Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2580/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, iddiaçı "xxxx" ASC-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixinə MXD ilə bağladığı № EE001907690 saylı, xx.xx.2023-cü il tarixli kredit borcu ilə əlaqədar olaraq, əsas borc üzrə 3022.94 manat əsas borcun tutulması, xx.xx.2025-ci il tarixinə Xətai filialı ilə bağladığı № EE000202913 saylı, xx.xx.2022-ci il tarixli krediti ilə əlaqədar olaraq isə, əsas borc üzrə 99.95 manat əsas borcun tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 51.23 AZN dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASCnin Xətai filialı ilə X4 arasında bağlanmış № CL-EE000202913 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 36 ay müddətinə, illik 16.9 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində, MXD ilə bağladığı № CL-EE001907690 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 13.9 faiz hesablanmaqla 5500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsələri Cavabdeh3dır, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkiliən kredit müqavilələrinə əsasən cavabdehin, xx.xx.2025-ci il tarixinə MXD ilə bağladığı № EE001907690 saylı, 04.102023-cü il tarixli kredit borcu ilə əlaqədar olaraq, əsas borc üzrə 3022.94 manat əsas borcu mövcuddur. xx.xx.2025-ci il tarixinə Xətai filialı ilə bağladığı № EE000202913 saylı, xx.xx.2022-ci il tarixli krediti ilə əlaqədar olaraq isə, əsas borc üzrə 99.95 manat əsas borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 51.23 AZN dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh3dır, Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, Azərbaycan Beynəlxalq Bankı» ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kanar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Xətai filialı ilə X4 arasında bağlanmış № CL-EE000202913 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 36 ay müddətinə, illik 16.9 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində, MXD ilə bağladığı № CL-EE001907690 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 13.9 faiz hesablanmaqla 5500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsələri Cavabdeh3dır, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli kredit borcu ilə əlaqədar olaraq, əsas borc üzrə 3022.94 manat əsas borcu mövcuddur. xx.xx.2025-ci il tarixinə Xətai filialı ilə bağladığı № EE000202913 saylı, xx.xx.2022-ci il tarixli krediti ilə əlaqədar olaraq isə, əsas borc üzrə 99.95 manat əsas borcu mövcuddur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, № EE001907690 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3022.94 manat əsas borc, № EE000202913 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 99.95 manat kredit borcu və 51,23 (əlli bir manat iyirmi üç qəpik) AZN dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 3022.94 (üç min iyirmi iki manat doxsan dörd qəpik) manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 99.95 (doxsan doqquz manat doxsan beş qəpik) manat kredit borcu və 51,23 (əlli bir manat iyirmi üç qəpik) manat dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2580/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2580/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver