Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-219/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X18 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, “Dövlət Sığorta Kommersiya Şirkətinin” nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" Şirkətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə 13 may 2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" Şirkətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi ziyanın əvəzi kimi 13,582 manat, vəkilə hüquqi yardım üçün ödəniləcək məbləğ kimi 1,500 manat, qətnamənin icra edildiyi tarixədək hər gün üçün 2,60 manat və 136 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 oktyabr 2021-ci ildə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində Cavabdeh1 idarə etdiyi “Hyundai İX35" minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı, sürücü X4 idarə etdiyi “Chevrolet Captiva” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı, iddiaçıya məxsus, sürücü X2 idarə etdiyi “KİA Cadenza” markalı 10LV 900 dövlət qeydiyyat nişanlı və Cavabdeh2 idarə etdiyi “Mersedes Benz C 180 minik" markalı, ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh2 idarə etdiyi “Mersedes Benz minik C180” markalı, 99 LA467 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh "xxxx" ASC tərəfindən Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis mayoru cənab Ramiq Rzayev tərəfindən araşdırma aparılmış, həmçinin qeyd edilən nəqliyyat hadisəsi ilə bağlı təqsirli şəxslərin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmişdir. Ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/2603 nömrəli ekspert rəyindən məlum olur ki, “Hyundai İX35 minik” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Yeni Salyan yolu ilə şəhər istiqamətində hərəkət edərkən yolun sağ zolağından sola dönmə əməliyyatı apardığından arxadan onunla eyni istiqamətdə onun sol tərəfi ilə hərəkətdə olan sürücü N. Məmmədovanın idarə etdiyi “Chevrolet Captiva" markalı avtomobilin qabaq hissəsi “Hyundai İX 35” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Arxadan eyni istiqamətdə gələn, iddiaçıya məxsus “KİA Cadenza” markalı avtomobilin sürücüsü F. Nuriyev qarşıda baş vermiş hadisəni görüb avtomobilin sürətini azaldaraq dayandırmış və bu zaman arxadan gələn digər cavabdeh V. Cəfərovun idarə etdiyi Mercedes Benz C 180” markalı avtomobil dayanmış “KİA Cadenza" markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən iddiaçıya məxsus “KİA Cadenza” markalı avtomobil irəliyə hərəkət edərək dayanmış “Chevrolet Captiva" markalı avtomobil ilə toqquşmuşdur. Göstərilən vəziyyətdə “Hyundai İX 35" markalı avtomobilin sürücüsü, cavabdeh T. Rəhimov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən, hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh T. Rəhimovun apardığı manevr, hərəkətin təhlükəsizliyini təmin etməmişdir. Ona görə də cavabdeh T. Rəhimovun hərəkətlərində yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin ekspert rəyində qeyd edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində “Mercedes Benz C180" markalı avtomobilin sürücüsü cavabdeh V. Cəfərov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Baş verən nəqliyyat hadisəsində cavabdeh V. Cəfərov qarşısında, onunla eyni istiqamətdə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almaqla idarə etdiyi avtomobilin hərəkət sürətindən asılı olaraq həmin nəqliyyat vasitəsindən elə təhlükəsiz ara məsafəsi saxlamalı idi ki, həmin ara məsafəsində öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla nəqliyyat vasitələri arasında yaranmış toqquşmaq təhlükəsini aradan qaldırmağa imkanı olsun. Yəni cavabdeh V. Cəfərov qarşısında hərəkət edən nəqliyyat vasitəsinə yaxınlaşdıqda aralarında qalan məsafəyə uyğun sürəti elə kəmiyyətə qədər azaltmalı idi ki, həmin avtomobilin sürücüsü sürəti kəskin azaltdıqda və ya dayandırdıqda idarə etdiyi “Mercedes Benz C 180" markalı avtomobili həmin avtomobilə çatmadan öz hərəkət zolağında çatdıra bilsin. Lakin cavabdeh V. Cəfərov "Mecedes Benz C180” markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən onunla eyni istiqamətdə hərəkətdə olub, qarşısında baş vermiş hadisəyə görə sürətini azaldıb dayanmış iddiaçıya məxsus “KİA Cadenza" markalı avtomobilin arxa hissəsi ilə toqquşması və toqquşmanın təsirindən “KİA Cadenza” markalı avtomobilin irəliyə doğru hərəkət edərək dayanmış "Chevrolet Captiva” markalı avtomobil ilə toqquşması onu izah edir ki, cavabdeh V. Cəfərovun hərəkətlərində “Yol hərəkəti haqqımda” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə ilə əlaqədar Səbail Rayon DYPŞ polis kapitanı cənab X13 tərəfindən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və bununla bağlı ******* nömrəli qərar verilmişdir. Eyni zamanda digər Cavabdeh2 da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Yol Nəqliyyat hadisəsi ilə bağlı cavabdeh "xxxx" ASC-yə sığorta hadisəsi ilə bağlı dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə müraciətlər edilsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək müxtəlif bəhanələrlə iddiaçıya dəymiş ziyanı ödəməkdən boyun qaçırmaqdadır. İddiaçıya məxsus nəqliyyat vasitəsinə dəyən ziyanın məbləğini müəyyən etmək üçün KİA Motors Azərbaycan şirkətinə müraicət edilmiş və 02 oktyabr 2021-ci tarixli ilkin baxış üzrə tərtib edilmiş qüsur aktına əsasən iddiaçıya dəymiş maddi zərərin məbləği 10 582 (on min beş yüz səksən iki) manat həcmində müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Salyan şosessində sürücü Cavabdeh1 idarə etdiyi “Hyundai İX35” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı, sürücü X4 idarə etdiyi “Chevrolet Captiva” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı, sürücü X2 idarə etdiyi “Kia Cadenza” markalı ** LV *** dövlət qeydiyyat nişanlı və sürücü Cavabdeh2 idarə etdiyi "xxxx" ASC tərəfindən “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Benz C180 minik” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. AR DİN Səbail Rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına və İnzibati Xəta haqqında Protokola və X21 haqqında qərara əsasən, “Mercedes Benz C180 minik” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və “Hyundai İX-35 minik” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxslər olaraq müəyyən edilmişlər və hər iki sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barələrində 40,00 (qırx manat) məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. AR DİN Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışa (iş üzrə materiallara əlavə edilmişdir) nəzər salınsa məlum olur ki, yol-nəqliyyat hadisəsinin baş verməsində “Mercedes Benz C180 minik” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və “Hyundai İX-35 minik” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli şəxs kimi, “Chevrolet Captiva minik” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X9 və “Kia Cadenza minik” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 hadisənin baş verməsində zərərçəkən şəxs(lər) kimi müəyyən edilmişlər. Nəzərə çatdırılır ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilmiş Cavabdeh2 idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC tərəfindən sığortalanmışdır. Məlum olduğu kimi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 56.1.2-ci maddəsinə əsasən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişinin məbləği 5000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsində səlahiyyətli orqanın daxil olmuş sənədlərinə əsasən iki zərərçəkən şəxs yəni “Chevrolet Captiva minik” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X9 və “Kia Cadenza minik” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 müəyyən edildiyindən hər iki avotomobilə dəymiş zərərə görə tərəflərindən mütənasib şəkildə yəni 3753,00 (üç min yeddi yüz əlli üç) manat məbləği “Kia Cadenza minik” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 hesabına (ödəniş tapşırığı iş üzrə materiallara əlavə edilmişdir), 1247,00 (bir min iki yüz qırx yeddi) manat məbləği isə “Chevrolet Captiva minik” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 bank hesabına ödənilmişdir (məbləğlə razılaşdırılmış sığorta aktı iş üzrə materiallara əlavə edilmişdir). Yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, cavabdeh "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən edilmiş 5000, 00 (beş min) manat məbləğində sığorta ödənişi yol-nəqliyyat hadisəsi zamanı zərərçəkən şəxslərə ödənilmişdir. Cavabdeh "xxxx" Şirkəti tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, DYPŞ-nin verdiyi sənədlərə əsasən şirkətdə icbari qaydada sığortalanmış “Hyundai İX35” minik markalı, ** RJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yalnız “Chevrolet Captiva” minik markalı ** ZT *** dövlət nömrə nişanlı avtomobilə zərər vurduğu üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin “Mercedes benz 180” minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü həm “KİA Cadenza” makalı ** LV *** dövlət nömrə nişanlı avtomobilə, həm də “Chevrolet Captiva” markalı ** ZT *** dövlət nömrə nişanlı avtomobilə zərər vurduğu üçün inzibati məsuliyyətə cəlb edilmiş, “Kia Cadenza” markalı ** LV *** dövlət nömrə nişanlı avtomobilə zərər vurulmasında isə hər hansı təqsiri olmamışdır. “Mercedes Benz 180” minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobil icbari sığorta müqaviləsi ilə "xxxx" ASC-də sığortalandığından, ASC tərəfindən sonunculara dəymiş zərərə görə ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş 3,753 manat pul məbləğini iddiaçı qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın "xxxx" ASC-yə münasibətdə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın iddianın "xxxx" Şirkətinə münasibətdə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək ona münasibətdə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan: TP ******* nömrəli X21 haqqında Qərarın və İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən şəxs barədə məlumatda qeyd edilmişdir ki, zərər vurulan ** LV *** dövlət nömrə nişanlı “Kia Cadenza” markalı avtomobilin mülkiyyətçisi İddiaçıdur. 1000/21 nömrəli Sığorta aktının surətindən görünür ki, Cavabdeh2 məxsus olan “Mercedes Benz C 180” markalı ** LA *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. AZ0011113 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X11 (** LV *** dövlət nömrə nişanlı “Kia Cadenza” markalı avtomobilin istifadəçısı) hesabına 3,753 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz sığortalıya vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanunun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. Məhkəmə zərərin əvəzinin kimdən tutulması məsələsini müəyyən etməzdən öncə “Kia Cadenza” markalı ** LV *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləğini müəyyənləşdirməyi məqsədəmüvafiq hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli 9/572№-li məhkəmə ekspertizasının rəyindən görünür ki, “Kia Cadenza” markalı ** LV *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8,557 manat məbləğində müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin zərərin "xxxx" ASC-dən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, sığorta olunan bir sığorta hadisəsi nəticəsində “Kia Cadenza” və “Chevrolet Captiva” markalı üçüncü şəxslərin avtomobillərinə zərər dəydiyindən sığorta məbləğini aşmış və sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib həcmdə (Kia Cadenza markalı avtomobilin sahibinə 3,753 manat, “Chevrolet Captiva” markalı avtomobilin sahibinə 1,247 manat məbləğində olmaqla cəmi 5,000 manat) sığortaçı tərəfindən verilmişdir. İşin bu halları tərəflərin izahatları və ödəniş tapşırıqları ilə təsdiqlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. "xxxx" ASC hadisə nəticəsində zərər görmüş avtomobillərin hər birinə dəymiş zərəri qanunun tələbinə uyğun olaraq zərərə mütənasib həcmdə verdiyindən iddiaçı qarşısında yerinə yetirilməmiş hər hansı bir öhdəliyi qalmamışdır. Məhkəmə iddia tələbinin dəymiş zərərin Cavabdeh1 və "xxxx" Şirkətindən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 məxsus “Hyundai İX 35” markalı, ** RJ *** dövlət nömrə nişanlı avtomobil "xxxx" Şirkəti tərəfindən sığortalanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Kia Cadenza” markalı minik avtomobilinə zərər Cavabdeh1 təqsiri nəticəsində dəyməmişdir. Bu səbəbdən Cavabdeh1 və ona məxsus avtomobilin sığortalandığı "xxxx" Şirkəti iddiaçı qarşısında hər hansı bir mülki məsuliyyət daşımırlar. Məhkəmə iddia tələbinin dəymiş zərərin Cavabdeh2 tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə göstərilənlərə istinad edərək qeyd edir ki, Cəfərov X8 Bayram Tofiq oğluna vurmuş olduğu zərərə görə təqsirli bilinmişdir və bu zərərə görə məsuliyyət daşıyır. Ekspert rəyi ilə müəyyənləşdirilmiş 8,557 manat zərərin "xxxx" ASC tərəfindən ödənilmiş 3,753 manatı çıxılmaqla 4,804 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 1,500 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən bu halı təsdiq edə biləcək hər hansı bir sənədə iş materiallarında rast gəlinməmişdir. Məhkəmə həmiçinin iddia tələbinin qətnamənin icra edildiyi tarixədək hər gün üçün 2,60 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə də təmin edilməməlidir. Belə ki, iddiaçıya dəymiş zərər müqavilə öhdəliyindən deyil, delikt öhdəliyindən yaranmışdır. Tərəflər arasında hər hansı bir əqd olmadığından bank uçot dərəcəsinə uyğun olaraq pulun cavabdehdən tələb edilməsi əsassızdır. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 4,804 manat zərər məbləği Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 136 manat dövlət rüsumundan və 100 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslı hesab olunduğundan, iddia tələbinin qaldırılması üçün ödənilmiş 136 manat dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının rəyi üçün ekspertiza xərcini təşkil edən 100 manat məbləğində vəsaitin isə iddia tələbi qismən təmin olduğuğundan 50 manat hissəsi Cavabdeh2, 50 manat hissəsi isə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" Şirkətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbi qismən təmin edilsin. Cavabdeh2 4,804 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il tarixli 9/572 №-li məhkəmə ekspertizasının xərcini təşkil edən 100 manat məbləğində vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh2 tutularaq ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X6, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-219/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-219/2022
13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver