Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2187/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********33 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən X6 12 ay müddətinə, illik 11,9 faiz dərəcəsi ilə hesablanmaqla 8.800 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X5 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 banka ödənilməmiş 8.643,56 manat borcu qalmışdır. Eyni zamanda bank tərəfindən iddia ərizəsi ilə müraciət etmək üçün cəmi 106,44 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8.643,56 manat əsas borc, ödənilmiş 106,44 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, bankdan borcu yoldaşı götürüb, onun xəbəri olmayıb. Sonradan həmin pulun götürülməsindən məlumatı olsa da, həyat yoldaşı qəflətən vəfat etmiş və bankdan götürülən pul onun yas mərasiminə xərclənmişdir. Banka borcun olmasını etiraf edir, lakin maddi imkanı həmin borcu bir dəfəyə bağlamağa imkan vermir. Borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Borcverən” qismində "xxxx" ASC ilə “Borcalan” qismində X7 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********33 saylı kredit müqaviləsinə əsasən Bank Borcalana istehlak məqsədilə 12 ay müddətinə qaytarmaq şərti ilə, illik 11,9% ödəmək şərti ilə 8.800 manat məbləğində kredit vermişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X7 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 223 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində V-71 No-li vərəsəlik işi açılmışdır. X2 arvadı Cavabdeh miras qalmış əmlaklara dair xx.xx.2023-cü il tarixdə 2V-202 və 2V-203 reyestr nömrəsi ilə təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə “Elektron notariat” X1 Çıxarışının surətindən görünür ki, Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən X2 vərəsəsi - arvadı Cavabdeh xx.xx.2023-cü il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə verilən miras əmlak Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 0,22 ha olan torpaq sahəsindən ibarətdir. İş üzrə “Elektron notariat” X1 Çıxarışının surətindən görünür ki, Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən X2 vərəsəsi - arvadı Cavabdeh xx.xx.2023-cü il tarixli 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə verilən miras əmlak Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən X5 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu 8.643,56 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə N.Məmmədova 12 ay müddətinə, illik 11,9% ödəmək şərti ilə 8.800 manat kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, N.Məmmədov xx.xx.2023-cü il tarixdə vəfat etmiş və onun kredit müqaviləsi üzrə ödənilməmiş 8.643,56 manat öhdəliyi qalmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, kredit alan X5 ölümündən sonra onun arvadı hazırkı iş üzrə Cavabdeh miras qoyana mülkiyyət hüququ ilə məxsus olan miras əmlakı – Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 0,22 və 0,04 ha olan torpaq sahəsi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 470, 472, eləcə də 1146,1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh kredit alan və X2 vərəsəsi kimi miras əmlakı qəbul etməyə öz iradəsini şəksiz nümayiş etdiyi üçün, bu hal onun Nəbi Məmmədovun öhdəliklərinin də qəbul edilməsini göstərir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə görə cavabdehlik daşıyan şəxsdir və iddiaçı hazırki tələblə Cavabdeh qarşı çıxış etməkdə tam haqlı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə Cavabdeh kredit müqaviləsi üzrə borclu olan X5 öhdəliklərinə görə cavabdehliyi qanunla müəyyən olunduğu üçün və iddiaçı tələbin sahibi kimi həmin borcu cavabdehdən tələb etməkdə tam haqlı olduğu üçün, irəli sürülmüş iddia tələbləri əsaslı hesab ediməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 106,44 manat və bank xidmət haqqının əvəzi kimi 0,40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********33 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 8.643,56 manat əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106,44 manat və 0,40 manat xidmət haqqı, cəmi 8.750,4 (səkkiz min yeddi yüz əlli manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2187/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2187/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver