniki təhlükəsizlik qaydalarına riayət etməlidir (bənd 3.2). İcarəyə götürülmüş sahənin əsaslı təmiri “İcarəyəverən”in hesabına aparılacaqdır (bənd 3.3). İcarə müddəti qurtardıqdan sonra “İcarəçi” icarəyə götürdüyü sahəni “İcarəyəverən”ə normal vəziyyətdə qaytarmalıdır (bənd 3.4). Bu müqavilə imzalandığı gündən xx.xx.2023-cü il tarixdə qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir. İş üzrə İddiaçı sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 411 nömrəli qiymətləndirmə hesabatından görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, 6-cı Qaraşəhər 3 ünvanındakı qeyri-yaşayış sahəsinin təmir işlərinə çəkilmiş xərclərin dəyəri 6.274 manat müəyyən edilmişdir. İş üzrə ödəniş qəbzlərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə kartdan kartda 720 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə kartdan karta 650 manat, xx.xx.2023-cü il tarixdə X1 adına 610 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, kartdan karta 650 manat, kartdan karta 200 manat, kartdan karta 600 manat məbləğində ödəniş edilmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Cavabdeh MMC-nin direktoru X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 07/2023 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndində icarəyə verən (X3) ona məxsus olan aşağıda göstərilən sahəni icarəçiyə (Cavabdeh MMC) icarəyə verir, icarəçi isə icra haqqını ödəməyi öhdəsinə götürməsi, 1.1.1-ci bəndinə sahənin yerləşdiyi ünvanın ünvan 4ahənin 70 kv.m. olması, 4.1-ci bəndində aylıq icarə haqqının 570 Azərbaycan manatı olması, 4.2-ci bəndində icarə haqqı hər aya görə cari ayın 20-dən gec olmamaq şərti ilə ödənilməsi, 8.1-ci bəndində bu müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıması, 11.2-ci bəndində bu müqavilə üzrə mübahisəli məsələləri tərəflər danışıq yolu ilə həll etməyə öhdələrinə götürməsi, razılıq əldə etmədikdə tərəflərin məhkəməyə müraciət etmək hüququna malik olması nəzərdə tutulmuşdur. Bundan əlavə icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə yenilənmiş və həmin tarixli 01 saylı “Qeyri-yaşayış binalarının icarəyə verilməsi” haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində “İcarəyəverən” Bakı şəhəri, A.Cəlilov 20 ünvanında yerləşən və özünün xüsusi mülkiyyətində olan ümumi sahəsi 200 kv.m. olan qeyri-yaşayış binasını aylıq icarə məbləği 570 manat olmaqla 1 il müddətinə “İcarəçi”yə verməsi, 2.2-ci bəndində “İcarəçi” hər ayın 1dən 5-ə kimi icarə haqqını nəbd və yaxud hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsi, 3.4cü bəndində icarə müddəti qurtardıqdan sonra “İcarəçi” icarəyə götürdüyü sahəni normal vəziyyətdə qaytarması nəzərdə tutulmuşdur. Lakin Cavabdeh MMC tərəfindən müqavilənin tələbləri yerinə yetirilməmiş, ödənişlər həyata keçirilməmiş, qeyri-yaşayış sahəsi normal vəziyyətdə qaytarılmamışdır. Belə ki, Cavabdeh MMC tərəfindən 11 aya görə icarə haqqı ödənilməmiş və bu günə 6.270 (570x11=6.270) manat icarəyə görə borcu vardır. Bundan əlavə icarəyə verilmiş sahə normal vəziyyətdə qaytarılmamış, qeyri-yaşayış sahəsinə dəymiş zərər qiymətləndirilmiş və rəyinə əsasən Cavabdeh MMC tərəfindən qeyri-yaşayış sahəsinə 6.274 manat məbləğində ziyan vurulmuşdur. Odur ki, müqavilənin tələblərini rəhbər tutaraq Cavabdeh MMC-dən 5 gün ərzində 6.270 manat icarə görə pulun, 6.274 manat dəymiş ziyanın ödənilməsi tələb olunur. Əks halda əlavə tələblər də qoyulmaqla aidiyyəti məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı ona məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdehə aylıq icarə haqqı 570 manat olmaqla, 1 il müddətinə icarəyə vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X11 (iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən ona məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m. olan qeyriyaşayış sahəsi cavabdehə aylıq icarə haqqı 570 manat, illik icarə haqqı 6.840 manat olmaqla, 1 il müddətinə icarəyə vermişdir. Məhkəmə iclasında tərəflərin şifahi razılaşması əsasında aylıq ödənişlərin 2500-3000 manat həddində həyata keçirilməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə 07/2023 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 20 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsini aylıq cəmi 570 manat icarə haqqı əsasında cavabdeh (icarədar) Cavabdeh MMC-yə 1 il müddətinə icarəyə vermişdir. Cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş, 11 ayın icarə haqqın ödənilməyərək müqavilədə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə icarə müqaviləsi xx.xx.2023-cü il tarixində yenilənmiş və həmin tarixli 01 saylı “Qeyri-yaşayış binalarının icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Bu müqavilə isə “İcarəyə verən” adlandırılan X11 tərəfindən “İcarəçi” adlandırılan Cavabdeh MMC ilə olmuşdur. X11 bu müqaviləni ona iddiaçı tərəfindən verilən xx.xx.2014-cü il, 485384No li 10 il müddətinə verilən etibarnamə əsasında bağlamışdır. Bu müqaviləyə əsasən icarəyə verilən sahə 200 kv.m. olaraq müəyyən edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə “İcarəyəverən” Bakı şəhəri, Afiyəddin Cəlilov küç., 20-də yerləşən və özünün xüsusi mülkiyyətində olan ümumi sahəsi 200 kv.m. olan qeyri-yaşayış binasını aylıq icarə məbləği 570 manat olmaqla 1 il müddətinə “İcarəçiyə” icarəyə verilməsi, 2.2-ci bəndində “İcarəçi” hər ayın 1-dən 5-ə kimi icarə haqqını nəğd və yaxud hesablaşma hesabına köçürülmə yolu ilə ödənilməsi, 3.4-cü bəndində icarə müddəti qurtardıqdan sonra “İcarəçi” İcarəyə götürdüyü sahəni normal vəziyyətdə qaytarması nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən müqavilənin tələbləri yerinə yetirilməmiş, ödənişlər həyata keçirilməmiş, qeyri-yaşayış sahəsi normal vəziyyətdə qaytarılmamışdır. Belə ki, icarəçi tərəfindən 2023-cü ilin iyul ayından 2024-cü ilin iyun ayınadək (11 ay) istifadə olunan qeyri-yaşayış sahəsinin icarə haqqı ödənilməmiş və bu günə 6270 (570x11=6270) manat icarəyə görə borc yaranmışdır. Bundan əlavə icarəyə verilmiş sahə normal vəziyyətdə də qaytarılmamışdır. Bu haqda isə onun tərəfindən qiymətləndirmə şirkəti dəvət edilmiş və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, 6-cı Qaraşəhər 3 ünvanındakı qeyri-yaşayış sahəsinin təmir işlərinə çəkilmiş xərclərin dəyəri 6.274 manat müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-dən 6.270 manat icarə haqqının, qeyri-yaşayış sahəsinin təmiri üçün 6.274 manat təmir haqqının və 128 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin icarə müqaviləsinin bağlanılması anından icarəyə götürənin işlədiyi 11 ay üçün icarə haqqının ödənilməməsini qeyd etsə də, məhkəmə iclasında bu hallar təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında və onun təşəbbüsü ilə dindirilmiş şahid də ifadəsində ödənişlərin 2500-3000 manat həddində edildiyini, yalnız son bir neçə ayın kəsirlə ödənilməsini qeyd etmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlərin həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə eyni zamanda 70 kv.m. sahənin icarəyə verilməsi ilə bağlı tərəflər arasında bağlanılmış müqavilə tarixindən (xx.xx.2023-cü il tarixli) 5 ay müddət keçdikdən sonra heç bir icarə haqqının ödənilmədiyi halda 200 kv.m.-lik qeyri-yaşayış sahəsinə dair yeni icarə müqaviləsinin bağlanmasını məntiqsiz hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Lakin məhkəmə iddia tələbinin icarəyə götürən tərəfindən əmlakın ona təhvil verildikdən sonra təmirə ehtiyacı olması və bu səbəbdən təmir xərcinin tutulması hissəsində qismən əsaslı hesab edir. Belə ki, icarə müqaviləsinin şərtinə əsasən cavabdeh icarəyə götürdüyü əmlakı yararlı vəziyyətdə saxlamaq vəzifəsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatından belə məlum olur ki, icarəyə götürülmüş əmlak təhvil verildikdən sonra divar və tavanın yenilənməsi üçün 3194 manat, kovrolitin yenilənməsi üçün 3080 manat, cəmi 6274 manat təmir xərci tələb olunur. Məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən divar və tavan üzərində əhəmiyyətli dərəcədə zədələrin yaradılması müəyyən edilmədiyindən, yalnız divarda cüzi zədələrin – tablonun asılması zamanı kiçik mismar yerlərinin olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, təmir xərci kimi divar və tavanın yenilənməsi üçün zəruri olan vəsaitin – 3194,17 manat tutulması hissəsində iddia təmin edilməməli, kovrolitin isə yenilənmə zəruriliyini nəzərə alaraq bunun üçün tələb olunan 3080 manat pulun tutulması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilən Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləlilklə məhkəmə hesab edir ki, cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya tam yararlı vəziyyətdə təhvil vermədiyindən, iddiaçı həmin əmlakın təmir xərci ilə bağlı cavabdehə qarşı iddia qaldırmaqda haqlı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 6274 manat təmir xərci tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə (3080 manat) mütənasib olaraq (50,80 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 3.080 manat təmir xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50,80 manat, cəmi 3.130,80 (üç min yüz otuz manat, səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2142/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2142/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver