Məhkəmə qərarları › İş №e-2(009)-2222/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2222/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2222/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı LPO "xxxx" ASC-nin - Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC - Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 450,10 (dörd yüz əlli manat on qəpik) manat borc olmaqla – bundan 421,71 (dörd yüz iyirmi bir manat yetmiş bir qəpik) manat əsas, 5,47 (beş manat qırx yeddi qəpik) manat cərimə və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 22,92 (iyirmi iki manat doxsan iki qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli 04/0307/MAX nömrəli kredit müqaviləsinə əsasən borcalana 44 (qırx dörd) ay müddətinə 800 (səkkiz yüz) manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cəriməni ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci maddəsinə əsasən borcalan bu müqavilə üzrə müqavilə şərtlərinin pozulması, kredit xətti üzrə limitdən artıq vəsaitin xərclənməsi və 10 təqvim günü ərzində ödənilmədiyi halda kredit üzrə borcun və kreditdən istifadəyə görə ödənişlərin qaytarılma vaxtından 10 gündən artıq keçdiyi zaman kreditin və kreditdən istifadəyə görə cərimələrin ödənilməsini tələb etmək və kredit kartının fəaliyyətini dayandırmaq “Bank”ın hüququdur. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********067 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2023cü il tarixə Cavabdeh kredit kartı üzrə cəmi borcu 450,10 (dörd yüz əlli manat on qəpik) AZN təşkil edir. Bundan 421,71 (dörd yüz iyirmi bir manat yetmiş bir qəpik) AZN əsas, 5,47 (beş manat qırx yeddi qəpik) AZN cərimə və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 22,92 (iyirmi iki manat doxsan iki qəpik) AZN borcu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli 04/0307/MAX nömrəli kredit müqaviləsinə əsasən borcalana 44 (qırx dörd) ay müddətinə 800 (səkkiz yüz) manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit kartı üzrə cəmi borcu 450,10 (dörd yüz əlli manat on qəpik) AZN təşkil edir. Bundan 421,71 (dörd yüz iyirmi bir manat yetmiş bir qəpik) AZN əsas, 5,47 (beş manat qırx yeddi qəpik) AZN cərimə və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 22,92 (iyirmi iki manat doxsan iki qəpik) AZN borcu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, LPO "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli, 04/0307/MAX nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən LPO "xxxx" ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı LPO "xxxx" ASC-nin məhkəmə qaydasında Cavabdeh 421,71 (dörd yüz iyirmi bir manat yetmiş bir qəpik) manat əsas, 5,47 (beş manat qırx yeddi qəpik) manat cərimə, 22,92 (iyirmi iki manat doxsan iki qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 450,10 (dörd yüz əlli manat on qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 06 noyabr 2018-ci il tarixli, 04/0307/MAX saylı kredit müqaviləsi üzrə 421,71 (dörd yüz iyirmi bir manat yetmiş bir qəpik) manat əsas, 5,47 (beş manat qırx yeddi qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 22,92 (iyirmi iki manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 450,10 (dörd yüz əlli manat on qəpik) manat məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında 06 noyabr 2018-ci il tarixli, 04/0307/MAX saylı kredit müqaviləsi üzrə 421,71 (dörd yüz iyirmi bir manat yetmiş bir qəpik) manat əsas, 5,47 (beş manat qırx yeddi qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 22,92 (iyirmi iki manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 450,10 (dörd yüz əlli manat on qəpik) manat pul məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar