Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-261/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Erola qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Erola qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Eroldan xx.xx.2024-cü il tarixli, MFNPU-10392 saylı kredit müqaviləsi üzrə 8112,5 (səkkiz min bir yüz on iki manat əlli qəpik) manat əsas, 483,34 (dörd yüz səksən üç manat otuz dörd qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 106 (yüz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh Erol arasında bağlanmış 11 iyun 2024-cü il tarixli MFNPU-10392 saylı kredit müqaviləsinə əsasən illik 15 % (on beş) faiz dərəcəsi olmaqla 11 (on bir) ay müddətinə 9000 (doqquz min) manat məbləğində cavabdehə kredit verilmişdir. 11 iyun 2024-cü il tarixli, MFNPU- 10392 sayh kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh Erol kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazım qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 11 iyun 2024-cü il tarixli, MFNPU-10392 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər aym 11-dən gec olmayaraq hər ay 880,82 (səkkiz yüz səksən manat 82 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazım qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh Erol-un 11 iyun 2024cü il tarixli, MFNPU-10392 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 8112,5 (səkkiz min bir yüz on iki manat 50 qəpik) manat, faiz borcuna görə 483,34 (dörd yüz səksən üç manat 34 qəpik) manat, dəbbə borcuna görə 0 (sifir) manat, cəıri 8595,84 (səkkiz irin beş yüz doxsan beş manat 84 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh Erol-dan 11 iyun 2024-cü il tarixli, MFNPU-10392 saylı kredit müqaviləsi üzrə 8112,5 (səkkiz min bir yüz on iki manat əlli qəpik) manat əsas, 483,34 (dörd yüz səksən üç manat otuz dörd qəpik) manat faiz borcu, cəmi 8595,84 manat pul tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh Erol arasında bağlanmış 11 iyun 2024-cü il tarixli MFNPU-10392 saylı kredit müqaviləsinə əsasən illik 15 % (on beş) faiz dərəcəsi olmaqla 11 (on bir) ay müddətinə 9000 (doqquz min) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh Erol ilə İddiaçı ASC arasında bağlanmış 11 iyun 2024-cü il tarixli, MFNPU- 10392 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 8112,5 (səkkiz min bir yüz on iki manat 50 qəpik) manat, faiz borcuna görə 483,34 (dörd yüz səksən üç manat 34 qəpik) manat, dəbbə borcuna görə 0 (sifir) manat, cəmi 8595,84 (səkkiz irin beş yüz doxsan beş manat 84 qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh Erol arasında bağlanmış 11 iyun 2024-cü il tarixli MFNPU-10392 saylı kredit müqaviləsinə əsasən illik 15 % (on beş) faiz dərəcəsi olmaqla 11 (on bir) ay müddətinə 9000 (doqquz min) manat məbləğində cavabdehə kredit verilmişdir. Cavabdeh borcunu ödəməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Erol kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun 11 iyun 2024-cü il tarixli MFNPU-10392 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 8112,5 manat əsas, faiz borcuna görə 483,34 manat mənləğində kredit borcu yaranmışdır. Odur ki, iddiaçının göstərilən məbləğdə əsas və faiz borc tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Eroldan iddiaçı "xxxx" ASC-nin xeyrinə 8112,5 manat məbləğində əsas, 483,34 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən ümumilikdə 106 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 106 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Eroldan xx.xx.2024-cü il tarixli, MFNPU-10392 saylı kredit müqaviləsi üzrə 8112,5 (səkkiz min bir yüz on iki manat əlli qəpik) manat əsas, 483,34 (dörd yüz səksən üç manat otuz dörd qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 106 (yüz altı) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-261/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-261/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver