Məhkəmə qərarları › İş №e-2(009)-2738/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2738/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2738/2025 23.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında sonuncu dəfə xx.xx.2018-ci il tarixdə AK2/38568 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazının Satışı Departamenti tərəfindən **********00120 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən xəttinin üzərində isə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə GCZ-G-4 Diafraqma tipli GCZ0369543 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalanı”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Hər dəfə qanunsuz qoşulma halı qaynaq yolu ilə aradan qaldırılsa da, sonrakı tarixlərdə də cavabdeh tərəfindən qaz xətti şəbəkəsinə qeyri-qanuni qoşulma halları mütəmadi olaraq təkrarlanmaqla davam etmişdir. Belə ki, ödəniş cədvəllərindən görünür ki, istehlakçı tərəfindən xx.xx.2025-ci il tarixli 10.00 manat ödənişdən əvvəlki son ödəniş 2022-ci ilin oktyabr ayında edilmiş 5.00 manat məbləğ olmuşdur. Daha sonrakı 33 ay ərzində (2 il 9 ay) ödəniş olmamışdır. Qeyd olunanları nəzərə alaraq uzun müddət ərzində təbii qazdan istifadə olunmasına görə iddiaçı tərəfindən ödənilmiş cüzi məbləği əsaslı və ağlabatan hesab edilə bilməz. Eyni zamnda bu hal cavabdehin qanunsuz şəkildə uzun müddət təbii qazı talaması faktını təsdiq edən əyani sübutlardan biridir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni həkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar əsasında “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh və ailə üzvləri qapını açmaqdan, aktları imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişlər. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, qanunvericiliyin tələbinə əsasən qeyri-qanuni birləşmə aradan qaldırılmış, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırılmışdır. Lakin istehlakçı qanunsuz əməllərindən əl çəkməmiş, bu hallar dəfələrlə təkrarlanmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda ümumi 8.548,56 manat təşkil etməkdədir. Bu məbləğin 8.800,24 manat hissəsi aktlar üzrə hesablanmış məbləğdən, 41.77+0,70 manat hissəsi sərfiyyat borcundan (sayğac göstəriciləri üzrə ödənilməmiş debitor borc) ibarətdir. 229.15 manat aparılan tutma, 55+10=65 manat ödəniş. Yekun (8800,24 + 42,47) – 65 – 229,15 = 8.548,56 manat. Borc məbləğinin “Təbii X1nın pozulması haqqında” iddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə olan hissəsi aşağıdakı kimi olmuşdur: 1. xx.xx.2013-cü il tarixli akta əsasən 144,40 (194.40- 50) manat; 2. xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 756 manat; 3. xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 194,40 manat; 4. xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 5. xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 6. xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 7. xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 8. xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 9.xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 10. xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 11. xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 806,40 manat; 12. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 13. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 14. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 15.xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 16. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 1330,56 manat; 17. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 267,84 manat; 18. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 19. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 20. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 21. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 22. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 959.04 manat; 24. xx.xx.2024-cü il tarixli ******* saylı 116,64 manat, cəmi 8.850,24 manat. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş maddi ziyan üzrə 8.548,56 manat borcun, 105,50 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8.654,06 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, sayğacda problem yarandığı üçün işləməmiş və bir dəfə sayğacdan kənar xəttə qoşulmuşdur. Ondan sonra isə qoşulmamış, qaz balonundan istifadə etmişdir. 1 ildir ki, yeni sayğac quraşdırılıb. Eyni zamanda məhkəməyə iddia müddəti ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə AK2/38568 nömrəli, xx.xx.2018-ci tarixli müqaviləsinin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan aktlardan görünür ki, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda: xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 806,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 1330,56 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən 959.04 manat, xx.xx.2024-cü il tarixli ******* saylı 116,64 manat ziyan məbləği hesablanmışdır. İş üzrə abonent Cavabdeh (kod **********00120) abonent saldosundan görünür ki, ona 2013-cü ilin oktyabr ayında 194,40 manat, 2020-ci ilin sentyabr ayında 756 manat, 2020-ci ilin oktyabr ayında 194,40 manat, 2020-ci ilin noyabr ayında 252 manat, 2020-ci ilin dekabr ayında 252 manat, 2021-ci ilin yanvar ayında 252 manat, 2021-ci ilin fevral ayında 252 manat, 2021-ci ilin mart ayında 252 manat, 2021-ci ilin aprel ayında 252 manat, 2021-ci ilin noyabr ayında 302,40 manat, 2021-ci ilin dekabr ayında 806,40 manat, 2022-ci ilin yanvar ayında 302,40 manat, 2022-ci ilin fevral ayında 302,40 manat, 2022-ci ilin mart ayında 302,40 manat, 2022-ci ilin aprel ayında 233,28 manat, 2022-ci ilin noyabr ayında 1330,56 manat, 2022-ci ilin dekabr ayında 267,84 manat, 2023-cü ilin yanvar ayında 267,84 manat, 2023-cü ilin fevral ayında 267,84 manat, 2023-cü ilin mart ayında 267,84 manat, 2023-cü ilin aprel ayında 267,84 manat, 2023-cü ilin may ayında 198,72 manat, 2024-cü ilin mart ayında 959.04 manat, 2024-cü ilin may ayında 116,64 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «X1nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «X1»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli AK2/38568 saylı müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «X1»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evindən kənar quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirmişlər və baxış zamanı cavabdehin özbaşına olaraq sayğacdan kənar qaz xəttinə dəfələrlə qoşulması faktlarını aşkar etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunması ilə bağlı aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 90 gün nəzərə alınmaqla 7560 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 90 gün nəzərə alınmaqla 7560 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 180 gün nəzərə alınmaqla 11088 kub metr, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1656 kub metr, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 180 gün nəzərə alınmaqla 7992 kub metr, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 972 kub metr dəymiş ziyan hesablanmışdır. İddiaçı cavabdehə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktar əsasında cavabdehin abunə hesabına borc məbləği qeyd edilsə də, həmin aktlar iddia ərizəsinə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir, xx.xx.2013-cü il tarixli aktın isə arxivdə aşkar edilməməsi qeyd edilmişdir. «X1»nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün ENə (Azərbaycan Respublikasının Energetika Nazirliyinə), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X1 ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «X1»nın 6.5-ci bəndinə edilmiş dəyişiklik 2023-cü ilin iyun ayının 25-də qəbul edilmişdir. Qanunvericiliyin qeyd edilən normalası imperativ olaraq iddiaçıya 2023-cü ilin iyun ayının 25dən sonra istehlakçının qazın talanmasında təqsirli olmasının yalnız inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müraciət etdiyi orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququnun olmasını müəyyən edir. İddiaçı cavabdehin qazdan qanunsuz istifadə edilməsi halının 2024-cü ilin aprel ayınadək davam etməsini göstərsə də, iddiaçı tərəfindən 2023-cü ilin iyun ayından sonra cavabdehin şəbəkəyə qanunsuz qoşulması ilə bağlı müvafiq orqana müraciəti, müvafiq orqanın və yaxud məhkəmənin istehlakçının qanunsuz qoşulma ilə əlaqədar məsuliyyətə cəlb edilməsinə dair və bununla da təqsirli olmasını təsdiq edən qərarların mövcudluğu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə yalnız 2023-cü ilin iyun ayınadək olan müddət ərzində iddiaçının qanunsuz qoşulma halına hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənn verilməsini də nəzərə alaraq hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan, son 3 il üçün aparılan hesabat əsasında tələb edilən borc əsaslı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlara əlavə edilmiş qanunsuz qoşulma halını təsdiq edən sübut – fotoşəkil xx.xx.2020-ci il tarixli ******* saylı akta əlavə edilmiş fotoşəkillə eynilik təşkil etmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əlavə edilmiş qanunsuz qoşulma halını təsdiq edən sübut – fotoşəkil xx.xx.2021-ci il tarixli ******* saylı akta əlavə edilmiş fotoşəkillə eynilik təşkil edir. Bununla yanaşı həmin aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin də eyni olması, bəzi fotoşəkillərdə isə göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə və sübut kimi dəyərləndirməli olmasına şübhə yaradır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən aktlara əlavə edilmiş faktı təsdiq edən fotoşəkillərin bir qisminin digər aktlarda olan fotoşəkillə eynilik təşkil etməsini, bu halın hər fakta görə eynilik təşkil edən fotoşəkillərlə təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, yalnız eynilik təşkil etməyən fotoşəkillərə istinad edilərək tərtib edilmiş aktlar mötəbər sübut kimi qiymətləndirilməli və həmin aktlar əsasında iddiaçının itirilmiş qaza görə tələbi əsaslı hesab edilməlidir. Eyni zamanda cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə edilməsi halı müvafiq vaxtlarda öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktları öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarılması ilə bağlı tərtib edilmiş və yalnız məhkəməyə müraciət edilməmişdən əvvəl 3 illik müddət ərzində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı aktlar və onun əsasında hesablanmış əlavə sərfiyyat əsaslı hesab edilməlidir. Yalnız xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus evdən kənarda quraşdırılmış sayğaca nəzarətçi tərəfindən hər ay baxış keçirilməli olması müvafiq təlimatla müəyyən edilməsinə baxmayaraq, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Məhkəmə hesab edir ki, həmin hesabat dövrü aktlar üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər. «X1nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən hesabat dövrü kimi 180 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün 180 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. Məhkəmə iddiaçı təşkilatın istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarla bağlı qeyd edir ki, Qaydalar normativ akt hesab olunmadığından, iddiaçı tərəfindən qərar qəbul edilərkən həmin Qaydaların əsas tutulması qanuni hesab edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Belə olan halda xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 1848 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0,10 manat (iddiaçının özü tərəfindən müəyyən edilmiş məbləğ) nəzərə alınmaqla 184,80 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 184,80 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 198,72 manat, cəmi 1722,72 manat məbləğində borc hesablanmalıdır. 2023-cü ilin iyun ayından sonra tərtib edilmiş aktlar sübut kimi qəbul edilə bilmədiyindən, həmin müddətdən sonrakı akt əsasında hesablanmış borcun cavabdehdən tutulması barədə tələbi məhkəmə əsaslı hesab etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi həmçinin xx.xx.2013-cü il tarixli, xx.xx.2020ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlar əsasında dəymiş ziyanın tutulması ilə bağlı olsa da, həmin tarixli aktlar və akt əsasında qəbul edilmiş qərarlar məhkəməyə təqdim edilmədiyindən, yəni həmin tələblə bağlı sübutlar məhkəməyə təqdim edilmədyindən, həmin hissələrdə tələbin təmin edilməsi mümkün deyil. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və vurulmuş maddi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 1722,72 manat və ödənilməmiş 42,47 manat debitor borcu nəzərə alınmaqla, cəmi 1765,19 manat məbləğində pul tutulmalı və həmin məbləğdən aparılmış tutma (229,15 manat) və edilmiş ödəniş (65 manat) nəzərə alınmalı və tutulan ümumi məbləğ 1471,04 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (34,71 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə təbii qazdan istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 1471,04 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,71 manat, cəmi 1505,75 (bir min beş yüz beş manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar