Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-278/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 136028-CNS-11887 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə 1817.27 (bir min səkkiz yüz on yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində, 605.07 (altı yüz beş dollar yeddi sent) ABŞ dolları məbləğində faiz üzrə borc olmaqla ümumilikdə 2.422,34 (iki min dörd yüz iyirmi iki dollar otuz dörd sent) ABŞ dolları borc və ödənilmiş 61,18 (altmış bir manat on səkkiz qəpik) manat dövlət rüsumunun vərəsələr Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2014-ci il tarixii 136028-CNS-11887 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3.850 (üç min səkkiz yüz əlli dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan V.D.Süleymanov 05 may 2015-ci il tarixində qara ciyər çatmamazlığı səbəbindən vəfat etmişdir. Mərhum V.D.Süleymanov banka xx.xx.2023-cü il tarixinə xx.xx.2014-ci il tarixli 136028-CNS-11887 sayl Nağd pul krediti müqaviləsi” üzrə 1.817,27 (bir min səkkiz yüz on yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 605.07 (altı yüz beş manat yeddi qəpik) ABŞ dolları məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 2.422,34 (iki min dörd yüz iyirmi iki dollar otuz dörd sent) ABŞ dolları məbləğində borcu qalmışdır. X1 05 may 2015-ci il tarixində vəfat etmişdir. 3165/2-14-911/2023 saylı, xx.xx.2023 tarixli Bankın sorğusuna cavab olaraq xx.xx.2016-cı il tarixdə Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnaməsinin verilməsi faktı aşkar olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2014-ci il tarixii 136028-CNS-11887 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3850 (üç min səkkiz yüz əlli dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X3 barəsində xx.xx.2015-ci il tarixdə (2V-37 reyestr nömrəli) Bakı şəhəri 2 saylı notariat ofisində vərəsəlik işinin açılması, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnaməsinin verilməsi faktı aşkar olunmuşdur. İş materiallarında olan “Bank VTB (Azərbaycan)" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 “Bank VTB (Azərbaycan)" ASC-yə xx.xx.2023-cü il tarixə əsas borcu 1.817.29 ABŞ dolları, faiz borcu 605.07 ABŞ dolları olmaqla, ümumilikdə 2.422.34 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İş materiallarında olan AZ-İ 725719 nömrəli, 08 may 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 may 2015-ci ildə qara ciyər çatmamazlığından ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının manafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2014-ci il tarixii 136028-CNS-11887 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3.850 (üç min səkkiz yüz əlli dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan V.D.Süleymanov 05 may 2015-ci il tarixində qara ciyər çatmamazlığı səbəbindən vəfat etmişdir. Mərhum V.D.Süleymanov banka xx.xx.2023cü il tarixinə xx.xx.2014-ci il tarixli 136028-CNS-11887 sayl Nağd pul krediti müqaviləsi” üzrə 1.817,27 (bir min səkkiz yüz on yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 605.07 (altı yüz beş manat yeddi qəpik) ABŞ dolları məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 2.422,34 (iki min dörd yüz iyirmi iki dollar otuz dörd sent) ABŞ dolları məbləğində borcu qalmışdır. X1 05 may 2015-ci il tarixində vəfat etmiş 3165/2-14-911/2023 saylı, xx.xx.2023 tarixli Bankın sorğusuna cavab olaraq xx.xx.2016-cı il tarixdə Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnaməsinin verilməsi faktı aşkar olunmuşdur. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun Cavabdeh1 və Cavabdeh2 tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 61.18 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 136028-CNS-11887 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə 1.817.27 (bir min səkkiz yüz on yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları məbləğində, 605.07 (altı yüz beş dollar yeddi sent) ABŞ dolları məbləğində faiz üzrə borc olmaqla ümumilikdə 2.422,34 (iki min dörd yüz iyirmi iki dollar otuz dörd sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 61,18 (altmış bir manat on səkkiz qəpik) manat dövlət rüsumunun vərəsələr Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-278/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-278/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver