Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2447/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsinə tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsinə tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə icraata qəbulundan imtina edilməlidir. Belə ki, AR MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçılar Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərar ilə Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “inzibati tənbehvermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərarı ərizəyə əlavə etdiyini bildirsələr də, həmin qərar ərizəyə əlavə edilməmişdir. Eyni zamanda ərizəyə “sığorta aktı”, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu”, “tibbi müayinə protokolunun surəti”, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti”, “sığorta təşkilatına etdiyi müraciət - pretenziya”, “qüsur aktı”, “icbari sığorta şəhadətnaməsinin surəti” əlavə edilməmişdir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər elektron qaydada məhkəməyə təqdim edilmədiyindən və mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmasını təsdiq edən sübutlar ərizəyə əlavə edilmədiyindən, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Hakim həmçinin qeyd edir ki, həmin qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsinə tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2447/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2447/2025
14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver