Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2160/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu i il tarixli, 142543-CNS-15923/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən istehlak məqsədilə Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altımış) ay müddətinə 3.609,39 (üç min altı yüz doqquz manat otuz doqquz qəpik) AZN manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.129,78 (iki min yüz iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 5.86 (beş manat səksən altı qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 2135.64 (iki min yüz otuz beş manat altımış dörd qəpik) AZN manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu i il tarixli, 142543-CNS-15923/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 2.129,78 (iki min yüz iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 5.86 (beş manat səksən altı qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 2135.64 (iki min yüz otuz beş manat altımış dörd qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 41.36 (qırx bir manat otuz altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu i il tarixli, 142543-CNS- 15923/1 saylı “Nağd pul krediti müqaviləsi”nin kserosurətindən görünür ki, Bank Cavabdeh illik 1% faiz hesablanması şərti ilə 60 ay müddətinə 3.609,39 manat məbləğində istehlak məqsədi ilə kredit xətti açılmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə banka 2.129,78 (iki min yüz iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat əsas, 5.86 (beş manat səksən altı qəpik) manat faiz, cəmi 2135.64 (iki min yüz otuz beş manat altımış dörd qəpik) manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 12 iyul 2019-cu i il tarixli, 142543-CNS-15923/1 saylı “Nağd pul krediti müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh illik 1% faiz hesablanması şərti ilə 60 ay müddətinə 3.609,39 manat məbləğində kredit xətti açılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 2.129,78 manat əsas, 5.86 manat faiz, 0,00 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 2.129,78 manat əsas, 5.86 manat faiz, 0,00 manat cərimə, cəmi 2.135,64 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 36,61 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 iyul 2019-cu i il tarixli, 142543-CNS-15923/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 2.129.78 manat əsas, 5.86 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41.36 manat, cəmi 2177 (iki min yüz yetmiş yeddi ) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2160/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2160/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver