Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-229/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi E.M.Əkbərovun, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTKR7182207B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 22,2% dərəcəsi ilə 20.000 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 20.000 manat, 2.056,12 manat faiz, cəmi 22.056,12 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə sifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20.000 manat əsas, 2.056,12 manat faiz, cəmi 22.056,12 manat pul vəsaitinin və 156,17 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehlə 20.000 manat məbləğində kredit verilməsi barədə müqavilə onlayn qaydada bağlanılmışdır. Belə ki, cavabdeh banka özünə məxsus mobil nömrə vasitəsi ilə müraciət edərək 20.000 manat məbləğində pul vəsaitinin verilməsini görüntü ilə xahiş etmiş, görüntüdə olan şəxsin həmin şəxs olması Azərbaycan Respublikası DİN-nin portalından olan çıxarışdakı şəkillə eyniləşdirilmiş, eyni şəxs olması müəyyən edildikdən sonra sifarişçinin qeyd etdiyi əmək haqqı kartına pul köçürülməsi həyata keçirilmişdir. Təqdim olunan çıxarışdan belə məlum olur ki, həmin tarixdə də köçürülən pul cavabdehin bank kartından digər kart hesabına köçürülmüşdür. Ehtimal etmək olar ki, əgər həqiqətən cavabdehin qeyd etdiyi kimi o, kreditin götürülməsi ilə bağlı banka müraciət etməyib, onda onun videogörüntüsü və bank kartı barədə məlumatları kənar şəxs tərəfindən əldə olunubdur. Belə olan halda bank heç bir məsuliyyət daşıya bilməz. Hüquq-mühafizə orqanları araşdırma nəticəsində belə bir halı müəyyən edib təqsirkar şəxsi aşkar edərsə, cavabdehin həmin şəxsə qarşı reqress qaydada tələb hüququ yarana bilər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10.30-da “20 Yanvar” metrosunun yaxunluğunda yerləşən “Bravo” supermarketin içərisində boş kart əldə etmişdir və orada həmin kartın açılışı ona izah edilmişdir. Həmin günü saat 11.24-də ona zəng gəlmişdir ki, kredit istəyirmi, o, isə bildirmişdir ki, kreditə ehtiyac yoxdur. Sonra həmin günü bir neçə dəfədə kredit götürmə ilə əlaqədar ona zənglər daxil olmuşdur. Lakin hər dəfə o, kreditdən imtina etmişdir. Axşam isə ona məlum olmuşdur ki, kart işləmir və banka müraciət etdikdə bildirmişlər ki, karta pul köçürülmüş və boşaldılmışdır. Səhərisi günü 36-cı Polis Bölməsinə müraciət etmiş, hal-hazırda araşdırma gedir. O, banka müraciət etməmişdir və pulu götürməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə tərəflərin izahatlarını dinləyib, CD diskə baxış keçirilib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTKR7182207B299 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik faiz dərəcəsi 22,2% ödənilməsi şərti ilə 20.000 manat məbləğində kredit cavabdehin onlayn müraciəti əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 22,2 faiz hesablanmaqla, 20.000 manat məbləğində Gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 20.000 manat, faiz borc məbləği 2056,12 manat olmaqla, 22056,12 manat məbləğində ümumi borcu, gecikmə günü 142 gün olmaqla 3209,79 manat məbləğində gecikmə yaranmışdır. Cavabdeh qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan qanunlarının tələblərinə uyğun olaraq Cavabdeh barəsində müvafiq tədbirlər görüləcəkdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTKR7182207B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 22,2% dərəcəsi ilə 20000 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 20.000 manat əsas, 2.056,12 manat faiz, cəmi 22.056,12 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müvafiq müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimildən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik faiz dərəcəsi 22,2% ödənilməsi şərti ilə 20.000 manat məbləğində kredit vəsaiti cavabdehin kartına mədaxil edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və onun banka xx.xx.2024-cü il tarixə 20.000 manat əsas, 2.056,12 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə cavabdehin bankdan kredit götürülməsi ilə bağlı onun tərəfindən müraciət olunmaması, bankdan hər hansı pul vəsaitinin götürməməsi və iddianın əsassız olması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı onlayn qaydada müraciət edən şəxsin bankda qalan görüntüsünün məhz cavabdehə məxsus olması, sifarişin cavabdehə məxsus mobil telefon nömrəsindən edilməsi və ona məxsus kart hesabına köçürülməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını, məhkəmə tədqiqatında araşdırılan sübutarı əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitini ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən 20.000 manat əsas, 2.056,12 manat faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 156,17 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTKR7182207B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 20.000 manat əsas borc, 2.056,12 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156,17 manat, cəmi 22.212,29 (iyirmi iki min iki yüz on iki manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-229/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-229/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver