Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2717/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında sonuncu dəfə xx.xx.2017-ci il tarixdə T/16805 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazının Satışı Departamenti tərəfindən **********00002 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən xəttinin üzərində isə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə GCZ-G-4 Diafraqma tipli GCZ0396630 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalanı”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Bununla bağlı iddiaçı ilə cavabdeh arasında müxtəlif vaxtlarda məhkəmə mübahisələri olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 1599/12 saylı qiyabi qətnaməsi ilə Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2.340,60 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənmn xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 2(009)-1475/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Səbail rayon Məhkəməsinin İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə 2(009)-2937/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Səbail rayon Məhkəməsinin e-2(009)-1101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 7917 manat, 106.6 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 8423,6 manat məbləğində pul tutularaq İddiaçı İB-nin hesabına köçürülməsi barədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1050,80 manat maddi zərər, vəkil xərci 100 manat və iddia ərizəsinin verilməsi üçün dövlət hesabına ödənilmiş 106,6 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin hesabına köçürülməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin 2(011)-7122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı ünvan 3 ünvanına hesablanmış 14.579 manat borcun İddiaçı İB tərəfindən silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Beləliklə, Səbail rayon Məhkəməsinin e-2(009)-1101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasında 2021-ci ilin noyabr ayı da daxil olmaqla həmin tarixə yaranmış borc məbləğinə məhkəmə qaydasında qiymət verilmişdir. Lakin daha sonrakı tarixlərdə də cavabdeh tərəfindən qaz xətti şəbəkəsinə qeyri-qanuni qoşulma halları mütəmadi olaraq təkrarlanmaqla davam etmişdir. Belə ki, ödəniş cədvəllərinə diqqət etsələr görə bilərlər ki, istehlakçı tərəfindən ən sonuncu ödəniş 2015-ci ilin aprel ayında edilmiş 20.00 manat məbləğ olmuşdur. Daha sonrakı tarixlərdə isə iddia tələbinə əlavə edilmiş, müxtəlif vaxtlarda çəkilmiş şəkillərdən də göründüyü kimi, qazdan qeyri-qanuni şəkildə istifadə etmiş, dövlət əmlakı olan təbii qazı talan etmişdir. Talan etmə ya sayğacı ümumiyyətlə xətdən çıxarmaqla, tam sayğacsız şəkildə, ya da sayğac qoşulu olsa da, sayğacdan kənar xəttə qeyri-qanuni qoşulma üsulu ilə həyata keçirilmişdir. Ünvanda sayğac 3 dəfə dəyişdirilmişdir. Sonuncu quraşdırılan GCZ0396630 nömrəli qaz sayğacı üzrə sərfiyyatlar qeyd olunmasına, 131,10 manat borc məbləği olsa da, yenə də ödəniş olmamışdır. GPG130991716 saylı sayğac xx.xx.2025-ci ildə çıxarılan zaman sayğac üzrə qeydə alınmış 2.10 manat dəyərində mənfiyə işləmə haqlı qeydə alınmış borc məbləği də ödənilməmiş məbləğə daxildir. Qeyd olnanları nəzərə alaraq uzun müddət ərzində təbii qazdan istifadə olunmasına görə iddiaçı tərəfindən ödənilmiş cüzi məbləği əsaslı və ağlabatan hesab edilə bilməz. Eyni zamanda da bu hal cavabdehin qanunsuz şəkildə uzun müddət təbii qazı talaması faktını təsdiq edən əyani sübutlardan biridir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar əsasında “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh və ailə üzvləri qapını açmaqdan, aktları imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişlər. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, qanunvericiliyin tələbinə əsasən qeyri-qanuni birləşmə aradan qaldırılmış, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmışdır. Lakin istehlakçı qanunsuz əməllərindən əl çəkməmiş, bu hallar dəfələrlə təkrarlanmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda ümumi 6.682,32 manat təşkil etməkdədir. Bu məbləğin 6549,12 manat hissəsi aktlar üzrə hesablanmış məbləğdən, 131.10 manat hissəsi sərfiyyat borcundan (sayğac göstəriciləri üzrə ödənilməmiş debitor borc) ibarətdir. Yekun 6549,12 + 131,10 + 2.10 = 6.682,32 manat. Borc məbləğinin “Təbii X1nın pozulması haqqında” iddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə olan hissəsi aşağıdakı kimi olmuşdur: 1. xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 2. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən – 302,40 manat; 3. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən – 302,40 manat; 4. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 432,00 manat; 5. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 6. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,38 manat; 7. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 8. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 9.xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 10. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233.28 manat; 11. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 12. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 13. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 14. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 233,28 manat; 15.xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 302,40 manat; 16. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 233,28 manat; 17. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 233,28 manat; 18. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat; 19. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat; 20. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 99,96 manat; 21. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 99,96 manat; 22. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 99.36 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 99.36 manat; 24. xx.xx.2023-cü il tarixli ******* saylı 133,92 manat; 25. xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 518,40 manat;
26. xx.xx.2024-cü il tarixli ******* saylı 259,20 manat; 27. xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 133,92 manat; 28. xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat, cəmi 6.549,12 manat. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş maddi ziyan üzrə 6.682,32 manat borcun, 133.80 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6.816.12 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, əvvəllər də hazırkı tələb üzrə cavabdehə qarşı iddia qaldırılmış, iddiaları əsasında qətnamə qəbul edilmiş, Apellyasiya Məhkəməsinə verilmiş şikayətə baxılmış, qətnamə əsasında icra vərəqəsi verilmiş, lakin hazırkı vaxtadək tutulması müəyyən edilən borc tam ödənilməmişdir. Cavabdeh mütəmadi olaraq qanunsuz qaz xəttinə qoşulmanı həyata keçirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə T/16805 nömrəli, xx.xx.2017-ci tarixli müqaviləsinin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan aktlardan görünür ki, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda: xx.xx.2021ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 432,00 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,38 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233.28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 99,96 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 99,36 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 99.36 manat, 10.2023-cü il tarixli ******* saylı akta əsasən 99.36 manat, xx.xx.2023-cü il tarixli ******* saylı 133,92 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 518,40 manat, xx.xx.2024-cü il tarixli ******* saylı 259,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 133,92 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat ziyan məbləği hesablanmışdır. İş üzrə abonent Cavabdeh (kod **********00002) abonent saldosundan görünür ki, ona 2021-ci ilin dekabr ayında 302,40 manat, 2022-ci ilin yanvar ayında 302,40 manat, 2022-ci ilin fevral ayında 302,40 manat, 2022-ci ilin mart ayında 432 manat, 2022-ci ilin aprel ayında 233,28 manat, 2022-ci ilin may ayında 233,28 manat, 2022-ci ilin iyun ayında 233,28 manat, 2022-ci ilin iyul ayında 233,28 manat, 2022-ci ilin avqust ayında 233,28 manat, 2022-ci ilin sentyabr ayında 233,28 manat, 2022-ci ilin oktyabr ayında 233,28 manat, 2022-ci ilin noyabr ayında 302,40 manat, 2022-ci ilin dekabr ayında 233,28 manat, 2023-cü ilin yanvar ayında 233,28 manat, 2023-cü ilin fevral ayında 302,40 manat, 2023-cü ilin mart ayında 233,28 manat, 2023-cü ilin aprel ayında 233,28 manat, 2023-cü ilin may ayında 198,27 manat, 2023-cü ilin iyun ayında 198,72 manat, 2023-cü ilin iyul ayında 99,36 manat, 2023-cü ilin avqust ayında 99.36 manat, 2023-cü ilin sentyabr ayında 99,36 manat, 2023-cü ilin oktyabr 99,36 manat, 2023-cü ilin noyabr ayında 133,92 manat, 2024-cü ilin yanvar ayında 518,40 manat, 2024-cü ilin fevral ayında 259,20 manat, 2024-cü ilin mart ayında 133,92 manat, 2024-cü ilin may ayında 198,72 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «X1nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «X1»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli T/16805 saylı müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «X1»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evindən kənar quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirmişlər və baxış zamanı cavabdehin özbaşına olaraq sayğacdan kənar qaz xəttinə dəfələrlə qoşulması faktlarını aşkar etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunması ilə bağlı 28 ədəd aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 3600 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1656 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1656 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 828 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 828 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 828 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 828 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1116 kub metr, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 60 gün nəzərə alınmaqla 4320 kub metr, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2160 kub metr, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1116 kub metr, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 828 kub metr, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 828 kub metr dəymiş ziyan hesablanmışdır. «X1»nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün ENə (Azərbaycan Respublikasının Energetika Nazirliyinə), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X1 ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «X1»nın 6.5-ci bəndinə edilmiş dəyişiklik 2023-cü ilin iyun ayının 25-də qəbul edilmişdir. Qanunvericiliyin qeyd edilən normalası imperativ olaraq iddiaçıya 2023-cü ilin iyun ayının 25dən sonra istehlakçının qazın talanmasında təqsirli olmasının yalnız inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müraciət etdiyi orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququnun olmasını müəyyən edir. İddiaçı cavabdehin qazdan qanunsuz istifadə edilməsi halının 2021-ci ilin dekabrından 2024cü ilin may ayınadək davam etməsini göstərsə də, iddiaçı tərəfindən 2023-cü ilin iyun ayından sonra cavabdehin şəbəkəyə qanunsuz qoşulması ilə bağlı müvafiq orqana müraciəti, müvafiq orqanın və yaxud məhkəmənin istehlakçının qanunsuz qoşulma ilə əlaqədar məsuliyyətə cəlb edilməsinə dair və bununla da təqsirli olmasını təsdiq edən qərarların mövcudluğu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə yalnız 2023-cü ilin iyun ayınadək olan müddət ərzində iddiaçının qanunsuz qoşulma halına hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əlavə edilmiş qanunsuz qoşulma halını təsdiq edən sübut – fotoşəkil xx.xx.2021-ci il tarixli ******* saylı akta əlavə edilmiş fotoşəkillə eynilik təşkil etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022ci il tarixli ******* saylı aktlara əlavə edilmiş qanunsuz qoşulma halını təsdiq edən sübut – fotoşəkil xx.xx.2022-ci il tarixli ******* saylı akta əlavə edilmiş fotoşəkillə eynilik təşkil edir. Həmçinin xx.xx.2022-ci il tarixli ******* saylı akta əlavə edilmiş qanunsuz qoşulma halını təsdiq edən sübut – fotoşəkil xx.xx.2022-ci il tarixli ******* saylı akta əlavə edilmiş fotoşəkillə eynilik təşkil edir. Bununla yanaşı həmin aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin də eyni olması, bəzi fotoşəkillərdə isə göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə və sübut kimi dəyərləndirməli olmasına şübhə yaradır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən aktlara əlavə edilmiş faktı təsdiq edən fotoşəkillərin bir qisminin digər aktlarda olan fotoşəkillə eynilik təşkil etməsini, bu halın hər fakta görə eynilik təşkil edən fotoşəkillərlə təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, yalnız eynilik təşkil etməyən fotoşəkillərə istinad edilərək tərtib edilmiş aktlar mötəbər sübut kimi qiymətləndirilməli və həmin aktlar əsasında iddiaçının itirilmiş qaza görə tələbi əsaslı hesab edilməlidir. Eyni zamanda cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə edilməsi halı müvafiq vaxtlarda öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktları öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarılması ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı aktlar və onun əsasında hesablanmış əlavə sərfiyyat əsaslı hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 302,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 233,28 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 198,72 manat, cəmi 2738,88 manat məbləğində borc hesablanmalıdır. Eyni zamanda cavabdeh tərəfindən debitor borc kimi 131,10 və 2,10 manat məbləğində pulu mövcudluğunu da nəzərə alaraq məhkəmə həmin məbləğlərin də cavabdehdən tutulması barədə tələbi əsaslı hesab edir. 2023-cü ilin iyun ayından sonra tərtib edilmiş aktlar sübut kimi qəbul edilə bilmədiyindən, həmin müddətdən sonrakı akt əsasında hesablanmış borcun cavabdehdən tutulması barədə tələbi məhkəmə əsaslı hesab etmir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və vurulmuş maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 2872,08 (2738,88+131,10+2,10= 2872,08) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (48,72 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə təbii qazdan istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 2872,08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,72 manat, cəmi 2920,80 (iki min doqquz yüz iyirmi manat, səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev