Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2697/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılan tələb konkret deyildir. Belə ki, AR MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbini konkret göstərməlidir. Mülki-prosessual qanunvericilik cavabdehə qarşı irəli sürülmüş tələblərin aydın, konkret və başadüşülən olması nəzərdə tutmuşdur. İddiaçı cavabdehin qanunsuz hərəkətələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, hansı qanunsuz hərəkətlərə son qoyulması barədə tələbi konkret ifadə edilməmişdir. Hakim hesab edir ki, iddiaçının cavabdehə qarşı qanunsuz hərəkətlərə son qoyulmasına dair irəli sürdüyü tələbi konkret göstərmədiyindən, bununla da iddia ərizəsi AR MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2697/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2697/2022
20.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver