Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2456/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 16 dekabr 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 15000 manat pul vəsaiti və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 03:15 radələrində Bakı şəhəri, Bakı-Qazax yolunun 65-ci kilometrliyindəCavabdeh idarə etdiyi və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Chevrolet Camaro” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil“Mercedes Benz” markalı, **- CR-*** dövlət qeydiyyat nişanlıavtomobillə toqquşmuş, nəticədə sonuncuya maddizərər dəymiş, həmçinin X7 və X6 vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Hökmünə əsasən,Cavabdeh nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan və narkotik vasitələrin təsiri altında idarə etməsi təsdiqini tapmışdır. Sığortalı “Chevrolet Camaro” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X7 və X3 ölümü ilə bağlı hər bir zərərçəkmiş şəxsin ailə üzvünə 5000,00 (yeddi yüz) manat olmaqla "xxxx" ASC tərəfindən iş üzrə PXA133436 və PXA133437 saylı sığorta aktları tərtib edilməklə ümumilikdə10000,00 (on min) manat sığorta ödənişizərərçəkənlərin təqdim etdiyi bank hesablarına ödənilmişdir. Həmçinin “Mercedes Benz” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilimiş və "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 5000,00 (beş min) manat zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün PXA133435 sığorta aktı tərtib edilməklə ödənilmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənlərə ödənilmiş ümumilikdə15000,00 (on beş min) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi barədə cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin o məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1576/2022 saylı xx.xx.2022-ci il tarixli Hökmünün surətindən görünür ki, Cavabdeh AR CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd edilir ki, cinayət işinin materiallarında olan 02 may 2022-ci il tarixli protokoldan məlum olur ki, BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən 719 saylı DYP postunda komputerə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 03 radələrində “Chevrolet Camaro” markalı avtomobilin yüksək sürətlə hərəkət edərək yolun sağına istiqamətlənib yolun sağ kənarında ehtiyat hissədə dayanmış piyadaları vurduğu və nəqliyyat vasitəsi ilə toqquşduğu müəyyən edilmişdir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-60753-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1995ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İcbari sığorta müqaviləsinə dair məlumat vərəqəsinin surətindən görünür ki, “Chevrolet Camaro” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. PXA133437 nömrəli sığorta aktının surətindən görünür ki, nəqliyyat hadisəsi nəticəsində piyada X3 vəfatı ilə əlaqədar 5000 AZN sığorta ödənişi "xxxx" ASC tərəfindən X1 (zərərçəkmiş) hesabına ödənilmişdir. PXA133436 nömrəli sığorta aktının surətindən görünür ki, nəqliyyat hadisəsi nəticəsində piyada X4 vəfatı ilə əlaqədar 5000 AZN sığorta ödənişi "xxxx" ASC tərəfindən X2 (zərərçəkmiş) hesabına ödənilmişdir. PXA133435 nömrəli sığorta aktının surətindən görünür ki, “Mercedes Benz” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 5000 AZN sığorta ödənişi "xxxx" ASC tərəfindən X2 (zərərçəkmiş) hesabına ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Cavabdeh “Chevrolet Camaro” markalı avtomobili idarə edərkən yolun sağına istiqamətlənib yolun sağ kənarında ehtiyat hissədə dayanmış piyadaları vurmuş və “Mercedes Benz” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində 2 piyada vəfat etmiş və “Mercedes Benz” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bundan sonra sığorta şirkəti tərəfindən piyada X3 vəfatı ilə əlaqədar X1 hesabına 5000 manat, piyada X4 vəfatı və “Mercedes Benz” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ilə əlaqədar X2 hesabına 10000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh nəqliyyat vasitəsini idarə edərkən sürücülük vəsiqəsi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərçəkmiş şəxslərə ödənilmiş sığorta ödənişləri subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən hüququ olmayan şəxs ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olunduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin 15,000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilən 135 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2456/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2456/2024
16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver