Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2312/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 508972-CNS-65992 nömrəli “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixinə banka borclu olduğu 10279.54 (on min iki yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 604.40 (altı yüz dörd manat qırx qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10883.94 (on min səkkiz yüz səksən üç manat doxsan dörd qəpik) manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 122.65 (yüz iyirmi iki manat altmış beş qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Bank ilə Cavabdeh (bundan sonra mətndə A.H. Qəniyev) arasında bağlanmış 10 aprel 2025-ci il tarixli 508972-CNS-65992 saylı “Kredit borcunun restrukdurizasiyasına dair müqaviləsi»nə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli 508972-CNS- 59431 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2025-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 10279.54 (on min iki yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat məbləğində borcu illik 15% (faiz) hesablanması şərti ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 10279.54 (on min iki yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 604.40 (altı yüz dörd manat qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 10883.94 (on min səkkiz yüz səksən üç manat doxsan dörd qəpik) manat məbləğində borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək «kredit alan»ın vəzifəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, borcun əmək haqqına yönəldilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 508972-CNS-65992 nömrəli “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”ndən görünür ki, 10279.54 (on min iki yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat məbləğində borcu illik 15% (faiz) hesablanması şərti ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli «Nağd pul kredit müqaviləsi»i üzrə 10279.54 AZN əsas, 604.40 AZN faiz, cəmi 10883.94 AZN borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2025-ci il tarixli 508972-CNS-65992 saylı “Kredit borcunun restrukdurizasiyasına dair müqaviləsindən görünür ki, 10279.54 (on min iki yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat məbləğində borcu illik 15% (faiz) hesablanması şərti ilə 48 ay müddətinə ödəmə barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixli «Nağd pul kredit müqaviləsi»i üzrə 10279.54 AZN əsas, 604.40 AZN faiz, cəmi 10883.94 AZN borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda bankın məhkəmə qaydasında Cavabdeh əsas və faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 10279,54 (bir yüz iki min yetmiş doqquz manat əlli dörd qəpik) AZN əsas, 604,40 (altı yüz dörd manat qırx qəpik) AZN faiz, cəmi 10883,94 (on min səkkiz yüz səksən üç manat doxsan dörd qəpik) AZN borc və 122,65 (bir yüz iyirmi iki manat altmış beş qəpik) AZN ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 10279,54 (bir yüz iki min yetmiş doqquz manat əlli dörd qəpik) AZN əsas, 604,40 (altı yüz dörd manat qırx qəpik) AZN faiz, cəmi 10883,94 (on min səkkiz yüz səksən üç manat doxsan dörd qəpik) AZN borc və 122,65 (bir yüz iyirmi iki manat altmış beş qəpik) AZN ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2312/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2312/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver