Məhkəmə qərarları › İş №e-2(009)-2536/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2536/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2536/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh Rafayil oğluna qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh Rafayil oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli **********003 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 438 manat, faiz borcu üzrə 0 manat, xidmət haqqına (komissiyaya) görə isə 0 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir.Göstərilənləri nəzərə alaraq Cavabdeh Rafayil oğlundan iddiaçı “SF X2 Kredit Təşkilatı” MMC-nin xeyrinə 438 manat əsas, 0 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 438 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh Rafayil oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********003 saylı mikro kredit müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh Rafayil oğluna 800 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh Rafayil oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit və hesab müqaviləsindən görünür ki, BOKT tərəfindən X1 ilə 30 gün müddətinə 60,85 faiz dərəcəsi ilə 800 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Rafayil oğlunun xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, **********003 saylı mikro kredit müqaviləsi üzrə 438 manat əsas, 0 manat faiz, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 438 manat yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, **********003 saylı “mikro kredit müqaviləsindən” görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh Rafayil oğluna 438 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh Rafayil oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 438 manat əsas, 0 manat faiz, 0 manat cərimaə borcu olmaqla, cəmi 438 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 438 manat əsas, 0 manat faiz, 0 manat cərimaə borcu olmaqla, cəmi 438 məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Rafayil oğlundan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, **********003 saylı mikro kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 438 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 468 (dörd yüz altımış səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar