Məhkəmə qərarları › İş №e-2(009)-2666/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2666/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2666/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00574-01EX №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 1500 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh1, və Cavabdeh2 arasında xx.xx.2023-cü il tariхli, 2023/00574-01EXZ №-li Zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə“borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbuletmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhlərə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. İddianın qiyməti xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 1217,39 manat məbləğində qalıq, ona hesablanmış 201,43 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 330,00 manat məbləğində dəbbə pulu,cəmi 1748,82 manat məbləğində borc yaranmışdır. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə 1217,39 manat əsas, 201,43 manat faiz və 330 manat cərimə olmaqla, cəmi 1748,82 manat borcun və ödənilmiş 38 dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00574-01EX saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 32% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə “Borc alan” Cavabdeh3 “Zamin” qismində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər bankla Cavabdeh3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli 2023/000574-01EX saylı istehlak kredit müqaviləsi üzrə 1217,39 manat əsas, 201,43 manat faiz, 330 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1748,82 manat yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 2023/000574-01EX saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh3 1500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun 18.093.2023-cü il tarixli, 2023/000574-01EX saylı kredit müqaviləsi üzrə 1217,39 manat əsas, 201,43 manat faiz, 330 manat cərimə borcu olmaqla, cəmi 1748,82 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh3 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə ödənilməmiş 1217,39 manat əsas kredit borcu və 201,43 manat kreditdən istifadəyə görə faiz borcu və 330 manat cərimə borcu olmaqla, cəmi 1748,32 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 38 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 2023/000574-01EX saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 1217,39 manat əsas, 201,43 manat faiz borcu, 330 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 manat, cəmi 1786,82 (bir min yeddi yüz səksən altı manat, səksən iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar