Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2493/2025 27.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin – Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеhdən əsas borc üzrə 53922.50 (əlli üç min doqquz yüz iyirmi iki manat əlli qəpik) manat, faiz borcu üzrə 30790.66 (otuz min yeddi yüz doxsan manat altmış altı qəpik), dəbbə pulu 22620 (iyirmi iki min altı yüz iyirmi) manat olmaqla, cəmi 107333.16 (bir yüz yeddi min üç yüz otuz üç manat on altı qəpik) manat məbləğində kredit borcun tutularaq "xxxx" MMC–yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42-yə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 107333.16 (bir yüz yeddi min üç yüz otuz üç manat on altı qəpik) manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 398 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində imzalanmış 2022/3863 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 32% (otuz iki) faiz olmaqla 58000 (əlli səkkiz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 2022/3863 saylı Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-cü il tarixində 2022/3863-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42 "xxxx" MMCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Reyestr nömrəsi **********21-05301-093042, Qeydiyyat nömrəsi**********, Qeydiyyat tarixi xx.xx.2022-ci il). Lakin Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 2022/3863 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli 2022/3863 saylı Kredit müqaviləsi əsasən əsas borc üzrə 53922.50 (əlli üç min doqquz yüz iyirmi iki manat əlli qəpik) manat, faiz borcu üzrə 30790.66 (otuz min yeddi yüz doxsan manat altmış altı qəpik), dəbbə pulu 22620 (iyirmi iki min altı yüz iyirmi) manat olmaqla, cəmi 107333.16 (bir yüz yeddi min üç yüz otuz üç manat on altı qəpik) manat məbləğində borcu yaranmışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavаbdеhdən əsas borc üzrə 53922.50 (əlli üç min doqquz yüz iyirmi iki manat əlli qəpik) manat, faiz borcu üzrə 30790.66 (otuz min yeddi yüz doxsan manat altmış altı qəpik), dəbbə pulu 22620 (iyirmi iki min altı yüz iyirmi) manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7%) xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi olan müddət üzrə 2264,74 manat olmaqla, cəmi 109597,90 manat məbləğində kredit borcun tutularaq "xxxx" MMC–yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42-yə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 107333.16 (bir yüz yeddi min üç yüz otuz üç manat on altı qəpik) manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 398 manat və 2 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" MMC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 15 iyul 2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə borc alana 58.000 manat məbləğində ipoteka krediti verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42 ipoteka ilə yüklü edilmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 53922,50 manat əsas borc, 30790,66 manat faiz borcu, 22,620 manat cərimə borcu və 2264,74 manat gecikdirilmiş vaxt üçün faiz borcu vardır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını borc münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 22,620 manat məbləğində dəbbə pulunun tutulması hissəsi də qismən təmin edilməlidir. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, məhkəmə cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış dəbbə pulunu azaldaraq 2000 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın ödənilməsi hissəsində də təmin edilməli, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1595,52 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10, giriş 1, mənzil 42-ə yönəldilməli, həmin əmlak hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Mülki Məcəllənin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun: 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İş materiallarından görünür ki, ipoteka qoyanlara ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair ipoteka saxlayan tərəfindən bildirişlər göndərilmişdir. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. İşdə olan AECS MMC-nin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin bazar dəyəri 266,300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz 266,300 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» qanunun 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 53922,50 manat əsas borc, 30790,66 manat faiz borcu, 2000 manat məbləğində cərimə borcu və 1595,52 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 88308,68 manat məbləğində pul vəsaiti və bildirişin qeydiyyatı üçün ödənilmiş 51 manat məbləğində rüsumun əvəzi Cavabdeh tutulub iddiaçı "xxxx" MMC-nin hesabına köçürülsün. Tutma "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, giriş 1, 10 saylı evin 42 saylı mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 266,300 manat müəyyən edilsin, həmin əmlak ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" MMC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh verilsin. İddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 200 manat hissəsi Cavabdeh tutulub iddiaçının hesabına köçürülsün. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat vəsaitin 300 manat hissəsi "xxxx" MMC-dən, 300 manat hissəsi isə Cavabdeh tutulub AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AİİB400600F**********112, Bank "xxxx" ASC Mərkəz Filialı,KOD200026;VÖEN **********;Müxbirhesab AZ37NABZ******************** S.W.İ.F.T. AİİBAZ2XXXX) köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2493/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2493/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver