Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2321/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 55121,74 (əlli beş min yüz iyirmi bir manat 74 qəpik) manat ziyan məbləğinin, 255,37 (iki yüz əlli beş manat 37 qəpik) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 55377,51 (əlli beş min üç yüz yetmiş yeddi manat 51 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçındə sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla Cəmiyyət arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi, və o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2025-ci il tarixədək öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilənədək İddiaçı MMC-də çalışmışdır. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş, və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş, nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixində 10 nömrəli marşurut xətti üzrə idarə etdiyi **-JA-*** DQN-lı avtobusla xidmətdə olan zaman Nazim Hİkmət küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək avtobusu yol kənarındakı ağaca vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin baş verdiyi yerə sığorta şirkətinin nümayəndəsi və Yasamal RPİ-nin təhqiqatçısı cəlb edilmiş, baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırması aparılmış, Cavabdeh barəsində Sabunçu RPİ-nin təhqiat şöbəsi tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi” qərarı verilmiş və sonuncunun inzibati məsuliyyətə cəlb olunması üçün Yasamal rayon DYPŞnə göndərilmişdir. Nəticədə Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2025-ci il tarixli İXP №7187312 saylı İnzibati xəta haqqında protokolla məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 60 (altmış) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 2644 nömrəli Zərər Aktına əsasən hadisənin baş verdiyi vaxt cavabdehin idarə etdiyi “BMC PROCİTYAVTOBUS” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa 50035,99 (əlli min otuz beş manat 99 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Digər hadisə üzrə cavabdeh xx.xx.2025-ci il tarixində 211 nömrəli marşurut xətti üzrə idarə etdiyi **-JC- *** DQN-lı avtobusla xidmətdə olan zaman Zaur Nudirəliyev küçəsi ilə hərəkətdə olan zaman sükan arxasında yuxulayaraq eyni xətt üzrə xidmət göstərən və eyni istiqamətdə hərəkətdə olan **-JZ-*** DQN-lı avtobusa arxadan çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin baş verdiyi barədə heç bir yerə məlumat verməmiş, sığorta şirkətinin nümayəndəsinin və DYP əməkdaşının hadisə yerinə gəlmələri üçün tədbir görməmiş və hadisənən bilavasitə səbəbkarı və günahkarı olduğunu öz izahatında tam etiraf etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtobus yararsız hala düşmüş və təmir olunması üçün 5 (beş) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 2620 nömrəli və xx.xx.2025-ci il tarixli 2616 nömrəli Zərər Aktlarına əsasən hadisənin baş verdiyi vaxt cavabdehin özünün idarə etdiyi “BMC-Procity” markalı **-JC-*** DQN-lı və qarşıda vurduğu “BMC-Procity” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobuslara cəm olaraq 5085,75 (beş min səksən beş manat 75 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Ümumilikdə hər iki hadisə üzrə Cavabdeh tərəfindən İddiaçınə 55121,74 (əlli beş min yüz iyirmi bir manat 74 qəpik) manat maddi ziyan vurulmuşdur. İddiaçı MMC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27736,75 manat ziyan məbləğinin, 173,21 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 27910,36 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi və artıq ödənilmiş dövlət rüsumunun Cəmiyyətin bank hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27736,75 manat və 5085.75 manat ziyan məbləğinin, 188,47 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 33.011,37 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi və artıq ödənilmiş dövlət rüsumunun Cəmiyyətin bank hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirMəhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, borcunun olması ilə razıdır, lakin ekspert rəyi ilə razı deyil, amma borcu yalnız hissə-hissə ödəyə bilər, ayda 30-40 manat, maddi imkanı yoxdur, 700 manat əmək haqqı alır. İddiaçı tərəfə təklif etmişdi ki, onlarla əmək münasibəti davam etsin, o zaman işləyərək maaşından tutula bilərdi borc, qəbul etmədilər. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, 15 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış materil üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakubus MMC-yə məxsus BMC Procity markalı 77JA658 dnn avtobusn sürücüsü Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Yasamal RPİ-nin DYPŞ-yə göndərilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2ci hissəsinin “a” bəndinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, BMC Procity Avtobus markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 27736.75 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, BMC Procity Avtobus markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 4943.26 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, BMC Procity Avtobus markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 142.49 manat müəyyən edilmişdir. Əsdaslandırıcı hissə: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçındə sürücü vəzifəsində işləyərəkən xx.xx.2025-ci il tarixində 10 nömrəli marşurut xətti üzrə idarə etdiyi **-JA-*** DQN-lı avtobusla xidmətdə olan zaman Nazim Hİkmət küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək avtobusu yol kənarındakı ağaca vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisənin baş verdiyi yerə sığorta şirkətinin nümayəndəsi və Yasamal RPİ-nin təhqiqatçısı cəlb edilmiş, baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırması aparılmış, Cavabdeh barəsində Sabunçu RPİ-nin təhqiat şöbəsi tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi” qərarı verilmiş və sonuncunun inzibati məsuliyyətə cəlb olunması üçün Yasamal rayon DYPŞnə göndərilmişdir. Nəticədə Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2025-ci il tarixli İXP №7187312 saylı İnzibati xəta haqqında protokolla məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 60 (altmış) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Digər hadisə üzrə cavabdeh xx.xx.2025-ci il tarixində 211 nömrəli marşurut xətti üzrə idarə etdiyi **-JC-*** DQN-lı avtobusla xidmətdə olan zaman Zaur Nudirəliyev küçəsi ilə hərəkətdə olan zaman sükan arxasında yuxulayaraq eyni xətt üzrə xidmət göstərən və eyni istiqamətdə hərəkətdə olan **-JZ-*** DQN-lı avtobusa arxadan çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin baş verdiyi barədə heç bir yerə məlumat verməmiş, sığorta şirkətinin nümayəndəsinin və DYP əməkdaşının hadisə yerinə gəlmələri üçün tədbir görməmiş və hadisənən bilavasitə səbəbkarı və günahkarı olduğunu öz izahatında tam etiraf etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtobus yararsız hala düşmüş və təmir olunması üçün 5 (beş) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, BMC Procity Avtobus markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 27736.75 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, BMC Procity Avtobus markalı **- JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 4943.26 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, BMC Procity Avtobus markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 142.49 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh xx.xx.2025 və xx.xx.2025-cu il tarixlərdə 10 və 211 nömrəli marşrut xəttində xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmiş və nəticədə İddiaçı MMC-yə məxsus BMC Procity Avtobus markalı, **-JA-***, **-JC-*** və **- JZ-*** dövlət qeydiyyat nişanlı avtobuslara maddi zərər vurulmuşdur. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş "xxxx" MMC-nin 30 yanvar 2026-cı il tarixli 78-078/26 nömrəli ekspert rəyindən görünür ki, BMC Procity Avtobus markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 21190,0 manat müəyyən edilir (ehtiyat hissələrinin qiyməti – 12740 manat, əmək haqqı qiyməti – 8450 manat), BMC Procity Avtobus markalı, **-JC- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 4320,0 manat müəyyən edilir (ehtiyat hissələrinin qiyməti – 3480 manat, əmək haqqı qiyməti – 840 manat), BMC Procity Avtobus markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 115,0 manat müəyyən edilir (ehtiyat hissələrinin qiyməti – 0 manat, əmək haqqı qiyməti – 115 manat). Məhkəmə qeyd edilən mütəxəssis rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, mütəxəssis rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı MMC-nin əmlakına (avtobusa) vurulmuş zərərin əvəzi olaraq cəmi 25.625 (iyirmi beş min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və 166,88 (bir yüz altmış altı manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manatın 400 (iki yüz) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Artıq ödənilmiş 82.16 (səksən iki manat on altı qəpik) dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25.625 (iyirmi beş min altı yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və 166,88 (bir yüz altmış altı manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə (hesabına) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manatın 400 (iki yüz) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, bank: "xxxx" ASC Nərimanov filialı, bank VÖEN: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************; Kod: 805711, S.W.İ.F.T: İBAZAZ2X) köçürülsün. Artıq ödənilmiş 82.16 (səksən iki manat on altı qəpik) dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2321/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2321/2025
19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver