Məhkəmə qərarları › İş №e-2(009)-2238/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2238/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2238/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM **********13 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2058,13 (iki min əlli səkkiz manat on üç qəpik) manat əsas borc, 0.02 (iki qəpik) manat faiz borcu olmaqla, cəmi 2058,15 (iki min əlli səkkiz manat on beş qəpik) manat, BMP **********68 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 472.14 (dörd yüz yetmiş iki manat on dörd qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45,31 (qırx beş manat otuz bir qəpik ) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2800 manat məbləgində kredit verilmişdir. Bundan əlavə, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********68 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh müəyyən edilmişdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2019-cu il tarixli, BPM**********13 saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu: 2058.13 manat əsas borc, 0.02 manat faiz borcu olmaqla, cəmi 2058.15 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən X2 xx.xx.2020-ci il tarixli, BPM2C ********** saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu: 472.14 manat əsas borc olmaqla, cəmi 472.14 manat borcu qalmışdır. Ümumilikdə, X2 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 2 530.29 manat qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini pu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarımamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2530.29 manat olduğundan, tərəflərindən 45.31 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat vemiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Yasamal filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2800 manat məbləgində kredit verilmişdir. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********68 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit kartı verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli, BPM2C ********** saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 472.14 manat əsas borc olmaqla, cəmi 472.14 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X2 xx.xx.2019-cu il tarixli, BPM**********13 saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 2058.13 manat əsas borc, 0.02 manat faiz borcu olmaqla, cəmi 2058.15 manat borcu qalmışdır. İş materiallarında olan AZ-İİ 164 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021 ilin 01 ayının 06 günündə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Problemli kreditlərlə iş Departamenti tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-22/2-26414/2024 saylı məktubdan görünür ki, X1 və "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən müvafiq məbləğdə pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X1 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. xx.xx.2024-cü il tarixində açılmış vərəsəlik işi üzrə notariat işinin surətinin təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan ünvan 2 ünvanlanmış 1629 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mərhum X2 ölümündən sonra miras qalmış əmlaka dair vərəsələr ərizə ilə müraciət etmiş, vərəsələrin dairəsi müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin X2 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh Ailayət oğluna xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsin əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verildikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini almış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2018-ci il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısınıda birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2800 manat məbləgində kredit verilmişdir. Bundan əlavə “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********68 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh müəyyən edilmişdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2019-cu il tarixli, BPM**********13 saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 2058.13 manat əsas borc, 0.02 manat faiz borcu olmaqla, cəmi 2058.15 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 xx.xx.2020-ci il tarixli, BPM2C ********** saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 472.14 manat əsas borc olmaqla, cəmi 472.14 manat borcu qalmışdır. Ümumilikdə, X2 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 2 530.29 manat qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, iddiaçı "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun borcalan X3 vərəsəsi Cavabdeh tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 45,31 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə BPM **********13 saylı, xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə 2058,13 (iki min əlli səkkiz manat on üç qəpik) manat əsas borc, 0.02 (iki qəpik) manat faiz borcu olmaqla, cəmi 2058,15 (iki min əlli səkkiz manat on beş qəpik) manat, BMP **********68 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 472.14 (dörd yüz yetmiş iki manat on dörd qəpik) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45,31 (qırx beş manat otuz bir qəpik ) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar