Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-306/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Bağırova Əzizə Abdulla qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00-xx-xx-088547 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 1% olmaqla 3260.84 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 2438.85 manat, faiz borcu 26.86 manat, ümumilikdə 2465.71 manat məbləğində borc təşkil edir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bağırova Əzizə Abdulla qızının vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 2465.71 manat, 2438.85 manat əsas, 26.86 manat faiz borcun və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdiyini, pulu mərhum anası zamin duran şəxs üçün götürdüyünü, pulu hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə borcalan Bağırova Əzizə Abdulla qızı arasında bağlanılmış 14 iyun 2019-cu il tarixli 00-xx-xx-088547 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Bağırova Əzizə Abdulla qızına 60 ay müddətinə, illik 1% olmaqla 3260.84 manat məbləğində kredit verilmişdir. İş üzrə M/19-6360 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2019-cu il tarixli 00-xx-xx-088547 saylı kredit müqaviləsi üzrə Bağırova Əzizə Abdulla qızının İddiaçı ASC-yə cəmi borcu 2465.71 manat, o cümlədən 2438.85 manat kredit borcu, 26.86 manat faiz borcu təşkil edir. İş üzrə M/11-9686 nömrəli bildirişə əsasən Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə məlumatlandırılmışdır. İş üzrə xx.xx.2022-ci il tarixli **********158 nömrəli ərizəyə əsasən X1 anası Bağırova Əzizə Abdulla qızından miras qalmış əmlaklardan ona çatası vərəsəlik payından imtina edir. İş üzrə xx.xx.2022-ci il tarixli **********458 nömrəli ərizəyə əsasən Cavabdeh1 anası Bağırova Əzizə Abdulla qızından miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Ondan başqa aşağıdakı vərəsələr var: Cavabdeh2. İş üzrə xx.xx.2022-ci il tarixli **********459 nömrəli ərizəyə əsasən Cavabdeh2 arvadı Bağırova Əzizə Abdulla qızından miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Ondan başqa aşağıdakı vərəsələr var: Cavabdeh1. İş üzrə xx.xx.2022-ci il tarixli akta əsasən "xxxx" MMC-nin əməkdaşları Baş əməliyyatçı Ş.P.Əhmədbəyli və əməliyyatçı Vəliyev A.A öz imzaları ilə təsdiq edirlər ki, xx.xx.2022-ci il tarixində İddiaçı ASC adından Bakı şəhəri Səbail r. A.İsmayılov ev ÖM 40C-də yaşayan Cavabdeh2 və Cavabdeh1 335544 saylı məktub göndərilmişdir. "xxxx" MMC-nin işçisi xx.xx.2022-ci il tarixində bu ünvanda olsa da, ünvan təsbit olunmadı. Bu səbəbdən məktub geri qaytarılır. İş üzrə ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı ASC tərəfindən 45.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Bağırova Əzizə Abdulla qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1%-lə 3260.84 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bağırova Əzizə Abdulla qızı vəfat etmiş, cavabdehlər Cavabdeh1 və Bağırov Cavabdeh2 Əzizə Abdulla qızının vərəsələridir. Məhkəmə qeyd edir ki, Bağırova Əzizə Abdulla qızı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, borc onun varislərindən müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarında olan Bakı şəhər 46 saylı Notariat Kontorunun 01 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş Bağırova Əzizə Abdulla qızının vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Bağırova Əzizə Abdulla qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən onun hüquqi varisləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2438.85 manat əsas borc, 26.86 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 45 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2438.85 (iki min dörd yüz otuz səkkiz manat səksən beş qəpik) manat əsas borc, 26.86 (iyirmi altı manat səksən altı qəpik) manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-306/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-306/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver