Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2259/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 663/2019 saylı qətnaməsinə əsasən onun Cavabdeh qarşı verdiyi nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi qismən təmin olunaraq, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli nikahları pozularaq, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun yanında saxlanılması və xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay, hər biri üçün 160 manat, habelə X7 3 yaşına çatana kimi, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 manat olmaqla, ümumilikdə 370 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda X8 9 yaşında, X7 isə 5 yaşındadır. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uşaqları ilə ümumilikdə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı-vaxtında ödəmir. Beləliklə də cavabdehin bu günə olan borcu 11.000 manat təşkil edir. Uşaqların bütün qayğı və maddi ehtiyacları tamamilə onun və valideynlərinin üzərindədir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün xeyli çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumu, minimal aylıq əmək haqqı miqdarı, eləcə də cavabdehin yüksək gəlirləri nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manata çatdırılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdeh Rüstəmov X6 tutulan alimentin məbləği artırılaraq, hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, uşaqlar artıq böyümüşlər, məktəblidirdər, xərcləri artmışdır, cavabdeh heç bir maddi köməklik göstərmir. İddiaçı borc götürüb uşaqlara məktəbə getməsi üçün çanta və digər zəruri əşyaları almışdır. Uşaqların tələbat xərcləri artığı üçün hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Tələb olunan aliment isə bu il üçün yaşayış minimumu həddindədir. Eyni zamanda uşaqların ayrı-ayrı idman və təhsili ilə bağlı məşğələlərə getməsi üçün də vəsait lazımdır. Cavabdeh isə bunları qarşılamaqdan imtina edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, 543 manat əmək haqqı alır, alimentin məbləği artırılacağı təqdirdə yerdə qalan məbləğ onun tələbatını ödəməyəcək, digər tərəfdən iddiaçı özü də işləyir. Onun aliment borcu yoxdur. İddiaçının iddia etdiyi müddətdə onunla birgə yaşamışlar, yaşadığı müddət ərzində uşaqların bütün tələbatını o, ödəmişdir, ödədiyi məbləğ qətnamə ilə müəyyən edilən məbləğdən kifayət qədər yuxarı olmuşdur. Uşaqların ayrı-ayrı dərnəklərə yazılmasını etiraz etmir, o xərci özü qarşılayacaq. Eyni zamanda iddiaçı ilə mediasiya prosesində razılıq əldə olunub ki, uşaqlar bir gün yarım onunla qalsın. Həmin vaxtı o, uşaqlara da xərc çəkəcəkdir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuş, X7 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-663/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin və icra vərəqəsinin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində bağlanmış 37 saylı akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər biri üçün 160 manat, habelə X5 3 yaşına çatana kimi, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 manat olmaqla, ümumilikdə 370 manat sabit pul məbləğində alimentin X2 tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Rüstəmova soyadı verilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh ailə mübahisəsi (alimentin artırılması) üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh İddiaçı icra sənədi üzrə 380 manat məbləğində pul ödəmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC şirkətinin satış şöbəsində satış təmsilçisi vəzifəsində işləyir və onun son 12 ay üzrə orta aylıq gəliri (vəzifə maaşı) 543,02 manat təşkil edir. İş üzrə A.Hüseynzadə adına 20 No-li məktəb lisey tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışların surətindən görünür ki, X8 Bakı şəhəri, A.Hüseynzadə adına 20 No-li tam orta məktəbliseyin 4G sinifində, X7 Bakı şəhəri, A.Hüseynzadə adına 20 No-li tam orta məktəb-liseyin 0G sinifində təhsil alırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Aynur və xx.xx.2017-ci il təvəllüdlü Elnur adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün hər uşaq üçün sabit pul məbləğində 160 manat, X4 3 yaşına çatana kimi, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 manat, cəmi 370 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 193 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının və cavabdehin işləyib müvafiq əmək haqqı almaları müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Aynur və xx.xx.2017-ci il təvəllüdlü Elnur adlı uşaqların saxlanılması üçün hər ay 160 manat sabit məbləğində alimentin tutulması, həmçinin cavabdehin hazırda hələ də ödənilməmiş aliment öhdəliyinin olması (iddiaçının özünün izahatı ilə də) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 160 manatdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, alimentin tutulması barədə Səbail rayon Məhkəməsinin qətnaməsinin (xx.xx.2019-cu il tarixli) qəbul edilməsi müddətindən 3 ildən artıq müddət keçməsini, bu müddət ərzində uşaqların maddi tələbatının artmasını, hər ikisinin məktəbli olmasını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini, cavabdeh tərəfindən nikah pozulduqdan sonra iddiaçı ilə müəyyən müddət birgə yaşadıqları vaxt uşaqlara aylıq çəkdiyi xərcin alimentin qətnamə ilə müəyyən edilmiş həddindən də artıq olmasını, bununla da cavabdehin iddiaçı ilə birgə yaşadığı vaxt uşaqların mövcud təminat səviyyəsini də nəzərə alaraq hesab edir ki, sabit pul şəkilində müəyyən edilən aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən cavabdehdən tutulmalı olan alimentin təyin edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 193 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 4632 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 66 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 663/2019 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 66 (altmış altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev