Məhkəmə qərarları › İş №e-2(009)-2199/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2199/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2199/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh Məmməd qızına qarşı «pul» tələbi barədə mülki işə 01 noyabr 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh Məmməd qızına qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə tam kart kredit borcu üzrə 283,93 manat əsas və 2,42 manat faiz borcu, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 13499,90 manat məbləğində əsas və 57,75 manat məbləğində faiz borcu, ödənilmiş 131,53 manat dövlət rüsum və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Allahverdiyev iman Nadir oğlu arasında bağlanmış BPM**********81 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kredit limiti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə cavabdeh Allahverdiyev İman Nadir oğluarasında bağlanmış BPM**********56 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 14700 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 Nadir oğlu xx.xx.2023-cü il tarixdəvəfat etmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum Allahverdiyev İman Nadir oğlunun xx.xx.2023-cü il tarixdəvəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış və Allahverdiyev İman Nadir oğluna xx.xx.2024-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Allahverdiyev İman Nadir oğlunun BPM**********56 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 13499.90 manat əsas və 57.75 manat faiz borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 BPM**********81 nömrəli, xx.xx.2021-ci tarixli kredit müqaviləsinə əsasən, tam kredit borcu üzrə, Banka ödənilməmiş– 283.93 manat əsas və 2.42 manat faiz borcu qalmışdır. Cavabdeh Allahverdiyeva X1 İman Nadir oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh Məmməd qızına borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan: Allahverdiyev İman Nadir oğlu ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə imzalanmış Tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, həmin sazişə uyğun olaraq illik 24 % ödəniş olmaqla bank tərəfindən 36 ay müddətinə 300 manat məbləğində Allahverdiyev İman Nadir oğluna kredit limiti ayrılmışdır. Allahverdiyev İman Nadir oğlu ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə imzalanmış Kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən 36 ay müddətinə illik 22 faiz dərəcəsi hesablanmaqla 14,700 manat məbləğində Allahverdiyev İman Nadir oğluna kredit verilmişdir. AZ-İİ № 402361 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Allahverdiyev İman Nadir oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı ASAN Xidmət Notariat Ofisinin məktubunda qeyd edilmişdir ki, Allahverdiyev İman Nadir oğlunun miras əmlakına dair vərəsəsi Cavabdeh Məmməd qızıdır. "xxxx" ASC-nin maliyyə arayışlarından görünür ki, hazırda cavabdehin bank qarşısında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 13499,90 manat əsas, 57,75 manat faiz borcu, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 283,93 manat əsas və 2,42 manat faiz borcu vardır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Allahverdiyev İman Nadir oğlu isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Allahverdiyev İman Nadir oğlu Kredit Sazişi üzrə yaranmış borcunu qanunla nəzərdə tutulmuş qaydada qaytarmamış, bununla da həmin Sazişdən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda hazırki iş üzrə cavabdehin hazırki iddia tələbinə cavab verməsi, yəni ki İ.Allahverdiyevin hüquqi varisi olduğuna münasibətdə qeyd edir ki, İ.Allahverdiyev vəfat etdikdən sonra cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında artıq hüquqi varis statusu qazanmışdır. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. . Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 131,53 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 13557,65 manat məbləğində, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə isə ümumilikdə 286,35 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 131,53 dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh Məmməd qızından tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar