Məhkəmə qərarları › İş №e-2(009)-2512/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2512/2024

22.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2512/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Aygün Həşimovanın 4/656 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinin əsassız hesab olunması barədə məhkəmə nəzarəti qaydasında şikayət ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəmə nəzarəti qaydasında AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Aygün Həşimovanın 4/656 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinin əsassız hesab olunması barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı şikayətini nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəsinin qəbulundan imtina olunmalıdır. Şikayət ərizəsindən görünür ki, şikayətçi mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmayan tələb irəli sürmüşdür. Şikayətdən görünür ki, şikayətçi, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Aygün Həşimovanın 4/656 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinin əsassız hesab olunması tələbini irəli sürmüşdür. Halbuki həmin akt müstəqil tələb kimi qoyula bilməz, hər hansı bir iş üzrə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Şikayətçi isə həmin aktı yuxarıda qeyd edilən qaydada deyil, heç bir hüquqi nəticə yaratmayan müstəqil tələb kimi irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Aygün Həşimovanın 4/656 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinin əsassız hesab olunması barədə məhkəmə nəzarəti qaydasında şikayət ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar