Məhkəmə qərarları › İş №e-2(009)-2286/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2286/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2286/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Ləğv prosesində olan "xxxx" QSC-nin – Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin – Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 16 may 2013-cü il tarixli 1xx/xx/82864/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 320.65 (üç yüz iyirmi manat, altmış qəpik) manat məbləğində əsas borc, 222.02 (iki yüz iyirmi iki manat, iki qəpik) manat məbləğində faiz borcu, 347.42 (üç yüz qırx yeddi manat, qırx iki qəpik) manat məbləğində cərimə borcu, 92.44 (doxsan iki manat, qırx dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 982.53 (doqquz yüz səksən iki manat, əlli üç qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında 16 may 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/82864/13 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 1250 (bir min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 320.65 (üç yüz iyirmi manat, altmış beş qəpik) manat məbləğində əsas borc, 222.02 (iki yüz iyirmi iki manat, iki qəpik) manat məbləğində faiz borcu, 347.42 (üç yüz qırx yeddi manat, qırx iki qəpik) manat məbləğində cərimə borcu, 92.44 (doxsan iki manat, qırx dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 982.53 (doqquz yüz səksən iki manat, əlli üç qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13437/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması ücün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh oğlu arasında bağlanmış 16 may 2013-cü il tarixli, KM FŞ 1xx/xx/82864/13 nömrəli kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB Cavabdeh oğluna 36 ay müddətinə 1250 (min iki yüz əlli) manat məbləğində kredit vermişdir. İş materiallarında olan QSC "xxxx" KB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 16 may 2013-cü il tarixli 1xx/xx/82864/13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Ləğv prosesində olan QSC "xxxx" KB-yə 320.65 (üç yüz iyirmi manat altmış beş qəpik) manat məbləğində əsas borc, 222.02 (iki yüz iyirmi iki manat iki qəpik) manat məbləğində faiz borcu, 347.42 (üç yüz qırx yeddi manat qırx iki qəpik) manat məbləğində cərimə borcu, 92.84 (doxsan iki manat səksən dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 982.93 (doqquz yüz səksən iki manat doxsan üç qəpik) manat borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 may 2013-cü il tarixli 1xx/xx/82864/13 nömrəli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh 36 ay müddətinə 1250 (min iki yüz əlli) manat məbləğində kredit vermiş, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixə Ləğv prosesində olan QSC "xxxx" KB-yə əsas, faiz və cərimə borcu qalmışdır. 320.65 (üç yüz iyirmi manat altmış beş qəpik) manat məbləğində əsas borc, 222.02 (iki yüz iyirmi iki manat iki qəpik) manat məbləğində faiz borcu, 347.42 (üç yüz qırx yeddi manat qırx iki qəpik) manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra hesablanmış 92.84 (doxsan iki manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 982.93 (doqquz yüz səksən iki manat doxsan üç qəpik) manat borc yarandığını iddia və tələb edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hazırki tələblə 2019-cu ildə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı QSC "xxxx" KB-nin (ləğv prosesindədir) – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Lakin, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması ücün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki “1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 320.65 (üç yüz iyirmi manat altmış beş qəpik) manat əsas və faiz borclarının ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin 347.42 (üç yüz qırx yeddi manat, 42 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 320.65 (üç yüz iyirmi manat altmış beş qəpik) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “347.42 (üç yüz qırx yeddi manat, 42 qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin xeyrinə 320.65 (üç yüz iyirmi manat, altmış beş qəpik) manat məbləğində əsas borc, 222.02 (iki yüz iyirmi iki manat, iki qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu və kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 92.44 (doxsan iki manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 685.11 (altı yüz səksən beş manat on bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulmalı, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" QSC-nin xeyrinə 320.65 (üç yüz iyirmi manat, altmış beş qəpik) manat məbləğində əsas borc, 222.02 (iki yüz iyirmi iki manat, iki qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu və kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 92.44 (doxsan iki manat, qırx dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 685.11 (altı yüz səksən beş manat on bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar