Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2610/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.Ə.Hüseynovun, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi L.T.Abbaszadənin iştirakları ilə İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X9 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 idarə etdiyi “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, H.Əliyev prospektində idarə etməni itirərək yolnəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X5 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəsinə 1451,47 manat məbləğində ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş BŞBPİ DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh1 Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X4 balansına verilmişdir. Hesab edirlər ki, müəssisəsinə vurulmuş 1451,47 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 tutularaq "xxxx" X5 ödənilməlidir. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, dəymiş ziyan məbləğinin ödənilməsi üçün Cavabdeh1 Sığorta Şirkəti ASC-nə xx.xx.2024-cü il tarixdə məktub ilə rəsmi qaydada müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" X5 vurulmuş 1451,47 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onun təmin edilməisni xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 Sığora Şirkəti ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırkı iş üzrə sığorta hadisəsinin baş verməsi mübahisə olunmur. 50-yə yaxın iddiaçının ziyanla bağlı tələbi mövcuddur. Ziyan məbləği ilə bağlı tərəflər razılığa gəlmişlər. Lakin iddiaçı ziyan məbləğinin nağd şəkildə ödənilməsini tələb etdiyi üçün həmin məbləğləri ödəməmişlər. Ona görə də hazırkı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Polo” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 adına qeydiyyata alınmışdır. İş üzrə X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətinə əsasən V.Hüseynzadəyə məxsus «Volkswagen Polo» minik markalı, **-OR-*** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi Cavabdeh2 9 il 6 ay 25 gün müddətinə xx.xx.2033-cü il tarixədək etibar edilmişdir. İş üzrə "xxxx" EŞM tərəfindən tərtib edilmiş smetasının surətindən görünür ki, Nizami rayonu, Olimpiya stadionun qarşısında naməlum sürücünün idarə etdiyi “Volkswagen Polo” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyinin bərpasına sərf olunan xərcləri: 1 ədəd 12 metrlik 1 çıraqlı işıq dirəyi (1520 manat (ilkin dəyəri), 13,5% (amortizasiya dərəcəsi) – 1314,8 manat, 1 ədəd işıqlandırıcı 400W (158 manat (ilkin dəyəri), 13,5% (amortizasiya dərəcəsi) – 136,67 manat, cəmi 1451,47 manat təşkil etmişdir. İş üzrə "xxxx" X9 tərəfindən Bakı şəhər DYP İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixl məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Olimpiya stadionun qarşısında "xxxx" EŞM-nə məxsus 1 ədəd 12 metrlik 1 çıraqlı işıq dirəyini naməlum sürücü idarə etdiyi “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxarmış, nəticədə müəssisəsinə 1451,47 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə müraciət etmək və müəssisəyə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə qəzanı törədən şəxs barəsində ətraflı məlumatı (adı, soyadı, ata adı və yaşadığı ünvan) və hadisə ilə bağlı toplanmış bütün materialları təsdiq olunmuş qaydada göndərməsini xahiş edilmişdir. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Cavabdeh2 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 direk toru Eldar Eldarova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri üzrə Baş Mavliyyə İdarəsi "xxxx" X3 2025-ci il yerli xərclərinin, rüblük və aylıq bölgüsü barədə məlumatları göndərərək, 2024-cü il 27 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalandığını rəhbər tutaraq əlavə olaraq bildirirlər ki, bu məktubla göndərilən təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri əsas götürülməklə, zərurət yaranarsa aparılmış satınalma planlarında bu göstəricilərə müvafiq dəqiqləşdirmələr edilməklə, 2025-ci ilin yanvar ayından başlayaraq satınalmaların müəyyənləşdirilməsinin başlanılması ilə bağlı müvafiq sifarişlərin X1 idarələrinə təqdim olunmalıdır. Eyni zamanda bildirir ki, idarənin xərc smetası, müəssisə və təşkilatların titul siyahısı müvafiq qaydada tərtib edilməli və 2025-ci il 24 yanvar tarixinədək Baş Maliyyə İdarəsinə təqdim edilməlidir. İş üzrə "xxxx" X9 tərəfindən Cavabdeh1 Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Olimpiya stadionun qarşısında "xxxx" EŞM-nə məxsus 1 ədəd 12 metrlik 1 çıraqlı işıq dirəyini naməlum sürücü idarə etdiyi “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxarmış, nəticədə müəssisəsinə 1451,47 manat dəyərində maddi ziyan dəymişdir. Bildirirlər ki, “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh1 Sığorta Şirkətində sığortalanmışdır. Qeyd edilənləri nəzərə alaraq müəssisəsinə dəymiş maddi ziyana görə sığorta ödənişini aşağıda qeyd olunan bank hesabına köçürülməsini xahiş edilmişdir. İş üzrə portaldan çıxarışının surətindən görünür ki, “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Cavabdeh1 SŞ ASC-də sığortalanmış “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən zaman Bakı şəhəri, Nizami rayonu, Olimpiya stadionun qarşısında yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 balansında olan işıq dirəyinə ziyan dəymişdir. Həmin hadisə nəticəsində Cavabdeh2 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh2 idarə etdiyi “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, H.Əliyev prospektində idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X5 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəsinə 1451,47 manat məbləğində ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş BŞBPİ DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Hadisə zamanı “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh1 Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X4 balansına verilmişdir. Bu səbəbdən iddiaçı "xxxx" X5 vurulmuş 1451,47 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə hazırkı tələb üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC ilə Cavabdeh2 birgə cavabdehlik daşıması ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qanunun tələblərindən aydın olduğu kimi sığorta ödənişi vermək öhdəliyinin yaranması üçün tərəflər arasında sığorta müqaviləsi bağlanılmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdə hadisəni törədən “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsi bağlanılmışdır. Belə olan halda hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdə həmin avtomobil üzrə sığorta şirkəti ilə sığorta münasibətləri yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qaldırılan tələb üzrə yalnız Cavabdeh1 Sığorta Şirkəti ASC cavabdehlik daşımalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla təsdiq edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh2 baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, eyni zamanda hadisə baş verən vaxt həmin nəqliyyat vasitəsi sığortalı olduğundan vurulmuş ziyan məbləğinin eyni zamanda Cavabdeh2 da tutulması ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. “İcbari sığortaları haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsindən sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1.fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında baş vermiş hadisə nəticəsində işıq dirəyinin yararsız vəziyyətə düşməsi səbəbilə dəymiş ziyanın 1451,47 manat olması müəyyən edildiyindən, həmin ziyanın ödənilməsinə cavabdehlik daşıyan şəxs Cavabdeh1 Sığorta Şirkəti ASC olduğundan, iddia tələbi Cavabdeh1 Sığorta Şirkəti ASC-yə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi Cavabdeh1 Sığorta Şirkəti ASC-ya aid olan hissədə təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 34,51 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Sığorta Şirkəti ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi "xxxx" X3 xeyrinə 1.451,47 (bir min dörd yüz əlli bir manat, qırx yeddi qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh1 Sığorta Şirkəti ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 34,51 (otuz dörd manat, əlli bir qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2610/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2610/2025
27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver