Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2400/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 noyabr 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 486 manat məbləğində dəymiş ziyanın, debitor borc üzrə 456,20 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00019 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin və Qaydaların tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qaz xəttinə qərəzli şəkildə müdaxilə etməsi faktı halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoşəkillər çəkilmişdir. Cavabdehin ödənilməmiş 2020-ci ilin dekabr ayı üzrə 22,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 465,85 manat sərfiyyat borcu və limitdən əlavə 4,95 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 350,08 manat sərfiyyat borcu və limitdən əlavə 7,12 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinin bərpası 10,20 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra isə abonentin 259,60 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 486 manat məbləğində dəymiş ziyanın, debitor borc üzrə 366,20 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh məhkəmə hazırlıq iclasından sonra borcundan ödəniş etmişdir. Bu səbəbdən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən isə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, 16 noyabr 2018-ci il tarixdə Cavabdeh ilə İddiaçı İB arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. İddiaçı İB tərəfindən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən evə sayğaca qərəzli müdaxilənin aşkarlanması barəsində xx.xx.2018-ci il il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş akt nəticəsində iddiaçıya qaz sayğacına qərəzli müdaxiləyə görə borc yazılmışdır. İşin bu halları iş materiallarında olan ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə, xx.xx.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında müqavilə və abonentin saldosu ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti, qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübut olunduğundan, habelə, iddiaçı tərəfindən cavabdehin borcu əsaslı səbəbə görə hesabladığından, iddiaçı itirilmiş qazın bərpası üzrə hesablanmış qazın dəyərinin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «Qaz Təchizatı haqqında» 30 iyun 1998-ci il tarixli qanunun 22-ci maddəsinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Məhkəmə eyni zamanda abonentin saldosuna istinadən hesab edir ki, 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar-dekabr, 2022-ci ilin yanvar-sentyabr aylarına olan dövr üzrə istifadə edilən təbii qaza görə hesablanmış ümumilikdə 456,20 AZN məbləğində qalıq debitor borcu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 366,20 manat borc vəsaiti, 486 manat zərərin əvəzi və iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 882,20 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı hesabına köçürülsün Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2400/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2400/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver