Məhkəmə qərarları › İş №e-2(009)-2622/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2622/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2622/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.Ə.Hüseynovun, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi L.T.Abbaszadənin iştirakları ilə İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu, S.Vurğun küçəsində Cavabdeh1 idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yolnəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəsinə 1560,29 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş Pirallahı RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Hadisə zamanı “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X3 balansına verilmişdir. Hesab edirlər ki, müəssisəsinə vurulmuş 1560,29 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, dəymiş ziyan məbləğinin ödənilməsi üçün Cavabdeh2 Sığorta Şirkəti ASC-nə xx.xx.2023-cü il tarixdə məktub ilə rəsmi qaydada müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" X4 vurulmuş 1560,29 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 Sığora Şirkəti ASC-nin nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, ziyan məbləği ilə razı deyillər. İşıq dirəyinin təmir və bərpasına 200 manat vəsait sərf olunması hesabatı məhkəməyə təqdim ediblər. Hesab edir ki, ziyan məbləği həmin həddə tutulmalıdır. Cavabdeh1 faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Pirallahı rayon DYPŞ YNH əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş üzrə "xxxx" X7 tərəfindən Pirallahı rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixl məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu, Səməd Vurğun küçəsində "xxxx" EŞM-nə məxsus 1 ədəd işıq dirəyini naməlum sürücü idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxarmış və nəticədə müəssisəsinə 1560,29 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə müraciət etmək və müəssisəyə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə qəzanı törədən şəxs barəsində ətraflı məlumatı (adı, soyadı, ata adı və yaşadığı ünvan) və hadisə ilə bağlı toplanmış bütün materialları təsdiq olunmuş qaydada göndərməsini xahiş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X2 direktoru Eldar Eldarova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri üzrə Baş Mavliyyə İdarəsi "xxxx" X2 2025-ci il yerli xərclərinin, rüblük və aylıq bölgüsü barədə məlumatları göndərərək, 2024-cü il 27 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalandığını rəhbər tutaraq əlavə olaraq bildirirlər ki, bu məktubla göndərilən təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri əsas götürülməklə, zərurət yaranarsa aparılmış satınalma planlarında bu göstəricilərə müvafiq dəqiqləşdirmələr edilməklə, 2025-ci ilin yanvar ayından başlayaraq satınalmaların müəyyənləşdirilməsinin başlanılması ilə bağlı müvafiq sifarişlərin X1 idarələrinə təqdim olunmalıdır. Eyni zamanda bildirir ki, idarənin xərc smetası, müəssisə və təşkilatların titul siyahısı müvafiq qaydada tərtib edilməli və 2025-ci il 24 yanvar tarixinədək Baş Maliyyə İdarəsinə təqdim edilməlidir. İş üzrə "xxxx" X7 tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu, Səməd Vurğun küçəsində naməlum sürücü idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müəssisənin balansında olan işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəsinə 1560,29 manat məbləğində maddi ziyan dəymişdir. Bildirirlər ki, “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh2 Sığorta Şirkətində sığortalanmışdır. Qeyd edilənləri nəzərə alaraq müəssisəsinə dəymiş maddi ziyana görə sığorta ödənişini aşağıda qeyd olunan bank hesabına köçürülməsini xahiş edilmişdir. İş üzrə "xxxx" EŞM tərəfindən tərtib edilmiş smetasının surətindən görünür ki, Pirallahı rayonu, Səməd Vurğun küçəsində naməlum sürücü idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyinin bərpasına sərf olunan xərcləri: 1 ədəd Türkiyə istehsalı 10 m-lik işıq dirəyi – 778,33 manat, 2 ədəd işıqlandırıcı lampa – 597,49 manat, 1 ədəd özül hissənin bərpası – 119,04 manat, 1 ədəd Anker O20 – 65,59 manat, cəmi 1560,29 manat təşkil etmişdir. İş üzrə portaldan çıxarışının surətindən görünür ki, “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Cavabdeh2 SŞ ASC-də sığortalanmış “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən zaman Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 balansında olan işıq dirəyinə ziyan dəymişdir. Həmin hadisə nəticəsində Cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu, S.Vurğun küçəsində Cavabdeh1 idarə etdiyi “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus işıq dirəyini sıradan çıxararaq müəssisəsinə 1560,29 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş Pirallahı RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Hadisə zamanı “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X3 balansına verilmişdir. Hesab edirlər ki, müəssisəsinə vurulmuş 1560,29 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq "xxxx" X4 ödənilməlidir. Bu səbəbdən iddiaçı "xxxx" X4 vurulmuş 1560,29 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə hazırkı tələb üzrə Cavabdeh2 Sığorta Şirkəti ASC ilə Cavabdeh1 Rafiq oğlunun birgə cavabdehlik daşıması ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qanunun tələblərindən aydın olduğu kimi sığorta ödənişi vermək öhdəliyinin yaranması üçün tərəflər arasında sığorta müqaviləsi bağlanılmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdə hadisəni törədən “Volkswagen” yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsi bağlanılmışdır. Belə olan halda hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdə həmin avtomobil üzrə sığorta şirkəti ilə sığorta münasibətləri yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qaldırılan tələb üzrə yalnız Cavabdeh2 Sığorta Şirkəti ASC cavabdehlik daşımalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla təsdiq edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş Cavabdeh1 baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, eyni zamanda hadisə baş verən vaxt həmin nəqliyyat vasitəsi sığortalı olduğundan vurulmuş ziyan məbləğinin eyni zamanda Cavabdeh1 da tutulması ilə bağlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. “İcbari sığortaları haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsindən sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1.fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan hesabatda göstərilən ziyan məbləğini sübut kimi qəbul edilməsini mümkünsüz hesab edir. Belə ki, həmin məbləğin müəyyən edilməsinin hansı halla əsaslandırılması hesabatda öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında baş vermiş hadisə nəticəsində işıq dirəyinin yararsız vəziyyətə düşməsi səbəbilə dəymiş ziyanın 1560,29 manat olması müəyyən edildiyindən, həmin ziyanın ödənilməsinə cavabdehlik daşıyan şəxs Cavabdeh2 Sığorta Şirkəti ASC olduğundan, iddia tələbi Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi Cavabdeh2 Sığorta Şirkəti ASC-ya aid olan hissədə təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 35,60 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Sığorta Şirkəti ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi "xxxx" X2 xeyrinə 1.560,29 (bir min beş yüz altmış manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh2 Sığorta Şirkəti ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 35,60 (otuz beş manat, altmış qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar