Məhkəmə qərarları › İş №e-2(009)-30/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-30/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-30/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT ASC Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 may 2020-ci il tarixli, 2020/00115-EY №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 192.84 manat məbləğində pulun tutulması, tələbin cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 160000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 192.84 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 may 2020-ci il tariхli, 2020/00115-EY №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 48000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: reyestr № **********57- 05101-093025, Qeydiyyat № **********, tarix xx.xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASCyə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 160000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 22 noyabr 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 22808 AZN məbləğində qalıq, ona hesablanmış 6575.85 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4896 AZN məbləğində dəbbə pulu, cəmi 34279.85 AZN məbləğində borc yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 19 dekabr 2024-cü il tarixli qərardadı ilə iddianın “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması və həmin evin boşaldılması” hissəsi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iclasın iştirakı olmadan keçirilməsini, mülki işə tərəflərindən təqdim edilmiş sübutlara qiymət verilməklə baxılması və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli 2019/00308-EY nömrəli krеdit müqaviləsinin restrukturizasiyası məqsədilə bank borcluya 39 ay müddətinə, illik 36 faiz hesablanmaqla 48000 manat məbləğində krеdit vеrmişdir. -İddiaçı BOKT ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EYİP nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 2019/00308-EY nömrəli və 12 may 2020-ci il tariхli, 2020/00115-EY №-li krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq X4 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 160000 AZN məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 44.5 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 44.5 kv.m sahəsi olan mənzil xx.xx.2019-cu il tarixli 2019/00308- EY nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 44.4 kv.m sahəsi olan mənzil xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı BOKT ASC-nin Yasamal Filialının qarşısında ipoteka ilə yüklü edilmiş, yüklülük xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixinə olan hesabdan çıxarışdan görünür ki, İddiaçı BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00115-EY saylı kredit müqaviləsinə əsasən illik 36% dərəcəsiylə 48000 (qırx səkkiz min) AZN məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə əsas məbləğ 25192 manat, faiz məbləği 29808 manat olmaqla, cəmi 55000 manat ödənişlər aparılmışdır. - İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh və ipoteka qoyan X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 may 2020-ci tarixli 2020/00115-EY saylı İstehlak Kredit Müqaviləsi üzrə 22 noyabr 2022-ci il tarixinə 22808 AZN, faiz borcu 6575.85 AZN, dəbbə pulu 4896 AZN omaqla, cəmi 34279.85 AZN məbləğində kredit borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2023-cü il tarixli 9/2289 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 may 2020-ci il tarixli, 2020/00115-EY saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı BOKT ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 29.399,51 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 22.808,00 manat; faiz borcu üzrə 6.591,51 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli 3-16-16/2-10/7727-9/7820 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 265500.0 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 240000 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2024-cü il tarixli 9/3449 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 2020/00115-EY saylı kredit razılaşması üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək olan borcu əsas borc üzrə 22.808,00 manat; faiz borcu üzrə 6.591,51 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 9/63xx-xx/6153 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 21 ünvanında yerləşən, 44.50 kv.m ümumi sahədən ibarət 2 otaqlı 34 saylı orta təmirli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 152012,00 manat (44.5 kv.m x 3416 man), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təxminən 136810.00 manat məbləğində müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və vərəsəlik işi açılmamışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36 faiz hesablanmaqla 48000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 12 may 2020-ci il tariхli, 2020/00115-EYİP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 160.000 AZN məbləğində müəyyən edilmişdir. İşin araşdırılmış hallarından daha sonra görünür ki, Cavabdeh bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə görə hesablanmış faiz və cərimə borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə kredit borcu və faizlərin tutulmasına dair iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilən hüquqi mövqenin düzgün tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini formalaşdıran (üç ulduzlu) qərarında göstərilmişdir ki, 41. ... müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. 42. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. 43. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş veribvermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan xx.xx.2020-ci il tariхli, 2020/00115-EY nömrəli krеdit müqaviləsinə əsasən kredit almaqla tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə Cavabdeh əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 2020/00115-EY saylı kredit razılaşması üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək olan borcu əsas borc üzrə 22.808,00 manat; faiz borcu üzrə 6.591,51 manat. Azərbaycan Republikası MPM-nin: - 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə ekspert rəyini əsas borca aid hissədə sübüt növü kimi qiymətləndirir və qeyd edir ki, ekspert rəyində müəyyən edilən əsas borc məbləği iddia ilə eynilik təşkil edir, faiz borcu isə bir qədər fərqlə iddiadan artıq müəyyən edilir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehə borcun ödənilməsinə, əks halda müqavilənin ləğv edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyinə dair göndərdiyi bildirişdə 22808 əsas borcun, 6158,70 manat faiz borcunun, 4032 manat dəbbə borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi həcmində, yəni 22.808 manat əsas, müqavilənin ləğvinə dair iradə ifadəsi bildirildiyinə görə bildirişdə göstərilən 6158,70 manat faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “4896 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, və müqavilələr üzrə ödənilməli ola əsas və faiz borcunun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 4896 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin tutmanın X3 xüsusi mülkiyyət hüququ əsasında (vəfat etməsinə baxmayaraq) məxsus, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. - 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilməsindən asılı olmayaraq hazırkı iş üzrə ipoteka predmetinin dəyərinin məbləği məhkəmə tərəfindən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadı ilə qəbul edilən hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu, yəni məhz ipoteka predmeti üzrə aparılmış tədqiqatın nəticəsində təqdim edilmiş 14 oktyabr 2024cü il tarixli 9/63xx-xx/6153 saylı ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 152012.00 manat, likvid dəyəri 136810.00 manat məbləğində müəyyən olunmuşdur. Lakin, ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 160.000 AZN məbləğində müəyyən edilmişdir və iddiaçı da hazırda iddia tələbində əmlakın likvid dəyərinin məhz həmin məbləğdə müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ilkin satış qiyməti iddia tələbi həcmində 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə hesab edir ki, X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş yuxarıda sadalanan prosedurların həyata keçirilməsinə hüquqi cəhətdən maneə deyildir. Həmçinin, barəsində vərəsəlik işi açılmadığından onun vərəsələrini işə cəlb etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115- EY saylı krеdit müqaviləsi ləğv edilməli, müqaviləyə əsasən 22808 (iyirmi iki min səkkiz yüz səkkiz) manat əsas borc, 6158,70 (altı min bir yüz əlli səkkiz manat yetmiş qəpik) manat faiz borcu, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 29366,7 (iyirmi doqquz min üç yüz altmış altı manat yetmiş qəpik) manat borc, dövlət rüsumunun 178.10 (bir yüz yetmiş səkkiz manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, tələb ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə yönəldilməli, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı BOKT ASC-yə olan borc ödənilməli, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi X2 vərəsəsinə (və ya vərəsələrinə paylarına müvafiq olaraq) qaytarılmalı, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının dəyəri olan 400 (dörd yüz) manatın 350 (üç yüz əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı BOKT ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY saylı krеdit müqaviləsi ləğv edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00115-EY saylı krеdit müqaviləsinə əsasən 22808 (iyirmi iki min səkkiz yüz səkkiz) manat əsas borc, 6158,70 (altı min bir yüz əlli səkkiz manat yetmiş qəpik) manat faiz borcu, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 29366,7 (iyirmi doqquz min üç yüz altmış altı manat yetmiş qəpik) manat borc, dövlət rüsumunun 178.10 (bir yüz yetmiş səkkiz manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tələb ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə - ipoteka predmetinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı BOKT ASC-yə olan borc ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra pulun qalan hissəsi X2 vərəsəsinə (və ya vərəsələrinə paylarına müvafiq olaraq) qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının dəyəri olan cəmi 400 (dörd yüz) manatın 350 (üç yüz əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı BOKT ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar