Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2445/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3833,47 manat əsas, 376,96 manat faiz, 146,50 manat cərimə olmaqla, cəmi 4356,93 (dörd min üç yüz əlli altı manat 93 qəpik) manat məbləğində borcun və ödənilmiş 64,57 (altmış dörd manat 57 qəpik) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC Cavabdeh1 arasında bağlanmış SR/00596-24 nömrəli, 24 sentyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə azalan balansla illik 30% faiz ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində istehlak kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış S/R00596-24 nömrəli, 24 sentyabr 2024cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə ona faizi ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşdür.Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə aylıq ödənişlərin vaxtında ödənilməməsi səbəbindən yaranmış gecikmiş borc məbləğini ödəmələri və bundan sonrakı ödənişləri ödəniş cədvəlinə uyğun olaraq ödəmələri təklif olunmuş, lakin onlar müxtəlif bəhanələrlə təklifə əməl etməmişlər. Bundan sonra onlara borcun ödənilməsi barədə rəsi qaydada xəbərdarlıq edilmişdir.Lakin onlar yenə də müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər.Odur ki, BOKT"xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həl edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində cavabdehlərin BOKT "xxxx" MMC-nə 04 sentyabr 2025ci il tarixə 3833 (üç min səkkiz yüz otuz üç ) manat 47 qəpik əsas, 376 (üç yüz yetmiş altı ) manat 96 qəpik faiz və 146 (yüz qırx altı) manat 50 qəpik faiz olmaqla, cəmi 4356 (dörd min üç yüz əlli altı) manat 93 qəpik borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, BOKT "xxxx" MMC Cavabdeh1 arasında bağlanmış SR/00596-24 nömrəli, 24 sentyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə azalan balansla illik 30% faiz ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində istehlak kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış S/R00596-24 nömrəli, 24 sentyabr 2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə ona faizi ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşdür.Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə aylıq ödənişlərin vaxtında ödənilməməsi səbəbindən yaranmış gecikmiş borc məbləğini ödəmələri və bundan sonrakı ödənişləri ödəniş cədvəlinə uyğun olaraq ödəmələri təklif olunmuş, lakin onlar müxtəlif bəhanələrlə təklifə əməl etməmişlər. Bundan sonra onlara borcun ödənilməsi barədə rəsi qaydada xəbərdarlıq edilmişdir.Lakin onlar yenə də müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər.Odur ki, BOKT"xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həl edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində cavabdehlərin BOKT "xxxx" MMC-nə 04 sentyabr 2025-ci il tarixə 3833 (üç min səkkiz yüz otuz üç ) manat 47 qəpik əsas, 376 (üç yüz yetmiş altı ) manat 96 qəpik faiz və 96 qəpik faiz və 146 (yüz qırx altı) manat 50 qəpik faiz olmaqla, cəmi 4356 (dörd min üç yüz əlli altı) manat 93 qəpik borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaları və müqavilə şərtlərini nəzərə alaraq məhkəmə qeyd edir ki, BOKT "xxxx" MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh1 SR/00596-24 nömrəli, 24 sentyabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış S/R00596-24 nömrəli, 24 sentyabr 2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür, lakin müqavilənin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Bu səbəbdən də BOKT "xxxx" MMC qarşısında məsuliyyətcavabdehlik daşıyırlar. Belə olan halda iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlərdən müştərək qaydada 3833,47 manat əsas, 376,96 manat faiz, 146,50 manat cərimə olmaqla, cəmi 4356 (dörd min üç yüz əlli altı) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 3833.47 (üç min səkkiz yüz otuz üç manat qırx yeddi qəpik) əsas, 376.96 (üç yüz yetmiş altı manat doxsan altı qəpik)manat faiz, 146.50 (yüz qırx altı manat əlli qəpik) manat cərimə olmaqla, cəmi 4356,93 (dörd min üç yüz əlli altı manat doxsan üç qəpik) manat məbləğində borc və ödənilmiş 64.57 (altmış dörd manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı BOKT "xxxx" MMC -yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284- 1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 3833.47 (üç min səkkiz yüz otuz üç manat qırx yeddi qəpik) əsas, 376.96 (üç yüz yetmiş altı manat doxsan altı qəpik)manat faiz, 146.50 (yüz qırx altı manat əlli qəpik) manat cərimə olmaqla, cəmi 4356,93 (dörd min üç yüz əlli altı manat doxsan üç qəpik) manat məbləğində borc və ödənilmiş 64.57 (altmış dörd manat əlli yeddi qəpik) manat məbləğində tutularaq iddiaçı BOKT "xxxx" MMC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2445/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2445/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver