Məhkəmə qərarları › İş №e-2(009)-2291/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2291/2025

08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2291/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC ilə X1 arasında xx.xx.2024-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Camry” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2025-ci il tarixində “Toyota Camry” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən F.X.Xoyski prospektində yolnəqliyyat hadisəsi törətmiş, “Honda İnsight” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 849,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-dən "xxxx" ASC-yə İnzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən CavabdehAR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bakı şəhər BPİ DYP-İnin "xxxx" ASC-yə təqdim etdiyi İnzibati xəta haqqında Qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.Göstərilənləri nəzərə alaraq Cavabdeh 849,60 manat sığorta ödənişi məbləğinin və 30,00 manat dövlət rüsumunun, cəmi 879,60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə PAA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən Cavabdeh məxsus “Toyota Camry” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. İş üzrə Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətinə əsasən sığortalanmış “Toyota Camry” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə «Honda İnsıght (hibrit)» markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Honda İnsıght (hibrit)» markalı ** CD *** dövlət nömrə nişanlı avtomaşına 849,60 manat ziyan dəymişdir. İş üzrə sığorta ödənişinin alınması üçün sığorta aktından və sığorta ödənişindən görünür ki, "xxxx" ASC tərəfindən 849,60 manat "xxxx" MMC-yə ödəmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, "Toyota Camry" markah, ** EX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-ci il tarixində PAA********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Siz xx.xx.2025-ci il tarixində "Toyota Camry" markah, ** EX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən F.X.Xoyski prospektində yol-nəqliyyat hadisəsi törətmiş, "Honda insight" markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuvurmusunuz. Qeyd olunan sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən 849,60 manat məbləğində srığorta haqqı həyata keçirilmişdir.. Hadisə ilə babağlıh Bakı şəhər BPi DYPi-nin arayışına əsasən siz yol-neqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişiniz. Nəzərinizə çatdırırıq ki, yol nəqliyyat hadisəsi ile bağlı tərtib olunmuş arayışda sizin yolnəqliyyat hadisəsi yerindən yayındığınız qeyd olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, Ata sığorta" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 849,60 manat sığorta ödənişi məbləğində pul vəsaiti sizdən tələb etmək hüququna malikdir. Bu səbəbdən də göstərilən məbləği 5 gün müddətində Ata sığorta" ASC-ye ödəməyiniz xahiş olunur. Ödəmədiyiniz təqdirdə müvafiq məhkəməyə sizdən 849,60 manat sığorta ödənişi məbləğinin və digər məsrəflərin də ödənilməsi öhdəliyi sizin üzərinizə düşəcəyi qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış "Toyota Camry" markalı, ** EX *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində «Honda İnsıght (hibrit)» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən «Honda İnsıght (hibrit)» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 849,60 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk edərək getmiş və onun yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli olması və hadisə yerindən yayınma səbəbi ilə AR İXMnın 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində «Honda İnsıght (hibrit)» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 849,60 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yolnəqliyyat hadisəsi törətmiş təqsirkar sürücü hadisə zamanı hadisə yerindən yayındığından, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 849,60 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığından iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı, verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 180 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 849,60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 879,60 (səkkiz yüz yetmiş doqquz manat, altımış qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar