Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2535/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona məxsus əmlaka dəymiş 1218 manat zərərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 idarə etdiyi " VAZ 2107 " minik markalı, **-HG-***dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsində idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə nəticəsində müəssisəmizə 1218 (bir min iki yüz on səkkiz) manat məbləğində maddi ziyan vurulmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Xətai RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2021 ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs " VAZ 2107 " minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı**-HG-*** dövlət qeydiyyat nişanlı " VAZ 2107 " minik markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Qeyd edirik ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, müəssisəmizə vurulmuş 1218 (bir min iki yüz on səkkiz) manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən vəCavabdeh2 tutularaq "xxxx" X4 ödənilməlidir. Tərəfimizdən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, dəymiş ziyan məbləğinin ödənilməsi üçün Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə20 iyul 2023-cü il tarixli xəbərdarlıq məktu ilə rəsmi qaydada müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə tərəfin izahatını nəzərdən keçirib, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan: Bakı şəhər BDYPİ-nin iddiaçıya ünvanladığı məktubda qeyd edilir ki, xx.xx.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar “VAZ-21074” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində Xətai RPİ DYPŞ tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. 03 sentyabr 2021-ci il tarixli aktda qeyd edilir ki, “VAZ-21074” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" EŞM-ə məxsus işıq dirəyinə zərər vurmuşdur. Smeta vərəqəsindən görünür ki, 1 ədəd H-9 met işıq dirəyinin qiyməti 867 manat, 1 ədəd 250 Vt işıqlandırıcı plafonun qiyməti isə 351 manat təşkil edir. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, iddiaçıya məxsus əmlaka zərər dəyməsi mübahisəsizdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. Məhkəmə iddia tələbinin zərərin "xxxx" ASC-dən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Cavabdeh2 idarə etdiyi “VAZ-21074” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta edilmişdir. İddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi üçün iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilməsinə baxmayaraq, əsassız olaraq sığorta şirkəti tərəfindən ödəniş edilməsindən imtina edilmişdir. Məhkəmə iddia tələbinin dəymiş zərərin X3 tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, cavabdeh E.Xudiyevin idarə etdiyi avtomobil sığorta şirkəti tərəfindən 5000 manat zərər həddində sığorta edildiyindən və iddiaçıya dəymiş zərər bu məbləğ çərçivəsində olduğundan həmin zərər üzrə E.Xudiyev iddiaçı qarşısında məsuliyyət daşımır. Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1218 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən tutularaq "xxxx" X4 ödənilsin. 16 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-dən dövlət büdcəsinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2535/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2535/2025
03.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver