Məhkəmə qərarları › İş №e-2(009)-274/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-274/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-274/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5508,98 manat məbləğində kredit borcu, 2507,96 manat məbləğində faiz borcu və 2515,4 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10532,34 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 121,6 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Mustafayeva Arifə İsgəndər qızına İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 02L ********* saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Mustafayeva Arifə İsgəndər qızı İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 02R000034177 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit götürmüşdür. Mustafayeva Arifə İsgəndər qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Mustafayeva Arifə İsgəndər qızı götürdüyü kredit borcundan 991.02 manat ödəmiş, onun 5508.98 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Mustafayeva Arifə İsgəndər qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 2842 gün üçün hesablanmış faiz borcu 2507.96 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 2842 gün üçün hesablanmış cərimə 2515.4 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Mustafayeva Arifə İsgəndər qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Mustafayeva Arifə İsgəndər qızı ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərim icra etməlidirlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu Mustafayeva Arifə İsgəndər qızının vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı aiddiyəti qurumlara sorğular verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli. **********22 saylı məktuba əsasən məlumdur ki, ünvan 1 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsi Mustafayeva Arifə İsgəndər qızının mülkiyyətindədir. Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 6/5-407 saylı cavab məktubuna əlavə edilmiş Səbail rayon MKTB 149 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 24 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Mustafayeva Arifə İsgəndər qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsində hal-hazırda Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X3 yaşayırlar. Bundan sonra MKTD Səbail rayon MKTB-nə sorğu verilmiş, sonuncunun xx.xx.2022-ci il tarixli, 1-69 saylı məktubunda qeyd olunmuşdur ki, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X3 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsində yaşayır və təsərrüfatı idarə edirlər. Belə ki, faktiki vərəsələr - Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X3 qeyd edilən fərdi yaşayış evindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunan şəxslər Mustafayeva Arifə İsgəndər qızının faktiki vərəsələri hesab edilir. Mustafayeva Arifə İsgəndər qızının ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilən əsasları nəzərdə tutaraq hesab edir ki, Mustafayeva Arifə İsgəndər qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsindən hal-hazırda faktiki olaraq Cavabdeh3, Cavabdeh2 tərəfindən istifadə edildiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən, Cavabdeh3, Mamedova X2 Arifə İsgəndər qızının İddiaçı QSC-yə olan kredit öhdəliyi üzrə cavabdehlər kimi cəlb edilməli və müvafiq borc məbləği Cavabdeh3, Cavabdeh2 tutulmalıdır. Yuxarıdada qeyd edildiyi kimi, Cavabdeh1, Cavabdeh3 həmçinin zamin qismində kredit öhdəliyinin yerinə yetirilməsinə zəmanət vermişlər. Beləliklə, müvafiq borc məbləği Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Mustafayeva Arifə İsgəndər qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 02L ********* saylı Kredit Xətti Müqaviləsindən görünür ki, Mustafayeva Arifə İsgəndər qızına “120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Mustafayeva Arifə İsgəndər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 02R000034177 saylı Kredit Razılaşmasından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 02L ********* saylı Kredit Xətti Müqaviləsinə uyğun olaraq bank Mustafayeva Arifə İsgəndər qızına 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, 6500 (altı min beş yüz) manat kredit verir. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasına bağlanmış xx.xx.2012-ci il tarixli və Cavabdeh1 arasına bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər borclu Mustafayeva Arifə İsgəndər qızının Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Mustafayeva Arifə İsgəndər qızının xx.xx.2022-ci il tarixə 5508.98 manat əsas, 2507.96 manat faiz, 2515,4 manat cərimə borcu olmaqla, ümumilikdə 10532.34 manat borcu vardır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZ-İ 706004 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mustafayeva Arifə İsgəndər qızı 19 dekabr 2014-cü il tarixdə kəskin ağ ciyər ürək çatmamazlığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015 ilin yanvar ayının 07 günündə 06 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********22 saylı arayışından görünür ki, Mustafayeva Arifə İsgəndər qızının adına Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinin 2 otaqdan ibarət olan 1/4 hissəsi Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 2V/1-44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışdır. Sonradan sözügedən fərdi yaşayış evinin 1 otağı Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005ci il tarixli, 4Ə/3-395 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Hazırda fərdi yaşayış evinin 1 otaqdan ibarət olan 1/4 hissəsi Mustafayeva Arifə İsgəndər qızının mülkiyyətindədir. İş materiallarında olan Səbail rayon MKTB 149 saylı Mənzil-Kommunal istismar Sahəsinin 24 saylı, xx.xx.2022-ci il tarixli arsayışından görünür ki, ünvan 2 ünvanında yaşamış, 19 dekabr 2-14-cü ildə vəfat etmiş Mustafayeva Arifə İsgəndər qızına məxsus olmuş göstərilən ünvanın 1/4 hissəsində, anası Cavabdeh3 verdiyi məlumata əsasən hal-hazırda Cavabdeh3, onun gəlini Cavabdeh2 və nəvəsi X4 yaşayırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3-də istifadədə olan 0.028737 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 10 otaqlı, 177.8 kv.m. yaşayış, 54.0 kv.m. köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1 otaq 1/4 hissə Mustafayeva Arifə İsgəndər qızının adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZE 0******* nömrəli, xx.xx.2004-cü il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh3 xx.xx.1947-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur, ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli, xx.xx.2008-ci il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 xx.xx.1968-ci ildə Gürcüstanın Rustavi şəhərində anadan olmuşdur, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2105 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Mustafayeva Arifə İsgəndər qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 02R000034177 saylı kredit razılaşmasında qeyd olunan şərtlərə əsasən Mustafayeva Arifə İsgəndər qızının xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı QSC-nə olan borcu 7.608,44 manat müəyyən olunur, o cümlədən: əsas borc 5.473,47 manat, faiz borcu 2.134,97 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borcu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xarclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı QSC ilə Mustafayeva Arifə İsgəndər qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 02L ********* saylı Kredit Xətti Müqaviləsinə əsasən Mustafayeva Arifə İsgəndər qızına 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit Xətti Müqaviləsinə uyğun olaraq İddiaçı QSC ilə Mustafayeva Arifə İsgəndər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 02R000034177 saylı Kredit Razılaşmasına əsasən Mustafayeva Arifə İsgəndər qızına 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh3 arasına bağlanmış xx.xx.2012-ci il tarixli və Cavabdeh1 arasına bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər borclu Mustafayeva Arifə İsgəndər qızının Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin borclu Arifə Mustafayeva 19 dekabr 2014-cü il tarixdə kəskin ağ ciyər ürək çatmamazlığından vəfat etmişdir. Mustafayeva Arifə İsgəndər qızının xx.xx.2022-ci il tarixə banka 5508,98 manat əsas borc, 2507,96 manat faiz borcu, 2515,4 manat cərimə borcu yaranmışdır. Bank tərəfindən zaminlər olan Cavabdeh1 və Cavabdeh3 borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan borc ödənilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, mərhum Mustafayeva Arifə İsgəndər qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinin 1/4 hissəsində hal-hazırda onun anası, iş üzrə cavabndeh Cavabdeh3, qardaşı arvadı Cavabdeh2 və qardaşı oğlu yetkinlik yaşına çatmayan X3 yaşayır və təsərrüfatı idarə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında izah etmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının izahını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddiaçı bankın kredit müqaviləsi üzrə zaminlər kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı 5508,98 manat əsas borc tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, faiz borcu və dəbbə pulunun tutulması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumu yuxarıda göstərilən qərarında izah etmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də, məsuliyyət daşıyırlar. Plenum izah etmişdir ki, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş faiz borcunun tutulması barədə tələb tam təmin edilə bilməz. Məhkəmə tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2105 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 02R000034177 saylı kredit razılaşmasında qeyd olunan şərtlərə əsasən Mustafayeva Arifə İsgəndər qızının xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı QSC-nə olan faiz borcu 2.134,97 manat təşkil edir. Qeyd olunan kredit razılaşmasında nəzərdə tutulmamışdır ki, razılaşmada göstərilən müddət bitəndən sonra ödənilməyən əsas kreditin məbləğinə müqavilədə nəzərdə tutulmuş faizlərin hesablanması davam edir. İddiaçı isə kredit müqaviləsinin müddəti bitdikdən sonra həmin müqavilənin şərtlərinə uyğun hesablanmış faizlərin ödənilməsini tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş faiz borcunun cavabdehlərdən tutulması barədə tələb qismən təmin edilməli və kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixinə, yəni xx.xx.2016-cı il tarixə olan 2.134,97 manat faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5508,98 manat məbləğində əsas, 2134,97 manat məbləğində faiz, 100 manat məbləğində cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 121,60 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5508,98 (beş min beş yüz səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borcu, 2134,97 (iki min yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə borcu və ödənilmiş 121,60 (yüz iyirmi bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar