Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-228/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi N.Ç.Muxtarovun, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 225/f-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20% olmaqla 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit təminatı kimi bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaqoyan Cavabdeh məxsus “Mazda CX-9” markalı, ban JMZTB89A800102268, ağ mirvari rəngli, buraxılış ili 2009-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Hal-hazırda borclu Cavabdeh İddiaçı ASC-yə gecikdirilmiş 4059 ABŞ dolları əsas borca hesablanmış 5% həcmində 1578,45 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borclu öhdəliyi zamanında və lazımınca icra etmədiyi üçün bank tərəfindən borcalan və girovqoyan Cavabdeh qarşı Səbail rayon Məhkəməsində iddia qaldırılmış, xx.xx.2015-ci il tarixli, 225/f-15 saylı kredit müqaviləsi üzrə 6720,91 ABŞ dolları cavabdehdən tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilərək, həmin əmlakın açıq hərracda satışı hesabına əldə ediləcək vəsaitin kredit borcunun ödənişinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1983/2021 saylı, xx.xx.2021-ci il tarixdə qətnaməsi ilə iddia təmin edilməmişdir. Kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli, 225/f- 15 saylı kredit müqaviləsi 24 ay müddətə bağlanmışdır. xx.xx.2017-ci il tarixdə müqavilə bitmiş, faizlər həmin tarixədək hesablanmışdır.xx.xx.2017-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə borcunu xx.xx.2022-ci il tarixə kimi hələ də icra etməmişdir. Bununla da borclu bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. İş materiallarından və iddiaya əlavə edilmiş xx.xx.2017-ci il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin banka 4059 ABŞ dolları borcu vardır. Hazırda xx.xx.2022-ci il tarixə cavabdehin banka əsas borcunun qalığı 4059 ABŞ dolları olmuşdur. Hesab edirlər ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsaitini özündə saxladığına və bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun qalığına görə illik 5% həcmində məbləğ cavabdehdən tutularaq banka ödənilməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5% həcmində hesablanmış 1578,45 ABŞ dolları borcu qalmaqdadır. Göstərilənləri nəzərə alaraq iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli, 225/f-15 saylı kredit müqaviləsi üzrə 4059 ABŞ dolları əsas borca hesablanmış 5% həcmində 1578,45 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 46,83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ipoteka predmeti olan avtomaşın oğurlanaraq ölkədən kənara çıxarıldığı üçün bankın öhdəlikləri icra oluna bilməmişdir. Digər tərəfdən bank ona qarşı kredit borcunun tutulması barədə tələb irəli sürmüş, məhkəmə onun iddiasını təmin etməmişdir. Ona görə iddianı əsassız hesab edir və təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 225/f-15 saylı kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik faiz dərəcəsi 20% ödənilməsi şərti ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalana verilmiş kreditin və ona hesablanacaq faizlərin vaxtında qaytarılması (öhdəliyin icrası) Cavabdeh ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 225/f-15 saylı ipoteka müqaviləsi ilə təmin edilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətinə əsasən ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 225/f-15 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus “Mazda CX-9” markalı, ban JMZTB89A800102268, rəngi – ağ mirvari, buraxılış ili 2009-cu il olan avtomobili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.4-cü bəndinə əsasən ipotekaya qoyulan avtomobil tərəflərin razılığı ilə 18.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması barədə iddia tələbləri iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 225/f-15 saylı kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinin şərtinə əsasən iddiaçı bank təşkilatı tərəfindən cavabdehə 24 ay müddətinə illik 20% olmaqla 9.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus avtomobil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki,İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-1983/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı Cavabdeh tərəfindən aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə həmin müqavilə üzrə əsas borca – 4059 ABŞ dollarına hesablanmış 5% həcmində - 1578,45 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Konstitusiya Məhkəməsinin həmin Plenum Qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsinin tələb edə bilər. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında formalaşan hüquqi mövqeyə görə qeyd edir ki, kreditor müqavilə müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə əsas borca 5% hesabı ilə əldən çıxmış faydanın tələb etmək hüququna malik olsa da, iddiaçı hazırki tələbdə cavabdehdən əldən çıxmış fayda kimi 5% hesabı ilə borcu müqavilə bağlandığı tarixdən məhkəməyə müraciət olunan tarixədək olan müddət ərzində tələb edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bankın hazırki cavabdehə qarşı əsas, faiz və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı tələbi təmin edilməmiş, bununla da əsas öhdəliyə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, öhdəlik hüquq münasibəti nisbi xarakterə malik olub, müddətli hüquq münasibətidir. Öhdəliklər müəyyən vaxt müddəti hüdudlarında mövcud olur. Başqa sözlə bütün öhdəliklərin özlərinin mövcud olma həddi var. Öhdəliklər mülki hüquq münasibətlərinin bir növüdür. Hər bir mülki hüquq münasibəti kimi onlar 3 elementlər – subyektlərdən, obyektdən və məzmundan (tərəflərin subyektiv hüquq və vəzifələrindən) ibarətdir. Nə qədər ki, bütün bu elementlər mövcuddur, onda öhdəliklər də qüvvədə olur. Göstərilən elementlərdən heç olmasa hər hansı birinin mövcudluğuna son qoyularsa, onda bu, bütövlükdə öhdəliklərin ləğv olunmasına səbəb olur. Yəni öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir (maddə 554.3). Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə əsas öhdəliyə xitam verildiyindən, əlavə öhdəliklərə də xitam verilmişdir. Yəni əsas öhdəliklərin xitamı ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələblərin qüvvəsini itirməsinə səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının (kreditorun) cavabdehdən (borcludan) kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin gecikdirilməsi, icra edilməməsi və lazımınca icra edilməməsi səbəbindən əldən çıxmış fayda kimi illik 5% hesabı ilə əsas borca hesablanmış pulun tutulması ilə bağlı irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb də təmin edilməməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli, 225/f-15 saylı kredit müqaviləsi üzrə 4059 ABŞ dolları əsas borca hesablanmış 5% həcmində 1578,45 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 46,83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-228/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-228/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver