Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2395/2024 10.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı сavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə əsas borc 306.59 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, ümumilikdə, 336.59 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus 37.6 kv.m ofis sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə 20 avqust 2024-cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 465.12 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 65.12 manat vergi qismində büdcəyə, 86%, yəni 400 manat isə iddiaçıya ödəməlidir. 4.3-cü bəndə əsasən, icarə haqqı 20 avqust 2024-cü il tarixindən hesablanır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.4-cü maddəsinə əsasən, icarəçi icarə haqqını, müqavilə imzalandığı tarixdən etibarən hər ayın ilk 3 (üç) günü ərzində icarəyə verənə ödəməlidir. Cavabdeh tərəfindən edilmiş xx.xx.2024-cü il tarixli müraciət əsasında, tərəflər arasındakı icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə qədər olan icarə haqqını ödəsə də, bu tarixdən müqavilənin xitam verildiyi xx.xx.2024-cü il tarixinə qədər olan hissə üçün hesablanan 306.59 manat icarə haqqını ödəməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müqavilənin 5.2-cü bəndinə əsasən müqaviləyə xitam verildiyi bildirilmiş və müqavilənin xitam tarixinə qədər yaranmış borc tələb edilmişdir. Lakin cavabdeh bu borcu ödəməmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə razı deyil və həmin iddia təmin edilməməlidir. Qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Lakin, onların arasında bağlanmış icarə müqaviləsi notariat qaydada təsdiq edilməmişdir. Buna görə bu müqavilənin heç bir hüquqi əsası yoxdur. O, həmin müqavilənin notariat qaydada təsdiq edilməli olduğunu bildirdikdə icarəyə verən bununla razılaşmadı və bildirdi ki, əgər notarial qaydada təsdiq edilərsə gərək hər ay ondan alacağı icarə haqqından 14% vergi ödəyə. Ona görə də iddiaçı tərəf ilə həmin müqavilə bağlandıqdan sonra iddiaçı həmin müqaviləni məhz vergidən yayınmaq üçün notariat qaydada təsdiqlətdirmədi. Müqavilə bağlandıqdan 20 gün sonra səhhətində yaranmış problemlə əlaqədar olaraq müqaviləyə xitam verilməsi üçün icarəyə verən tərəfə yazılı şəkildə rəsmi qaydada müraciət etmişdir. Göründüyü kimi növbəti icarə ayının başlamasına 10 gün qalmış o, rəsmi qaydada icarə müqaviləsinə xitam vermək məcburiyyətində olduğunu bildirmiş, lakin icarəyə verən icarə müqaviləsinə xitam verməli olduğu halda əsassız olaraq müraciətdən bir ay sonra üçün də ödəniş etməyini istəməkdə israrlıdır. Belə ki, o, icarədar kimi üzərinə düşən öhdəliyi tam yerinə yetirməklə müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqını qabaqcadan tam şəkildə ödəmiş və hal-hazırda oun iddiaçıya heç bir borcu yoxdur. Hətta ona təqdim edilmiş ofisin açarının bir nüxəsini iddiaçıya qaytarmış, lakin iddiaçı heç bir əsaslı səbəb göstərmədən ofisin açarının digər nüxsəsini məqsədli şəkildə ondan qəbul etməmişdir. İddiaçıya dəfələrlə ofisin açarının digər nüxsəsini təhvil götürməyini tələb etsəm də, lakin iddiaçı bundan səbəbsiz yerə imtina etmişdir. O, qeyd edilən ofisi götürdüyü gündən etibarən heç bir zaman istifadə etməmiş, hətta bu barədə iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada 1 (ay) öncədən müqaviləyə xitam verilməsi barədə məlumat versə də lakin, iddiaçı qəsdən müqaviləyə xitam verməmiş və birtərəfli qaydada müqavilə müddətini uzatmışdır. İddiaçının tələbi müqavilə azadlığı prinsipinə və mülki qanunvericiliyə ziddir. Müqaviləyə xitam verilməsi barədə tərəfin məlumatlandırma qaydasında bildirişindən sonra icarəyə verənin məcburi icarə haqqının ödənilməsi barədə tələbi qanunvericilik prinsiplərinə uyğun deyildir. Müqaviləyə xitam verilməsi tərəflər arasında olan hüquq münasibətlərinin xitam olunması üçün əsasdır. Tərəflər arasında bağlanmış icarə müaviləsinə xitam verilməsinə dair tərəfindən icarəçi kimi icarəyə verənə, yəni onlara qabaqcadan məlumat verilmiş, lakin onlar tərəfdən buna dair heç bir etiraz bildirilməmişdir. Bir sözlə tələbləri tam əsassızdır. Göründüyü kimi icarəçi kimi onun icarə müqaviləsinə dair müqavilənin xitam verilməsi barədə müraciəti tərəf kimi onun qanunla qorunan hüququdur. Yuxarıda qeyd edilən səbəblərdən iddianın əsassız olmasını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus 37.6 kv.m ofis sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə 20 avqust 2024-cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 465.12 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 65.12 manat vergi qismində büdcəyə, 86%, yəni 400 manat isə iddiaçıya ödəməlidir. 4.3-cü bəndə əsasən, icarə haqqı 20 avqust 2024-cü il tarixindən hesablanır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.4-cü maddəsinə əsasən, icarəçi icarə haqqını, müqavilə imzalandığı tarixdən etibarən hər ayın ilk 3 (üç) günü ərzində icarəyə verənə ödəməlidir. Cavabdeh tərəfindən edilmiş xx.xx.2024-cü il tarixli müraciət əsasında, tərəflər arasındakı icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə qədər olan icarə haqqını ödəsə də, bu tarixdən müqavilənin xitam verildiyi xx.xx.2024-cü il tarixinə qədər olan hissə üçün hesablanan 306.59 manat icarə haqqını ödəməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müqavilənin 5.2-cü bəndinə əsasən müqaviləyə xitam verildiyi bildirilmiş və müqavilənin xitam tarixinə qədər yaranmış borc tələb edilmişdir. Lakin cavabdeh bu borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 5.2-cü bəndindən görünür ki, tərəflərdən birinin istəyi ilə və bu barədə digər tərəfi 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə (əks halda gələcək ayın 30 (otuz) günün icarə haqqı tam ödəniləcək) müqaviləyə qüvvədə olma müddətində xitam verilə bilər. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıqla iddiaçını müqaviləyə xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi barədə xəbərdar etmişdir. Lakin, icarə haqqını xx.xx.2024-cü il tarixədək ödəmiş, xx.xx.2024-cü il tarixədək, yəni müqavilənin xitam verildiyi vaxtadək icarə haqqını ödəməmişdir. Məhkəmə, etirazın “iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada 1 (ay) öncədən müqaviləyə xitam verilməsi barədə məlumat versə də lakin, iddiaçı qəsdən müqaviləyə xitam verməmiş və birtərəfli qaydada müqavilə müddətini uzatmışdır” dəlilini əsassız hesab edir və münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırda xx.xx.2024-cü il tarixədək ödənilməyən icarə haqqını tələb edir ki, müqaviləyə də xəbərdarlığın 12 sentyabr 2024-cü ildə edilməsini nəzərə alsaq məhz xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Belə olan halda iddiaçının hazırki tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 306.59 (üç yüz altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 306.59 (üç yüz altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2395/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2395/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver