Məhkəmə qərarları › İş №e-2(009)-2605/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2605/2025

25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2605/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu Pirşahı kəndi ərazisindəCavabdeh2 idarə etdiyi “TOYOTA PRİUS“ minik markalı, 77- DP-407 dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəmizə 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Sabunçu RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs "TOYOTA PRİUS” minik markalı, **-DP-***dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı “TOYOTA PRİUS” minik markalı, **-DP-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Qeyd edirik ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiamızı qanuni və əsaslı sayaraq hesab edirik ki, müəssisəmizə vurulmuş 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən vəCavabdeh2 tutularaq "xxxx" X3 ödənilməlidir. Tərəfimizdən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, dəymiş ziyan məbləğinin ödənilməsi üçün Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinəxx.xx.2022-ci il tarixli məktub ilə rəsmi qaydada müraciət edilmişdir. Etirazın dəlilləri: aşağıdakılara əsasən hesab edirik ki, iddiaçının "xxxx" Sığorta Şirkətinə qarşı "sığorta ödənişinin verilməsinə dair" iddiası əsassız olduğu üçün təmin edilə bilməz. İddia ərizəsində qeyd edilir ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Sığorta Şirkətində sığorta olunan "Toyota Prius" markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi hadisə nəticəsində iddiaçıya məxsus işıb dirəyinə ziyan dəymişdir. Hadisədən sonra sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərər qiymətləndirilmiş və hesabata əsasən müəyyən olunmuşdur ki, əmlakın təmir-bərpa xərcləri 426 AZN təşkil edir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmadığına görə, sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. "İcbari sığortalar" haqqında AR Qanununun 16.2-ci maddəsininin 1-ci cümləsinde göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında AR Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən imtina etmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmlaka dəymiş zərərin qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməli və yaxud, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barəре tərəflər arasında razılıq əldə edilmədikdə, tərəflər arasında qarşılıqlı razılaşma əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmalı idi. Qeyd edilənlərdən məlum olur ki, cavabdeh "xxxx" Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Sığortaçı zərəri qiymətləndirmiş amma iddiaçı zərər məbləği ilə razılaşmadığına görə sığorta ödənişini həyata keçirə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunan "smetada" qeyd edilən məbləğ, sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib olunmuşdur. Zərərin təhlili və qüsurların müəyyən edilməsi "xxxx" Sığorta Şirkəti tərəfindən həyata keçirilməmiş, bu barədə qarşı tərəflə hər hansı razılaşdırılmış akt və ya ekspert rəyi də mövcud olmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş və iddia edilən zərəri 711 AZN məbləğində müəyyən edən "smeta" hüquqi baxımdan sübut kimi qəbul edilə bilməz. Belə ki, bu akt mütəxəssislər tərəfindən tərtib edilməmişdir. Qüsur aktı hər hansı sığorta mütəxəssisi, texniki ekspert və ya müstəqil qiymətləndirici tərəfindən deyil, iddiaçı tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu şəxslər əmlakın texniki xüsusiyyətlərini peşəkar qiymətləndirmək səlahiyyətinə malik deyildirlər. Akt hüquqi əhəmiyyət daşımır: Bildiyimiz kimi, qiymətləndirmə fəaliyyəti yalnız lisenziyalı, ixtisaslı ekspertlər və mütəxəssislər təqdim edə bilər. Təqdim edilən sənəddə belə bir status yoxdur. Sığorta şirkətinin iştirakı olmadan tərtib olunub. Qiymətləndirmə yalnız sığorta şirkətinin iştirakı və razılığı ilə aparıldıqda hüquqi nəticə doğura bilər. Təqdim edilən sənəd birtərəfli gaydada, birbaşa işdə maraqlı şəxs tərəfindən öz əmlakı barəsində hazırlanıb və sığortaçı ilə razılaşdırılmayıb. Sığorta şirkətinin müəyyən etdiyi məbləğ və iddiaçının tələb etdiyi məbləğ arasında rəbem fərqləri mövcuddur. Hesab edirik ki, hazırkı iddia ilə iddiaçı cavabdehdən əmlaka dəyən real zərər miqdarından artıq zərərin ödənilməsini tələb edir ki, bu da yolverilməzdir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 26 aprel 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 26 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. - İş materiallarında olan smetadan görünür ki, “Toyota markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin dəyəri 711 manatdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd işıq dirəyini çırağı ilə birlikdə sıradan çıxararaq müəssisəyə 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli, TP-4987505 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Toyota” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İddiaçı tərəf sığortalanmış avtomobilə baxış keçirildikdən sonra vurulmuş zərərin məbləğinin 711 manat olmasını iddia edir, cavabdeh tərəf isə bildirir ki, zərərin məbləği 426 AZN manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus olan əmlaka hadisə nəticəsində zərər vurulması, zərərin “Toyota” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən vurulması və hadisə zamanı **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə Cavabdeh1 ASC sığortalanması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə tələb olunan sığorta ödənişinin yüksək məbləğ olduğuna istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Göründüyü kimi qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. İş materiallarında olan smetadan görünür ki, “Toyota” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin dəyəri 711 manatdır. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini də nəzərə alaraq məhkəmə hesab edir ki, 711 (yeddi yüz on bir) manat məbləğində sığorta ödənişi Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddianın “ödənişin Cavabdeh2 da tutulması”-hissəsini əsaslı hesab etmir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 sürücüsü olduğu **-DP- *** dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə Cavabdeh1 ASC sığortalanmış və hazırki qətnamə ilə sığorta ödənişinin sığorta şirkətindən tutulması qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 711 (yeddi yüz on bir) manat məbləğində pul vəsaiti Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı "xxxx" X3 ödənilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 711 (yeddi yüz on bir) manat məbləğində pul vəsaiti Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı "xxxx" X3 ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar