Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2366/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızına qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızıarasında bağlanmış 27 noyabr 2018-ci il tarixli NK-22-283869/010867 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1250 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən Nuriyeva (Həsənova) Sima Yusif qızı müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 07 mart 2023-cü il tarixli **********743 nömrəli və xx.xx.2023-cü il tarixli **********743 nömrəli bildirişlərlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə isə banka 51 manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Bu səbəbdən də cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızının27 noyabr 2018-ci il tarixli NK-22-283869/010867nömrəli kredit müqaviləsi üzrə 28 fevral 2023-cü il tarixə banka ödənilməmiş cəmi 1294 manat borcu vardır. Bundan 840.13 manat əsas, 399.50 manat faiz borcu, 0.25 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə hesablanmış 54.12 manat faiz borcu təşkil edir.Göstərilənləri nəzərə alaraq 27 noyabr 2018-ci il tarixli NK-22-283869/010867 nömrəli kredit müqaviləsi üzrə cəmi 1294 manat məbləğində borcun-bundan 840.13 manat əsas, 399.50 manat faiz borcunun, 0.25 manat cərimənin və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 54.12 manat faiz borcunun və iş üzrə ödənilmiş 32,94 manat dövlət rüsumun cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızından tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə olan İddiaçı ASC ilə cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank Nuriyeva (Həsənova) Sima Yusif qızına illik 25% dərəcəsi ilə 36 ay müddətinə 1250 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızının xx.xx.2023-cü il tarixə banka 840 manat əsas, müqavilə bitən xx.xx.2021-ci il tarixə 399 manat faiz, 0,25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5% hesabı ilə hesablanmış 54,12 manat faiz borcu (əldən çıxmış fayda) olmaqla və cəmi 1294 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ASC ilə cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızı arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Nuriyeva (Həsənova) Sima Yusif qızına 36 ay müddətinə, illik 25 faiz dərəcəsi olmaqla 1250 manat məbləğində kredit verilmişdir. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, cavabdeh Nuriyeva (Həsənova) Sima Yusif qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun 840.13 manat əsas, 399.50 manat faiz borcu, 0.25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,12 manat faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış onun 840,13 manat əsas, 399,50 manat faiz, 0.25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,12 manat faiz borcunun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən təmin edilmiş tələbə mütanasib olaraq 32,94 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Nuriyeva (Həsənova) Sima Yusif qızından LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 840,13 manat əsas, 399,50 faiz, 0,25 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,12 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,94 manat olmaqla, cəmi 1326.94 (bir min üç yüz iyirmi altı manat, doxsan dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2366/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2366/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver